Premyer-liqa
Tərlan Əhmədov: “Hərdən enməlisən ki, qalxa biləsən” – VİDEO

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Məğlubiyyət xoş deyil. Məğlubiyyət həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik. Kubokda qalib gəldiyimiz komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi. Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Georgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub və artıq irəli baxmalıyıq. Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm”.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”