Bizi izləyin

Layihə

Təbriz Həsənov: “Çempion olmaq mütləq tələb deyil”

blank
blank

“Sabah” Futbol Akademiyasının koordinatoru Təbriz Həsənovun futbolinfo.az saytına müsahibəsi

“Demirəm ki, hər şey qaydasındadır, görüləsi çox işlər var”

– “Sabah”ın əsas komandasında bu mövsüm işlər yolunda gedir. Bəs akademiyasında vəziyyət necədir?

– Keçənilki göstəricilərə görə hamıdan yüksək nəticələr göstərmişdik. 9 yaş qrupundan 5-də akademiyamızın komandaları çempion olmuşdu. Həmçinin ikinci və üçüncü yeri tutanlar da olmuşdu. Bu göstərici ondan xəbər verir ki, akademiyada iş gedir. Futbolçulara yaradılan şərait, aparılan seleksiyalar düzgün yolda olduğumuzu göstərir. Demirəm ki, hər şey qaydasındadır. Görüləsi çox işlər var. Onlar da yoluna qoyulacaq.

– Akademiyanın “ASK Arena”ya köçməsi sizə əlavə nə üstünlüklər gətirdi?

– Əvvəl böyük komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançalarında məşq keçirdilər. Kiçik yaş qruplarımız da “Neftçi”nin köhnə bazasında hazırlaşırdı. Bir yerdə olmurdular, yol uzaq idi. İndi bütün komandalarımız eyni stadionda qrafik üzrə ardıcıllıqla məşq keçirlər, hər şey nəzarət altındadır. Bu baxımdan “ASK Arena”nın üstünlüyü var. Eyni zamanda əsas meydançanın ot örtüyünün keyfiyyəti də yaxşıdır.

– Son iki ayda aşağı yaş qrupları üzrə yığmalara “Sabah”ın 18 futbolçusunun çağırılması seleksiya işlərinin yüksək səviyyədə aparılmasından xəbər verir. Bəs, məşq prosesləri necə, ürəyiniz istəyən kimi keçir?

– Məşq proseslərinə nəzarət olur. Hər yaş qrupunun başında duran məşqçilər seçilir, işlərinə baxılıb, bəyənilib. Onların işləri qənaətbəxşdir. Hamısına nəzarət olunur. Futbolçular da istər məşqləri, istər gedib-gəlmələri üçün hər şeylə təmin olunublar.

“Bu, akademiyamızdakı futbolçular üçün böyük stimuldur”

– “Sabah” akademiyası 4 ildir fəaliyyət göstərsə də, artıq qapıçı Yusif İmanovu Azərbaycan futboluna qazandırıb. Bunun ardını gətirə biləcəksiniz?

– Hər yaş qrupunda perspektivli uşaqlar var. Onların inkişaf yolundan, öz xarakterindən çox şey asılıdır. Yusif bizdə “Vətən” Futbol Məktəbində başlamışdı, sonra “Sabah” akademiyasına keçdi. Əvvəlcə üçüncü qapıçı idi, yavaş-yavaş birinci qapıçılığa yüksəldi. Bu onu göstərir ki, Yusif çox yaxşı xarakter nümayiş etdirməyi bacarıb. Əsas komandaya düşmək və bir nömrəli qapıçı olmaq uğrunda mübarizə aparmaq üçün məhz bu keyfiyyətlərin olmalıdır. Belə uşaqların çox olması akademiyamızdakı futbolçular üçün də böyük stimuldur. Çünki hamısı bunu görür və əsas heyətə düşməyə can atır. Məncə, bunun ardı gələcək, əsas komandaya düşən futbolçularımızın sayı artacaq.

– Əsas komandada 5 milliləşmiş futbolçunun olmasının akademiyadakı uşaqların önünü kəsməsindən narahat deyilsiniz?

– Xeyr. Çünki həmin uşaqlar milliləşdirilən vaxt akademiyamız yeni qurulmuşdu. Yuxarı yaş qruplarımız yox idi. Həmin oyunçulardan indi əsas heyətə düşənlər də var. Həmçinin bəzi gənclərimiz başqa komandalara icarəyə verilib. Gördüyümüz işin bəhrəsi yaxın illərdə görünəcək.

“Məktəblərlə bağlı problemlər var”

– Söhbətin əvvəlində dediniz ki, hələ görüləsi çox iş var. Əsas problemlər nələrdir?

– Məktəblərlə bağlı problemlər var. Hazırda akademiyamız tikilir, hələ hazır deyil. Həmin işlər yekunlaşandan sonra uşaqların hamısı eyni məktəbdə oxuyacaqlar. İndi hərə bir tərəfdə oxuyur. Üstəlik, səhər və günorta növbələri var. Komandaların tam heyətlə məşq keçmələrində problemlərlə üzləşmişik. Bəziləri səhər, bəziləri günorta növbəsində oxuyur. Xüsusən də böyük yaş qruplarında komandanı iki yerə bölüb məşq elətdirmək olmur. Akademiyamızın məktəb məsələsi həll edildikdən sonra bizim üçün daha rahat olacaq.

– Məktəbin istifadəyə verilməsi nəvaxta nəzərdə tutulub?

– Məncə, gələn ilə qədər bitirərlər. Bildiyim qədərilə növbəti mövsümdən uşaqlar akademiyanın məktəbində təhsil ala biləcəklər.

“Türkiyə və Xorvatiyada beynəlxalq turnirlərə qatılmaq planımız var”

– Akademiyanızın komandaları beynəlxalq turnirlərə göndərilirmi?

– Bununla bağlı böyük planlarımız var idi. Koronavirus pandemiyası ilə əlaqədar iki il heç nə olmadı. Ötən ildən sərhədlər açıldı, komandalarımız bizə yaxın olan Gürcüstanda 4-5 turnirə qatılıblar. Hətta həmin yarışların 3-də qalib olmuşuq. Keçmiş SSRİ ölkələrinin və Türkiyənin komandaları həmin turnirlərdə qüvvələrini sınayıblar. Orada da özümüzü yaxşı tərəfdən göstərə bilmişik. Gediş-gəliş artdıqdan sonra yəqin ki, turnirlərin də sayı çox olacaq.

– Yaxın gələcəkdə beynəlxalq turnirə yollanmaq planınız var?

– Bəli, gələn ilin mart, aprel və mayında həm Türkiyə, həm Xorvatiya, həm də başqa ölkələrdə beynəlxalq turnirlərə qatılmaq planımız var.

“Yaxşıları seçilərək “Dinamo”da qala bilər”

– Zaqreb “Dinamo”su ilə əməkdaşlıq “Sabah”a nə qazandırır?

– İki futbolçumuz “Dinamo”nun düşərgəsinə yollandı, onlarla məşq etdi. Baş koordinatorumuz Adino Mustedanaqiç “Dinamo”nun nümayəndəsidir. Zaqreb klubunun düşərgəsində olmaq futbolçularımıza böyük şans yaradır. Təbii ki, içlərindən yaxşıları seçilərək orada qala bilər. Həmçinin Xorvatiyada beynəlxalq turnirlərdə iştirak edəcəyik.

– Əməkdaşlıq çərçivəsində gələcəkdə hansısa futbolçunuzun Xorvatiya klubuna transferi nəzərdə tutulub?

– Bilirsiniz, ən yaxşılarımız mütəmadi olaraq “Dinamo”nun düşərgəsinə göndəriləcəklər. Oradakı seleksiyaçılar, akademiyaya rəhbərlik edənlər kimisə bəyənsələr, saxlaya biləcəklər. Bu da onların seçimindən asılı olacaq. Ən azı özlərini göstərmək üçün uşaqlara bu şəraiti yaradırıq.

– Avropanın başqa hansısa klubu ilə əməkdaşlıqla bağlı danışıq aparılır?

– Hələ ki, heç kimlə danışıq aparılmır. Ancaq gələcəkdə bunun baş verməsi mümkündür.

“Uşaq futbolunda hamı istəyirdi ki, birinci yeri tutsun”

– Ötən mövsüm akademiyanızın 5 komandası çempion oldu. Siz də aşağı yaş qrupunda yüksək yer tutmağa ciddi önəm verirsiniz?

– Xeyr, bizim üçün bu, vacib deyil. Lakin yüksək yer tutduqca uşaqlarda da qələbə ruhu formalaşır. İdmanda meydana qalib gəlmək üçün çıxırsan. Uşaq qələbə əzmini qazanmalıdır. Çempion olmayan komandalarımız da var ki, buna normal yanaşırıq. Bizdə çempion olmaq mütləq tələb deyil. Əsas işimiz futbolçu yetişdirməkdir.

– Təəssüf ki, illərdir Azərbaycan futbolunda aşağı yaş qrupu komandaları futbolçu yox, medal qazanmağa üstünlük verirlər. Bu düşüncəni dəyişmək üçün nə etmək lazımdır?

– Əvvəllər belə hallar çox olub, sizinlə razıyam. Hamı istəyirdi ki, birinci yeri tutsun. Amma indi Premyer Liqada iştirak edən klubların akademiyalarında çempionluq vacib deyil. Hamı futbolçu yetişdirməyin daha önəmli olduğunu bilir.

– Etiraf edək ki, ildən-ilə yetişən oyunçular bir nəsil əvvəlkindən zəif çıxır. Problemin kökü nədədir?

– Bu barədə hərə bir fikir söyləyə bilər. İstər milli, istərsə də klub səviyyəsində beynəlxalq turnirlərə çox çıxmalıyıq. Uşaqlar gedib görməlidirlər. Azərbaycan çempionatında oyun üslubu, temp eynidir. Beynəlxalq oyunlar tam fərqlidir. Uşaqlar nə qədər erkən yaşlarında Avropa arenalarına çıxsalar, dünyagörüşləri də artar. Belədə başqa ölkələrdəki futbolun sürətinə öyrəşəcəklər. Çünki biz futbolçunu təkcə Azərbaycan səviyyəsi üçün yetişdirmirik. Avropaya yollananda məşqçilər də oyunları təhlil edirlər, hansı komandadan nədə geridə qaldıqlarını, çatışmayan cəhətlərini görürlər.

“Düşünə bilərlər ki, gedib özümü niyə əziyyətə salım?”

– Gürcüstanlı Xviça Kvaratsxeliya “Napoli”yə keçən kimi qollarını sıralamağa başladısa, bizim ən yaxşımız olan Mahir Emreli mövsümün əvvəlindən nadir hallarda meydan üzü görür. Niyə 30 ildə bir Xviça ortaya çıxara bilməmişik?

– Bu “niyə”yə mən cavab verə bilmirəm. Bunu mən də çox istərdim. Məsələn, Zaqreb “Dinamo”su hər dəfə oynayanda izləyirik ki, Mahirin oyununu görək. Təəssüf ki, ora gəlib çata bilmirik. Xviça bu gün Gürcüstanın ən güclü simasıdır. Görün, gürcüstanlı futbol azarkeşlərini nə qədər sevindirir? Qonşu ölkə olsaq da, hətta biz də buna sevinirik. Ən azı atası Badri Kvaratsxeliya Azərbaycan millisində oynayıb. Mənim də ən böyük arzularımdan biri futbolçularımızın səviyyəli komandalarda oynamasıdır. Biz də baxaq, onun oyunundan həzz alaq. Bunu hələ bacarmırıq.

– Bacarmamağımızın səbəbi nədir? Problemin kökünü bilən yoxdur, yoxsa bilənlərin bunu düzəltməyə gücü çatmır?

– Elə Mahiri misal götürək. “Qarabağ”dakı oyunları ilə seçildi və “Legiya”ya dəvət etdilər. Polşa klubunda da pis başlamamışdı. Ora qədər gedib, sonra oynamamaq futbolçunun özündən asılı olan şeydir.

– Əksər futbolçularımız özləri legioner həyatı yaşamaqda maraqlı deyillər.

– Bu amil də səbəblərdən biri ola bilər. Düşünə bilərlər ki, burada özümü rahat hiss edirəm, çıxıb oynayıram, gedib özümü niyə əziyyətə salım?

“2-3 ilimizi itirdik”

– Bir çox halda hansısa futbolçu karyerasını bitirən kimi, uşaq komandasına baş məşqçi təyin edirlər. Uşaq məşqçisi olmaq belə asandır?

– Xeyr, asan deyil. Karyerasını bitirən gənc mütəxəssis köməkçi məşqçi kimi başlasa, daha yaxşı olar. “Futbolçu olmuşamsa, bu işi bilirəm” düşüncəsi ilə yanaşmaq doğru deyil. Uşaqlarla işləmək üçün ilk növbədə pedoqoq olmalısan.

– Razısınız ki, bunun üçün ölkə xaricində seminarlara qatılmaq, akademiyaların məşq proseslərini izləmək vacibdir?

– Tam razıyam, çox yaxşı olar. Hələ ki, belə bir praktika görməmişəm. Məşqçilərimiz ölkə daxilində keçirilən C və B kateqoriyalı kurslarla kifayətlənirlər. Məşqçiləri xaricdəki seminarlara mütəmadi göndərərək onları da qazanmış olarıq.

– Əksər mütəxəssislər Azərbaycan futbolunun yaxın gələcəyini fiasko kimi görür. Yeniyetmələrin oyunlarını müntəzəm izləyən biri kimi, 5-10 il sonra futbolumuz hansı səviyyədə olacaq?

– Məncə, fiasko gözlənilmir. Məsələn, “Qarabağ”ın Avropa arenalarındakı çıxışı bizi nə qədər sevindirir. Başqalarını deyə bilmərəm, amma ən azı Qurban Qurbanov gəncləri yetişdirib üzə çıxarmaqla böyük iş görüb. Başqa klublarda da bu metoddan istifadə etmək lazımdır. Əgər Qurban Qurbanov bunu edə bilirsə, deməli, futbolçularımızı oynadaraq həmin səviyyəyə gətirib çatdırmaq mümkündür. Klublarımızda gənclərə yer verməklə, onlara düzgün futbol oynamağı öyrətməklə irəli daşımaq olar. Ola bilsin ki, pandemiya ilə əlaqədar 2-3 ilimizi itirdik. Bu müddətdə uşaq futbolunda yarışlar dayandı, çox vaxt heç məşqlər də olmadı. Ancaq yeni gələn uşaqların daha yaxşı olacaqlarına inanıram.

“Məşqçilər onları görmədisə, itib-batırlar”

– Hər dəfə deyilir ki, Azərbaycanda istedadlı uşaqlar var. Bəs həmin uşaqlar niyə böyüyəndə özlərindən əvvəlkilərdən yaxşı mənada heç nədə fərqlənmirlər?

– Bu, qlobal məsələdir. Türkiyədə çox olmuşam. Həmin ölkənin “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” klubunu götürək. Uşaqlar orada məşqlər edirlər, Türkiyənin aşağı yaş qrupu üzrə yığmalarında oynayırlar. Artıq 19-20 yaşa çatanda “Fənərbaxça”ya, “Qalatasaray”a, “Beşiktaş”a düşmək ehtimalları olmur. Ancaq orada çempionat sayı o qədər çoxdur ki, həmin uşaqlar gedib 1-ci, 2-ci liqalarda karyeralarını davam etdirirlər. Bizdə bu yoxdur. Hansısa oyunçu 18-19 yaşına çatanda “Sabah”ın, “Qarabağ”ın, “Neftçi”nin əsas heyətinə düşə bilmədikdə futbolu atır. Böyük klublar da hər il oyunçu yetişdirmirlər. Məsələn, “Fənərbaxça”nın aşağ yaş qruplarından çıxan 15-20 uşaq müxtəlif komandalara paylanırlar. Çünki onlarda komanda sayı çoxdur. Adicə Gürcüstanın 5-6 liqası var. Bizdə bunlar olmadığı üçün gəncləri itiririk. Hansısa gənc 2-3 ildən sonra elə çıxış edə bilər ki, Premyer Liqaya yüksələ, oradan da milliyə çağırıla bilər. 18 yaşda məşqçilər onları görmədisə, fikir vermədisə, itib-batır. Əsgərlik yaşına çatanda da futbolu atırlar. Azərbaycanda məşq meydançaları, komanda, çempionat sayı nə qədər çox olsa, ən azı orta səviyyədə olan futbolçuları itirmərik.

– Əsas problemlərdən biri də odur ki, 18 yaşa çatan oyunçular əsgərliyə getdikdən sonra peşəkar karyerasını başlamadan bitirir. Bunu tənzimləməyin yolu yoxdur?

– Bildiyim qədərilə MOİK milli komanda səviyyəsində olan yaxşı futbolçuları seçir. Qalanları isə futbolu atır, əsgərlikdən sonra da başqa işlə məşğul olur. Elə futbolçu var ki, 18 yaşında yaxşı görünsə də, 20 yaşdan sonra “artırmır”. Eləsi də var ki, 18 yaşda çox gözə dəymir, 2-3 ildən sonra parlaq çıxış edir. Hər bir futbolçunun xarakterindən asılı olan məqamlar var. Elə uşaq var ki, 15 yaşına qədər hamı deyir ki, bunda Allah vergisi var, əjdahadır, texnikası, sürəti mükəmməldir. Zəif xarakterə malik olduğu, hər şeyə arxayınlaşdığı üçün 19-20 yaşında oynaya bilmir. Eləsi də var ki, xarakter göstərir, perspektivli sayılan həmyaşıdından ikiqat üstün çıxış edir. Yəni məşqçi-futbolçu münasibətləri kompleks şəklində olmalıdır. Bütün akademiyalarda hər bir uşağa diqqət yetirilməlidir.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm