Premyer-liqa
Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 19-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə gördük. Fasilədən sonra komanda bəlkə də meydanda hesabı qorumağa oynadı, amma tapşırıq tamamilə başqa idi. Hələ Antalyadan birinci oyunun ağır keçəcəyini bilirdim. Dörd futbolçunun olmaması bizim üçün problem idi. Türkiyədəki hazırlıq dönəmindəki ilk yoxlama oyununda da indi yaşananlar başımıza gəlmişdi. Hər halda oyunun nəticəsi, bir xal hər iki komanda üçün ədalətli oldu. Hər iki kollektiv iki xal itirdi. Çox istərdik qalib gələk, turnir cədvəlində mövqemizi düzəldək. Cəzalı futbolçular sıraya döndükdən sonra oyunda dəyişiklik etməyə imkanımız daha çox olacaq, rəqabət yaranacaq. Düşünürəm ki, bundan sonra işlərimiz yoluna düşəcək”.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”