Dünya futbolu
Suares üçün mövsüm bitdi
İspaniyanın “Selta” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Denis Suares zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Ötən ilin yayında “Barselona”dan “Selta”ya keçən Suares, bu mövsüm La Liqada 26 oyunda iştirak edib. Yarımmüdafiəçi bu oyunlarda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Selta” La Liqada 33 turdan sonra 17-ci sıradadır.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün