Dünya futbolu
Super Liqa klubunda ayrılıq

Türkiyənin “Adana Dəmirspor” klubu ukraynalı müdafiəçisi Yaroslav Rakitski ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rakitski bu mövsümün əvvəlindən “Adana Dəmirspor”da çıxış edirdi. 33 yaşlı oyunçu bu komandada cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Donetsk “Şaxtyor”unun yetirməsi olan Rakitski, 12 il ərzində bu komandanın uğurları üçün çalışdıqdan sonra 2019-cu ildə “Zenit”ə üz tutmuşdu. Mərkəz müdafiəçisi Ukrayna yığmasında da 54 oyun keçirib və 5 qol vurub.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi