Ölkə futbolu
“Sumqayıt” yayda gətirdiyi daha bir legioneri yola saldı
“Sumqayıt” yayda heyətinə qatdığı daha bir legionerlə yollarını ayırıb. Klub rəsmən açıqlamasa da, Filipe Çabi daha “kimyaçılar”ın şərəfini qorumayacaq.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyinin yayda heyətinə qatdığı səviyyəsi qənaətbəxş olmayan əcnəbilərdən növbətisi “Sumqayıt”la yollarını ayırıb. Fasilədə vətəni Portuqaliyaya gedən yarımmüdafiəçi geri dönməyib.
Futbolçuyla münasibətlərin necə dayandırıldığı bəlli deyil. Hər halda, müqaviləyə qarşılıqlı razılıqla xitam verilsəydi, digər oyunçular kimi, klub onunla yolların ayrıldığını indiyə kimi açıqlayardı. Lakin futbolçu toplanışa gəlməyib, amma klub bu barədə açıqlama verməyə tələsmir.
Xatırladaq ki, Çabi ilə 2 illik müqavilə bağlanmışdı. Deməli, hələ kompensasiyasının verilməsi lazım gələn ilyarım var.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi