I Liqa
“Sumqayıt” “Şamaxı” ilə oyunda şübhəli məqam “tapmayıb”
“Sumqayıt” rəhbərliyi əvəzedici komandasının I Diviziondakı son matçında ciddi problem görməyib. “Şamaxı-2” ilə qarşılaşmada komandanın 3:0 hesabı ilə öndə olarkən son 9 dəqiqədə 4 top buraxıb uduzmasını “kimyaçılar” “adi hal” hesab edir.
Futbolinfo.az nəticəsi şübhə doğuran oyuna klub rəhbərliyinin, komandanın baş məşqçisi Vaqif Cavadovun münasibətini öyrənmək istədi. Lakin kimsə bu mövzuda danışmağa cəarət etmədi. Yalnız bu gün klubun mətbuat xidmətinn rəhbəri Rəşad Məmmədov “Sumqayıt”ın adından ümumi açıqlama verməyi lazım bildi: “Bu, futboldur, o qədər belə hallar baş verir ki. Komanda oyunun gedişində böyük hesabla öndə olur, amma yekunda məğlubiyyətlə üzləşir. Qarşılaşmadan sonra klub rəhbərliyi baş məşqçi Vaqif Cavadovla danışıb, müzakirələr aparıb, o da heç bir şübhəli məqamın olmadığını vurğulayıb.Hətta oyunu təkrar şəkildə bir daha izlədiyimizi də qeyd edə bilərəm”.
Ümid edirik, hər şey sumqayıtlıların düşündüyü kimidir. Lakin diqqətli olmaqda fayda var. Çünki bu, Divizionda ilk belə hal deyil. Nələrin baş verdiyinin hamımız birlikdə şahidi olmuşuq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu