“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Oktavio Manteka ilə icarə müqaviləsinin müddətini uzatmayıb.

30 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçib. O.Manteka ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda 3 qarşılaşma olmaqla, ümumilikdə 29 matçda meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp