Dünya futbolu
Təbriz klubundan cari mövsümdə ilk qələbə
Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Sanat Naft”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, “Maşinsazi”nin cari mövsümdəki ilk qələbəsi olub.
Keçirdiyi 15 oyuna cəmi 8 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur “Traktor” klubu isə 19 xalla 8-cidir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…