Bizi izləyin

Layihə

Sürət həvəsini idman uğurlarına çevirmək gərəkdir

blank
blank

Azərbaycan dünyanın nəhəng dövlətləri ilə müqayisədə böyük idman ölkəsi sayılmır. Doğrudur, dövlət qayğısı nəticəsində ölkədə biganə qalınan idman növü yoxdur. Az qala bütün idman növlərinin inkişafı üçün səy göstərilir. Tez-tez müxtəlif mötəbər yarışlar, idman tədbirləri təşkil edirik. Lakin bu da kifayət deyil. Çünki bizdə hər idman növü inkişaf etmir.

Məsələn, ölkəmizdə qış idman növlərini inkişaf etdirmək müşkül məsələdir. Nə əhali arasında xizəyə və konkiyə maraq var, nə də belə bir infrastruktur formalaşdırmışıq.

Bu imkanlar, daha doğrusu imkansızlıqlar qış idman növləri ilə də məhdudlaşmır. Ölkəmizdə elit idman növlərindən olan tennis də yüksəlişdə deyil. Halbuki, burada infrastruktur üçün elə böyük xərc çəkmək lazım deyil. Təbii ki, tennisdə uğurlu karyera qurmaq üçün pul lazımdır. Amma burada qış idman növləri qədər infrastruktura milyonlar xərcləməyə ehtiyac yoxdur. Problem ondadır ki, xizəyə və konkiyə maraq olmadığı kimi, bizimdə raketkaya sevgi yoxdur. Deməli, əsas problem marağın olmamasıdır.

Amma idmanın elə bir sahəsi də var ki, (buna növ demək olmur, çünki onun özü də çoxşahəlidir) bizdə ona marağın olmamaısını söyləmək doğru olmazdı. Söhbət avtoidmandan gedir. Bu, elə bir sahədir ki, dünyanın hər bir bucağında avtomobilə maraq var, ancaq hər yerdə avtoidman inkişaf etmir. Yəni, ilk baxışda bunu qış idman növləri və ya tennisə olan həvəslə müqayisə etmək qüsurlu görünə bilər. Yəni, hər ölkədə avtoidman inkişaf etmirsə, bizdə də bu sahədə tərəqqinin olmamasını normal qarşılaya bilərik. Dərinə varanda isə bizi sürət yarışlarına maraq göstərməyənlərlə tərəzinin eyni gözünə qoymaq olmaz. Elə ölkələr var ki, onların sakinləri avtomobil idarə etmək həvəsilə yaşasa da, sürət vurğunu deyil. Amma bizim gənclər istiqanlı və sözün yaxşı mənasında dəliqanlı olduğuna görə avtomobili təhlükəli manevrlərlə birgə idarə edə bilir.

Ölkəmizdə İnzibati Xətalar Məcəlləsində ən çox müraciət olunan maddələrdən biri avtoxuliqanlıqdır. Yəni, Almaniya kimi Formula 1 və ya Finlandiya və ya Estoniya kimi rallidə ad çıxaran ölkələrdə avtoxuliqanlıq üçün tərtib olunan protokollar bizim ölkəylə müqayisəyə gəlməz. Təbii ki, biz bununla fəxr edə bilmərik. Sadəcə, bu sahəyə marağı qabartmaq fikrindəyik.

blank

Hələ bu, məsələnin bir tərəfidir. Bakıda Formula 1 üzrə Qran-Pri də keçirilir. Deməli, dövlət tərəfindən də buna dəstək var. Elədirsə, problem nədədir? Niyə bizdə sürətə maraq olduğu halda, avtoidman inkişaf etmir?

Başlayaq elə Formula 1-dən. Hər nə qədər bu yarış xarakterimizə uyğun gəlsə də, bir azərbaycanlı üçün Qran-Prini kənardan izləmək o qədər də maraqlı deyil. Çünki biz özümüz prosesin içində olmaq istəyirik. Kənardan kimlərinsə yarışmasına şahidlik etmək adrenalini artırmır. Həm də bu Qran-Pridən ərəb ölkələrində də keçirilir. Amma bizim kimi ərəblər də pilot “istehsal etmir”. Deməli, inkişaf üçün başqa yol axtarmaq lazımdır.

Gəlin, avtoidmanı inkişaf edən ölkələrin coğrafiyasına diqqət ayıraq. Fikir versəniz, əsas “personajlar”ın Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Niderland, Finlandiya, ABŞ, Yaponiya və Braziliyadan çıxdığını görürük. Bu, əsasən Formula 1 yarışlarının iştirakçılarına aiddir. Ralli də haradasa bu coğrafiyaya daxildir. Amma orada Estoniya və ya Belçika nümayəndəsinə də rast gəlirik. Müəyyən istisnaları nəzərdən çıxarsaq, adıçəkilən ölkələr avtomobil istehsalçılarıdır. Adətən pilot yetişən ölkələrdə avtomobil də istehsal olunur. Burada nəhəng sənaye müəssisləri fəaliyyət göstərir. Deməli, ölkədə mühərrik, sükan və təkər “canlı qüvvə” ilə paralellilik təşkil edir.

blank

Sənaye ilə insan faktoru bir-birini tamamlayır. Bizim kimi ölkələrdə isə avtomobil sənayesindən danışmaq yersizdir. Hazırda Çin də avtomobil sənayesində inkişafın pik həddinə çatmaq üzrədir. Mətbuatda oxuyuruq ki, bu ölkə də Formula 1 pilotu yetişdirmək üçün artıq bütün qüvvəsini səfərbər edib. Bu mənada Rusiyanı da unutmaq olmaz. Bir ara Formula 1-də Nikita Mazepin layihələri var idi. Yəni, Rusiya – Ukrayna müharibəsindən əvvəl Nikita “Kral avtoyarışları”nda mübarizə aparırdı. Lap Formula 1 olmasa belə, rusların Dakar rallisində uğurlu “Kamaz” layihəsi olub. Onlar da Ukraynadakı müharibəyə qədər hər il bu rallinin qalibi olurdu.

Avtoidman təkcə Formula 1 deyil ki? Deməli, burada haradasa avtomobil sənayesinin inkişafı da öz sözünü deyir. Amma əsas inkişafa gedən yol uşaq yaşlarında kartinq təlimlərindən başlayır. Bizdə isə bu mənada böyük boşluq var. Ölkə üzrə bu istiqamətdə demək olar ki, heç bir iş görülmür. Bəli, Bakıda əyləncə xatirinə kartinq mərkəzi fəaliyyət göstərir. Amma burada ciddi təlimdən söhbət gedə bilməz. Nə dərnək var, nə də uşaq və yeniyetmələri hazırlaya biləcək mütəxəssislər.

Ümumiyyətlə, biz bu istiqamət üzrə haradan başlamaq lazım olduğunu belə bilmirik. Azərbaycan Avtomobil Federasiyasının isə bu layihəni həyata keçirmək üçün böyük büdcəsi yoxdur. Bu işə başlamaq üçün gərək zəngin maliyyə yatırımın olsun. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə maddi yatırımla bağlı problem yaşamırlar. Orada həmçinin sponsorlar da istedadı olan uşaqlara pul xərcləməyə razıdır. Azərbaycanda hansı biznesmen və ya şirkət istidadı olan yeniyetməni beynəlxalq yarışlara yollamaq və ya haradasa təlim keçmək üçün pul buraxmağa hazırdır ki?

Əsas problem naşılıq və maliyyədir. Bunu reallaşdırmaq üçün isə ilk növbədə dövlət proqramı hazırlanmalıdır. Belə bir istək olsa, uğurlu nəticələr əldə edə bilərik. Bizdə avtomobili elə mükəmməl idarə edən gənclər var ki… Amma ölkədə avtoidmanın “a” hərfi olmadığından, istəyi olan da arzusunu ürəyində saxlayır, ümumiyyətlə pilot olmağı ağlının ucundan da keçirmir. Çünki görüb-götürəcəyi heç nə yoxdur.

blank

Belə məqamda səbr etmək lazımdır. Bəlkə nə vaxtsa, kimsə bunu təbliğ etmək fikrinə düşər. Doğrusu, biz 20-30 il əvvəl nə vaxtsa Bakıda Formula 1 yarışının keçiriləcəyini də düşünməzdik. Amma görünən o oldu ki, bunu reallaşdırmağı bacardıq. Kim bilir, bəlkə də gələcəkdə hansısa pilotumuz Formula 1 də olmasa, başqa kateqoriyalarda qüvvəsini sınamaq imkanı əldə etdi? Ümid edək…

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-12 02:09

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Dünya futbolu2024-07-12 01:44

Konfrans Liqası: Gürcüstan klublarından uğursuz nəticə

blank
Dünya futbolu2024-07-12 01:20

Avroliqada ilk oyunlara yekun vuruldu

blank
Ölkə futbolu2024-07-12 00:07

“Sumqayıt”ın rəqibi yoxlama matçında darmadağına sevindi

blank
Ölkə futbolu2024-07-11 23:46

“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-11 23:37

“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” – “Şerif”in baş məşqçisi

blank
Ölkə futbolu2024-07-11 22:57

“Zirə” “Şerif”ə səfərdə qalib gəldi

blank
Dünya futbolu2024-07-11 22:44

Türkiyə Super Kubokunun keçiriləcəyi tarix və məkan açıqlandı

blank
Dünya futbolu2024-07-11 22:30

Super Liqada yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2024-07-11 21:12

Azərbaycan güləşçiləri Avropa çempionatlarında 80 medal qazanıblar

blank
Ölkə futbolu2024-07-11 20:57

Azarkeşlərdən “Neftçi” rəhbərliyinə haqlı xəbərdarlıq – kluba hörmətsizlik unudulmamalıdır!

blank
Ölkə futbolu2024-07-11 20:47

“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”

blank
Ölkə futbolu2024-07-11 20:32

“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-07-11 20:16

“Kəpəz” ispaniyalı oyunçu transfer etdi

blank
Ölkə futbolu2024-07-11 20:00

“Qəbələ”də məşqçi istefası

blank
Ölkə futbolu2024-07-11 19:38

“Səbail” Türkiyə klubuna məğlub oldu

blank
Digər idman növləri2024-07-11 19:19

Yığmamız AÇ-nin yarımfinalına vəsiqə qazandı

blank
Dünya futbolu2024-07-11 19:00

Kolumbiya millisinin kapitanından Amerika Kubokunda yeni rekord

blank
Milli komanda2024-07-11 18:41

Millimizin Lüksemburqla səfər matçının yeri müəyyənləşdi

blank
Ölkə futbolu2024-07-11 18:25

Radoviç “Sumqayıt”da

blank
Digər idman növləri2024-07-11 18:04

Formula 1-də sprintlərin siyahısında dəyişiklik edildi

blank
Dünya futbolu2024-07-11 17:50

Millidə klubdan daha yaxşı oynayanlar

blank
Digər idman növləri2024-07-11 17:35

Yayım hüququ 76 milyarda satılır

blank
Dünya futbolu2024-07-11 17:17

ABŞ millisi Kloppa təklif edildi

blank
Dünya futbolu2024-07-11 16:59

“Atletiko” yeni formasını təqdim etdi

blank
Müsahibə2024-07-11 16:44

Zubir: “Fransa və Səudiyyə Ərəbistanından təklifim var idi”

blank
Digər idman növləri2024-07-11 16:29

Keçmiş prezident millinin oyununu izlədi

blank
Digər idman növləri2024-07-11 16:15

Son 6 mövsümün MVP-si Olimpiadada olacaq

blank
Digər idman növləri2024-07-11 16:00

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizə aparacaq

blank
Ölkə futbolu2024-07-11 15:43

“Neftçi” Super Liqada çıxış edən klublarla qarşılaşacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm