Dünya futbolu
Super Liqa klubunda fransalı hücumçu

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçu Dilan Sen-Lui və yarımmüdafiəçi Onur Ergünü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dilanla 3, Onurla 2 illik müqavilə imzalanıb.
Dilan Sen-Lui peşəkar karyerasına “Sent-Etyen” komandasında başlayıb. 26 yaşlı fransalı hücumçu sonralar “Evian”, “Laval”, “Paris”, “Birşot” kimi klubların da formasını geyinib. O, 2020-ci ildən “Trua”nın uğurları üçün çalışırdı.
Onur Ergün isə ötən mövsüm “İstanbulspor”da forma geyinib. 28 yaşlı futbolçu əvvəllər də aşağı liqa klublarında forma geyinib.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı