Dünya futbolu
Super Liqa klubu baş məşqçisini qovdu

Türkiyənin “Qaziantep” klubu baş məşqçi Erol Bulutu istefaya göndərib.
Futbolinfo.az istefaya komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb olub.
Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda cari mövsümdə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.
Bulut 2021-ci ilin mayından “Qaziantep”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 65 matça çıxıb, 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı