Bizi izləyin

Müsahibə

Süleymanov cavab matçını gözləməyi məsləhət bilir: “Bu inamı “Qarabağ” öz oyunu ilə yaradıb”

blank
blank

Beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun futbolinfo.az saytına müsahibəsi

– Avrokuboklar mövsümü start götürdü. Klublarımızdan ilk olaraq “Qarabağ” Çempionlar Liqasında mübarizəyə qoşuldu. Yəqin ki, “Lex”lə oyunu izləmisiniz?

– Bəli, izləmişəm və məğlub olmağımıza baxmayaraq, rəqibin gücünü də nəzərə almaqla, mövsümün start oyunu üçün “Qarabağ”ın bu səviyyədə məzmunlu oyun sərgiləyəcəyini gözləmirdim. Təzyiqlərin olmaması üçün kaş zəif oyunla qələbə, ən azı heç-heçə qazanılardı. İstənilən halda, heç nə itirilməyib, qarşıda cavab oyunu var. Əsas odur, komanda doğru yoldadır və sabit çıxışını davam etdirir.

– Amma “Qarabağ”ın çıxışından narazı qalanlar çoxdur.

– Biz toplum olaraq çox səbirsizik. Oyundan dərhal sonra emosiyalar aşıb-daşır və çox vaxt da bunlar real duruma, təhlillərə deyil, çılğın fikirlərə söykənir. Təbii ki, məğlubiyyəti heç kim istəmir. Püşkatmadan dərhal sonra bildirmişdim, “Lex” sıradan bir komanda deyil, ilk mərhələ olsa da,  çətin olacağı öncədən bilinirdi. Qələbə qazansalar da, Polşa çempionu əlahiddə heç nə ilə yadda qalmadı. Hətta Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında bildirdi ki, “Lex”dən daha hücumameylli futbol gözləyirmiş.

– Rəqib köklü klubdu, möhtəşəm azarkeş dəstəyi var, Polşa futbolunu isə təqdim etməyə ehtiyac yoxdur.

– İstənilən komanda rəqib imkan verdiyi qədər futbol nümayiş etdirir. “Lex”in meydanda belə görünməsinin səbəbi zəif komanda olması yox, “Qarabağ”ın gücünün göstəricisidir. Ağdamlıları yaxşı təhlil etmişdilər. O qədər çəkinirdillər ki, evdə, fantastik azarkeş dəstəyinə baxmayaraq qapalı, müdafiədən, ehtiyatlı futbola üstünlük verdilər. Bakıda daha acınacaqlı durum yaşanacaq, “Lex” öz qapısını dayanacağa çevirəcək. “Qarabağ” “avtobusu” sürətlə oradan uzaqlaşdırmalıdır. “Yol”larımız, meydançanın ideal durumu buna ımkan verir. Qalır ağdamlıların sürətli, məzmunlu, birqapıya bol qollu oyunu. Qaydalar dəyişdirildikdən sonra səfərdə qol vurmaq anlayışı böyük ölçüdə mahiyyətini itirib. Evdə istənilən halda qələbə qazanılmalıdır. Əsas olan komandanın cavab görüşünə hərtərəfli hazırlığıdır.

– “Lex” nəyin hesabına qələbə qazandı?

– “Lex”in baş məşqçisi holland futbol fəlsəfəsinə yad olan sistemlə futbolçularını oyuna çıxarmışdı. Müdafiəni təsadüfən tərifləmir. “Qarabağ”a bir qol lazım idi, ilk dəqiqələrdən buna da çalışırdı. Birinci hissənin gedişi polşalıların hesabı aça biləcəyini şərtləndirmirdi. Fasiləyə kimi ən azı qolsuz bərabərlik təmin edilsəydi, “Lex” ikinci yarıda özünə gələ bilməyəcəkdi. Bəsit buraxılan top rəqibə ruh verdi, özünəinamını nisbətən qaytardı. Bu tipli oyunlar emosiyalara varmadan dərin təhlil edilməli və obyektiv olaraq futbol ictimaiyyətinə çatdırılmalıdır. Bir tərəfdə tarixi ənənələri olan dayanıqlı, sabit Polşa çempionatı, digər tərəfdə 8 komandalı “Bakı birinciliyi” qismində Azərbaycan futbolu. “Qarabağ” qələbəyə çox köklənmişdi və cütün taleyini səfərdə həll etmək istəyirdi. Bütün bunlara dəyər, qiymət verilməlidir. Hələ ki, Avropada nəticə verə biləcək tək klubumuz “Qarabağ”dır.

Yenilənmiş “Neftçi”nin də oyunlarını səbirsizliklə gözləyirik, geridönüş arzulayırıq. Olan-qalan da məhv edilməməlidir, ölkə futbolunda düzgün işlər görülməlidir. Qurban Qurbanovun özü dəfələrlə vurğulayıb, indiki çempionatımız zəifdir, 10 il bundan qabaqkı çempionat olaydı kaş. Baxmayaraq ki, uğur qazanan məşqçi problemləri qabartmaya da bilərdi. İllərdi analizlərimizi edirik, ölkə futbolundakı vəziyyəti göstəririk.Tək bir oyuna görə yox, avrokuboklarda ümumi göstəricilər, millinin çıxışları, futbolun ümumi durumu diqqətdə saxlanılmalıdır.

“Qarabağ” bugünkü Azərbaycan futbolunun səviyyəsini çox aşıb. Poznanda bir “qəza” idi baş verdi. Oyun planında xırda görünən səhvləri aradan qaldırılıb Bakıda rəqibin layiqli cavabı verilməlidir. Bunun üçün hamı öz dəstəyini əsirgəməməlidir.

– “Qəza”nın səbəblərini nədə görürsünüz?

– Cavab qarşılaşması var, qısa zaman qalıb, imkan verilməlidir ki, komanda matça köklənib qələbəni təmin etsin. Detallara varmaq istəmirəm. Fikir verin, “Qarabağ” tam olaraq aqressiv, hücum futbolu oynayır. Belə sxem, oyun planı, taktiki gedişlər, beyin düşüncəsi əksər top-klublara aiddir. Cavab görüşünün nəticəsindən asılı olmayaraq, “Qarabağ” çox böyüyüb, artıq Avropa klubuna çevrilib. Belə taktiki quruluşda oynayan komandalar hər zaman əks-hücumlar təhlükəsi ilə üzləşir. Fərq etməz, “Real”, “Barselona”, “Mançester Siti”, “Liverpul” olsun. Bu sistemdə hər bir futbolçunun fiziki durumu, fərdi keyfiyyətləri, ustalığı, komanda oyunu çox önəmlidir. Belə oyun tərzi oyunçulardan böyük iş həcmi, güc tələb edir. Sürəti, oyun ritmini qoruyub saxlamaq şərtilə top itkisi minimuma endirilməlidir. İtiriləndə də qısa saniyələr ərzində pressinq edərək top geri qaytarılmalıdır. Bu sistemdə top-klublara qarşı hər bir rəqib oyun ərzində 4-5, daha çox kəsərli əks-hücumlar yaxalayır. “Lex” isə doğma divarlar arasında cəmi 2 qol epizodu qazana bildi. Nəzərə alaq ki, ilk rəsmi oyun idi və “Qarabağ” tam olaraq hazır deyil. Digər önəmli məqam, top-klublar oxşar sistemdə, yüksək kateqoriyalı futbolçularla qapılarında qollar görürlərsə, razılaşaq ki, ölkə klublarında o səviyyədə futbolçular yoxdur. Bunları göz önünə gətirdikdə, “Qarabağ”da məşqçi işi qabarıq görünür. Azərbaycan futbolunda hər transfer dönəmində 100 milyonlarla vəsait xərclənmir və mümkün də deyil. Klub və baş məşqçilərin avrokuboklar üçün seçimləri çox məhduddur.

– Transferlərdən söz düşmüşkən, oyundan sonra verilən suallarda Qurban Qurbanovla yanaşı legionerlərlə bağlı klub rəhbərliyi qınanılıb. Sizin klub idarəçiliyində böyük təcrübəniz, nailiyyətləriniz var. Belə yanaşma, sualların qoyuluşu nə qədər doğrudur?

– Məsələlərə “Lex” – “Qarabağ” matçı çərçivəsindən daha geniş baxılmalıdır. Elə Polşa futbolu ətrafında müzakirəmizi davam etdirsək, uzaq-yaxın keçmişdə klublarımız, millimiz Polşada qapılarında 8-9 top görürdülər. İndi isə “Qarabağ”ın qarşısında çempion “Lex” çəkinərək, qapanaraq meydana çıxır.  Kompleks baxış olmadan, Azərbaycan futbolu, klublarımız istənilən səviyyəyə qalxa bilməz. “Lex” futbolçusunu 5-10 milyona satır, “Qarabağ” isə vaxtında Mahir Emreli ilə müqaviləni artırmır, “təki Avropada futbol oynasın” düşüncəsi ilə “Legiya”ya havayı göndərir. Bir il keçmədən yetişməsində “Bakı”nın, “Qarabağ”ın əməyi olan futbolçudan gəliri polşalılar qazanır və Zaqreb “Dinamo”suna verir. Növbəti tramplində də xorvatlar qazanacaq. Sual oluna bilər, niyə pulsuz göndərirlər? Mahir Emrelini nəinki 1-2 milyona, heç 500 minə “Legiya” almayacaqdı. Ən yaxşı halda sonrakı transferlərdən klub müəyyən faiz əldə edə bilər. Futbol ictimaiyyətinin Azərbaycan futbolundan tələbi Avropa səviyyəsidi, şərait isə fərqli. “Böyük 5-lik” ölkələri, Portuqaliya, Niderland, Belçika, Avstriya bir yana, Şərqi Avropa dövlətlərinin klubları ancaq teleyayımlardan milyonlar əldə edirlər. Futbolçu gəlirləri, müxtəlif sponsor, reklamlar, bilet satışı və s. Peşəkar futbolda qazancın 4-5 bəlli mənbəyi var. Azərbaycanda bunların demək olar ki, heç biri keçərli deyil. Ancaq donorlardan futbola pul gəlməlidir. Ara-sıra 1-2 futbolçu 100 minlər çivarında satıla bilər. O da aparıcı klublarımızın çarter reysləri, otel xərclərini ödəmir. Ancaq qruplara görə UEFA-dan gələn pullar var. O da təmiz qazanc deyil, baş sponsorun illərdi xərclədiyinin bir qisminin geri qayıtmasıdır. Üstəgəl də bərbad ümumi futbol idarəçiliyi. Ölkədə futbola pul yatırıb vəsait əldə etmək qeyri-mümkündür.

