Ölkə futbolu
“Sumqayıt”ın baş məşqçi postuna iki rusiyalı namizəddir

Aleksey Baqa ilə yollarını ayıran “Sumqayıt” yeni baş məşqçi axtarışlarını davam etdirir. Futbolinfo.az-ın klubdan aldığı məlumata görə, namizədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislər var.
Adlar bəlli olmasa da, əldə etdiyimiz bilgiyə görə, əcnəbi mütəxəssislər arasında iki rusiyalının olduğu dəqiqdi. Yerlilərdən artıq bir nəfərin namizədliyi aradan qalxıb. “Neftçi”dən gedəni işsiz olan Samir Abasovla danışıqlar müsbət nəticə verməyib. Hazırda seçim əsasən əcnəbilər arasında aparılır.
Onu da öyrəndik ki, “Sumqayıt”la qalan ikiillik müqaviləni pozması üçün Baqaya təzminat ödənilib. Belaruslu mütəxəssis növbəti 3 ayın maaşını (təqribən 30 min dollar) alaraq, istefa ərizəsini imzalayıb. Gimnastika yığmasında çalışan xanımını və burada məktəbə gedən övladlarını qışa kimi Azərbaycanda saxlamaq istəyən Baqa, onların kirayə xərclərini də “Sumqayıt” rəhbərliyinin boynuna qoyub (klubdan təsdiq etmədilər – red.).
Bu xərclərdən dərs almalı olan “Sumqayıt”ın yenidən əcnəbi sevdasına düşməsi özü də maraqlı məqamdı.

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”