Ölkə futbolu
Şuaybu satılıbmı?
Abdullahi Şuaybunun satılması ilə bağlı xəbərlər doğru deyil. Nigeriyalı hücumçunun “Kəpəz”lə daha bir illik müqaviləsi var və gələn mövsüm də Gəncədə qalacağı gözlənilir.
Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasındakı debüt mövsümündə özünü yaxşı tərəfdən göstərən 21 yaşlı oyunçunun xeyli müştərisi var. Hətta onun 120 min dollar qarşılığında satıldığı, mövsüm bitən kimi komandadan ayrılacağı da deyilir.
Xəbəri dəqiqləşdirmək üçün futbolçunun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq: “Şuaybunun “Kəpəz”lə müqaviləsi gələn yay başa çatacaq. Onun satılması ilə bağlı deyilənlər doğru deyil. Bəli, çoxlu maraqlananlar var, amma bugünədək rəsmi təklif olmayıb. Həm futbolçu, həm də klubu qane dəcək şərtlərlə rəsmi təklif olarsa, müzakirə edilə bilər. Amma indiki halda Şuaybu “Kəpəz”in müqaviləli futbolçusudur və heç yerə getmir”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”