Ölkə futbolu
“Sumqayıt”ın prezidenti yenə menecer rolunda – “Qarabağ”la “Neftçi”yə problem yaradır
Ramil Şeydayevin Asiya klublarından birinə transferini “Sumqayıt”ın prezidenti Riad Rəfiyev təşkil edir. Autsayder klubunu unudaraq menecerliyə davam edən bu şəxs Azərbaycanda sabitliyə qovuşan Ramili yenə qazanc naminə getməyə şirnikləndirib.
Vaxtilə “Jilina”, “Trabzonspor”, “Krılya Sovetov”, Moskva “Dinamo”suna uğursuz transferlər kimi Şeydayevi yeni macəra gözləyir. Hər dəfəsində özü yaxşı qazanan Rəfiyev oyunçunu növbəti dəfə pulu düşünməyə inandıra bilib. Təsadüfi deyil, Riad bəy də futbolçunun təmsilçisi kimi – 10 faiz (ilinə 100 min dollar) əldə edəcək.
Riad bəy təkcə Şeydayev transferi ilə kifayətlənməyəcək. O, “Neftçi”nin lideri Emin Mahmudov üçün də oxşar variantlar axtarır. Millimizin yarımmüdafiəçisi məhz bu səbəbdən bakılılarla yeni müqavilə imzalamaqdan boyun qaçırıb.
- Ölkə kuboku2024-02-09 20:56
“Qarabağ”ın yarımfinaldakı rəqibi “Neftçi” oldu
- Ölkə futbolu2024-02-10 08:00
“Qəbələ” yarımfinala bileti rahat, “Neftçi” çətinliklə qazandı
- Milli komanda2024-02-09 11:01
“Azərbaycanla bağlı pis xatirələrimiz var”
- Ölkə futbolu2024-02-09 13:27
Mahir Emreli yeni təkliflərdən danışdı: “Zədə bu məsələdə böyük rol oynadı”