Klublarımız ayaqda qalmaq üçün 1-2 milyon manat dotasiyaya möhtacdırlar. Belə bir futbol təsərrüfatında  “Qarabağ” Polşa çempionu “Lex”dən qat-qat üstün görünür. Klub fəaliyyətimizi yada saldınız, “Neftçi”nin APOEL, Milan “İnter”i ilə görüşləri indi də azarkeşlərin xatirindədir. Bütün bunlar futbol sisteminin fəaliyyəti sayəsində baş verməyib və vermir, yerli mütəxəssislərin fədakarlığı, bacarığı ilə həyata keçirilir. Azərbaycan futbolunda qəribə tendensiya yaranıb, kim daha yaxşı çalışırsa, sanki onları taxtdan salmaq düşünülür, təzyiqlər edilir, planlar cızılır. Ona görə də Qurban Qurbanovun mətbuat konfransındakı hissləri başadüşüləndi. Vaxtilə özümüz bu mərhələləri keçmişik.

Dağıdıcı qüvvələr çoxluq təşkil etdiyi üçün yaradıcılar təklənirlər. Zəifləyən, dağılan, dağıdılan klublarımız, futbolumuz üçün dərs olmalıdır. Bu gün uğur qazanan insanlara dəstək verilməlidir.

Futbolun yazılmamış qanunu var, pul harada çoxdur, legionerlər də o ölkələrə üz tuturlar. Bu gün Azərbaycan futbolunun Çin, Türkiyə, Rusiya, ərəb ölkələri ilə rəqabətə girməsi xəyaldır. Hətta ucuz qiymətə aparıcı klublarımıza gələn legionerlər bir az özlərini göstərən kimi çıxıb gedirlər. Neymarın “Barselona”dan PSJ-yə qaçması nümunəsi var.

Futbolçuya real dəyərindən çox pul verilməməlidir. Ona görə uşaq futbolu ölkədə konveyer kimi çalışmalıdır, keyfiyyətli futbolçular yetişməlidir ki, gedənlərin yeri hər dəfə dola bilsin.

– Cavab görüşündə qələbəyə inanırsınızmı?

– Bu inamı “Qarabağ” öz oyunu ilə yaradıb. Futbol ictimaiyyətindən istəyim o olar ki, təmkinli davranılsın, komandaya psixoloji təzyiqlər edilməsin, dəstək verilsin. Qurban Qurbanov “Qarabağ”ı bundan da ağır, daha məsul oyunlara hazırlayıb. Cavab görüşündə “Lex”ə qarşı necə oynayacaqlarını məşqçilər korpusu, futbolçular yaxşı bilirlər. Rəqib yenidən incələnəcək, daha optimal gedişlər axtarılacaq. Azarkeşlər tribunaları doldurmalı, “Lex”in meydanda psixoloji olaraq ayaqları əsməlidir. İnanıram ki, komandada təlim-məşq toplanışından, səfər matçından sonra bərpa prosesi sürətlənəcək, futbolçuların funksional hazırlığı daha üst səviyyəyə qalxacaq.

– Tahir müəllim, bir qədər də ölkə futbolunda baş verən proseslərə münasibət bildirərdiniz. Sizcə, Hakimlər Komitəsinin sədri yerli olmalıdır, yoxsa yenidən əcnəbi gətirilməlidir?

– Birmənalı olaraq yerli. 4 il ərzində avstriyalı Frits Stuxlik ölkə hakimliyinə ciddi bir uğur qazandırmadı. VAR sistemi ilə bağlı müəyyən problem yaşanarsa, müvəqqəti olaraq sırf bu sahə üçün əcnəbiyə müraciət edilə bilər. Komitəyə isə yerli mütəxəssisin rəhbərlik etməsi daha məqsədəuyğundur.

– “Bol futbol” verilişində AFFA-nın baş katibi Sərxan Hacıyev ötən həftə sizinlə görüşdüyünü bildirdi. Nələr barədə söhbət aparılıb?

– Təfsilata varmayaq. Ümumi futboldakı problemlər, uşaq futbolu, hakimlikdən tutmuş , milli komandaya kimi geniş fikir mübadiləsi, müzakirələr olub. Futbolda dirçəliş, inkişaf istənilirsə, əsaslı, qətiyyətli addımların atılması, işlək, nəticə, keyfiyyət qazandıracaq layihələrin həyata keçirilməsi mütləqdir. Futbolda sözdən əmələ keçilməsi vaxtı çoxdan yetişib. Nəyin necə baş verəcəyini zaman göstərər…

ŞAHSUVAR

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm