Ölkə futbolu
“Sumqayıt” yeni baş məşqçisini rəsmən açıqladı

Samir Abasov “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2011-2014-cü illərdə bu komandanın şərəfini qorumuş və 2015-2018-ci illərdə də burada baş məşqçi kimi işləmiş Samir Abasov futbolçu karyerası dönəmində “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib. Abasov məşqçi kimi isə “Zirə” və “Neftçi” klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Samir Abasov 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-09-02 08:00
“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq
- Müsahibə2023-09-01 08:00
Andrade İngiltərədən rəqib istəyir: “Bu, son deyil”