Araz-Naxçıvan – Futbolinfo.az

“Araz-Naxçıvan”da baş məşqçi postuna 2 əsas namizəd
Qış fasiləsi yaranan kimi Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan” yeni baş məşqçi axtarışlarını sürətləndirib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa klubunda bu posta iki namizəd var. Onlardan biri əcnəbi, digəri isə yerlidir.

Naxçıvanlılar üçün prioritet Andrey Demçenkodur. Ukraynalı mütəxəssis bu ayın 4-də Qazaxıstan klubu “Jenis”dən ayrılıb. Hətta bu qərarda “Araz-Naxçıvan”a keçmək istəyi böyük rol oynayıb.

2012-ci ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı əsasən ölkəsi Ukraynada fəaliyyət göstərib. 2021-ci ildə Gürcüstana köçən Demçenko iki il “Dila”ya, bir il isə Batumi “Dinamo”suna rəhbərlik edib. O, 2023 mövsümündə “Dinamo”ya Gürcüstan çempionluğunu da qazandırıb.

Andrey Demçenkonun futbolçu karyerası daha parlaq olub. Peşəkar futbola 1992-ci ildə Moskva ÇSKA-sında başlayan sabiq yarımmüdafiəçi 1995-1998-ci illərdə Niderland nəhəngi “Ayaks”ın formasını geyinib. O, Amsterdam klubu ilə 2 dəfə Niderland çempionluğunu qazanıb, bir dəfə ölkə kubokunu, bir dəfə UEFA Superkubokunu, bir dəfə isə beynəlxalq kuboku başı üzərinə qaldırıb.

“Araz-Naxçıvan”ın B variantı isə Samir Abasovdur. Cari mövsümə “Neftçi”nin “sükanı arxasında” başlayan Abasov Premyer Liqanın 12-ci turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Demçenkonun tələbləri yüksək olduğu üçün ondan imtina edilərək Abasovla anlaşılması da realdır.

Bir gündə iki zərbə: darmadağın və son saniyə qolu
Uğurla keçən ötən həftənin ardınca ümidləndiyimiz avrokubokda daha bir təmsilçimzi itirdik. Təbii ki, hələ formal cavab oyunu qalıb, lakin indidən “Araz-Naxçıvan” üçün hər şeyin bitdiyini demək olar. “Sabah” hələ ümidini saxlayır. Bununla belə, “bayquşlar”ın da işi çətindir.

Konfrans Liqasında debüt edən naxçıvanlıların “Aris”i keçməsi təsadüf idi. Yunanıstan təmsilçisi rəqibə barmaqarası münasibətə, eyni zamanda yarışa hazır olmadığına görə uduzdu. “Araz-Naxçıvan” da bundan maksimum yararlandı. Lakin təmsilçimizn bəlli bir potensialı var və “Omoniya”ya qarşı şansı yox idi.

Bununla belə, ev darmadağınından qaçmaq mümkün idi. İlk mərhələdəki futbol sərgilənəcyi halda Kipr təmsilçisinə başağrı yaratmaq olardı. “Araz-Naxçıvan” nəinki bunu bacarmadı, hətta qeyri-sabit komanda olduğunu isbatladı. Dünənki 0:4 təkcə Elmar Baxşıyevin və ya ayrı-ayrılıqda hansısa futbolçunun məğlubiyyəti deyildi, bu oyunu klub uduzdu. Elmar Baxşıyevin məşqçi bacarığı, yeni transferlərin əsl səviyyəsi məhz “Omoniya” ilə dueldə aydınlaşdı.

“Araz-Naxçıvan” sanki Yunanıstanda qalmışdı. Həftə boyunca komandanın düzgün hazırlaşmadığı, rəqibi yetərincə analiz etmədiyi görünürdü. Muxtar respublika təsilçisi 1-2 oyunçunun fərdi bacarığından asılı kollektiv təsiri bağışlayırdı. “Omoniya” meydanda istədiyini edir, hər zövqdə qol vururdu.

Qış fasiləsində klub rəhbərliynin pulun qurtardığını deyib büdcəni azaltdığını bəyan etdiyini eşitsəz, təəccüblənməyin. Transferlərə o qədər pul xərclənib ki, bir mərhələ adlamaqla zyanın üstünü örtmək mümkün olmayacaq. Prezidentin müşavir Ceyhun Sultanov isə yəqin ki, artıq Baxşıyevə əvəzedici axtarışına başlayıb.

“Sabah” da uduzdu. Amma paytaxt təmsilçisi Bolqarıstandan bərabərliklə dönməyə çox yaxın idi. “Levski” təmsilçimizdən üstün oynasa da, bunu hesabda əks etdirə bilmirdi. Əksinə, “bayquşlar”ın önə keçmək üçün bir neçə real şansı oldu. Hər şeyin qolsuz heç-heçə getdiyi bir vaxtda ani diqqətsizlik meydan sahiblərinə oyuna əlavə edilmiş 8-ci dəqiqədə qələbə qolunu gətirdi.

Hətta heç-heçə qeydə alınsaydı da bu, “Levski” cütün favoriti olaraq qalacaqdı. Qələbə hesabı bolqarları daha şanslı duruma gətirdi. Hətta Bakıd daha çətin olacaq. Düzdür, “Sabah” üçün heç nə bitməyib, ancaq rəqibin daha yaxşı göründüyünü qeyd etməliyik. Bakıda ekstra nələrsə edilməlidir ki, pley-offa vəsiqə qazanılsın.

Bu həftə yalnız “Qarabağ” üzümüzü güldürdü. Belə gedişlə qrup mərhələsində yenə tək komanda ilə qalacağıq.

FƏRİD

Əhmədov hər iki komandamıza inanır: “Vəziyyəti dəyişmək imkanı həmişə olur”
“İlk qarşılaşmadakı nəticənin cütün taleyini müəyyənləşdirəcəyini düşünmürəm. Cavab oyunu öncəsi şanslar yenə bərabərdir. Belə oyunlarda bir məğlubiyyətlə hər şey bitmir, vəziyyəti dəyişmək imkanı həmişə olur. Çox nadir hallarda ilk matçdan sonra hər şey aydınlaşır”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında Tərlan Əhmədov bildirib.

Təcrübəli mütəxəssis Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını dəyərləndirərkən daha sonra bunları qeyd edib: “Hər iki təmsilçimizdən qələbə gözləyirik. Əlbəttə, asan olmayacaq. “Omoniya” Elmar Baxşıyev üçün tanış rəqibdir. “Qəbələ”də işlədiyi dönəmdə də bu komandaya qarşı oynamışdılar. Rəqibin sabit və oturuşmuş heyəti var. Buna baxmayaraq, “Araz-Naxçıvan” bu mövsüm əvvəlki dövrlərlə müqayisədə daha təsirli çıxış edir. Komandaya keyfiyyətli legionerlər cəlb olunub və hər görüşdə performanslarını artırırlar. Hücumda daha aqressivdirlər, ancaq müdafiədə müəyyən boşluqlar müşahidə olunur. Əgər arxa xəttdə daha diqqətli oynasalar, bu oyunda üstünlük əldə edə bilərlər. İlk qarşılaşmanın evdə olması da üstünlükdür. Mümkün qədər çox qol vurmaq vacibdir ki, cavab matçında vəziyyət asanlaşsın. “Omoniya”nın aqressiv futbolunu ötən mövsüm “Zirə” ilə oyunlarında da görmüşdük. Onların vurduğu qollar hücum potensiallarının yüksək olduğunu sübut edir”.

Əhmədov “Sabah”ın rəqibi “Levski” haqqında da danışıb: “Levski” avrokuboklarda zəngin təcrübəyə malikdir və köklü bir klubdur. Ancaq futbolda keçilməz rəqib olmur. Biz də komandalarımızdan uğurlu çıxış gözləyirik. Əgər bu mərhələyə qədər irəliləmişiksə, demək ki, şanslar bərabərdir. Az səhv edən və müdafiədə daha sıx oynayan tərəf növbəti mərhələyə keçəcək. Belə oyunlarda edilən səhvlər baha başa gəlir və cəzasız qalmır. Əsas arzumuz isə təmsilçilərimizin pley-offa vəsiqə qazanmasıdır”.

Tərlan bəy hamının zəif yeri olduğunu düşünür: “Hər bir komandanın zəif nöqtələri olur. Əminəm ki, məşqçilər bunları dəqiq analiz edib və ona uyğun hazırlıq görüblər. Təmsilçilərimizin həm müdafiə, həm də hücum baxımından oyun üslubu kifayət qədər qiymətlidir. Belə məqamlarda rəqibə onun oyun tərzi ilə cavab vermək önəmli olur”.

Əhmədov yekunda təmsilçilərimizə inamını belə ifadə edib: “Klublarımız heyət və oyun üslubu baxımından mərhələ keçəcək gücdədirlər. Yeni transferlər komandaya dinamika qatıb. Bu səbəbdən meydanda rəqib qarşısında çarəsiz görünməyəcəklər. Əgər hücumda daha aqressiv olub, yaranan imkanları dəyərləndirə bilsək, mərhələ adlayan tərəf biz ola bilərik. Futbolumuz artıq o səviyyəyə gəlib çatıb ki, transfer edilən legionerlər sayəsində komandalar daha iddialı çıxış etməyə başlayıblar. Ümid edək ki, təmsilçilərimiz əllərindən gələni edərək növbəti mərhələyə yüksələr. Hətta pley-offa keçə bilməsələr belə, buraya qədər göstərilən mübarizə də böyük nəticədir. Ən çox arzuladığımız isə qrup mərhələsində daha çox klubumuzun təmsil olunmasıdır. Futbol elə oyundur ki, hər an gözlənilməz nəticələr ortaya çıxa bilər. Ümid edək, bu sürprizlər xeyrimizə olar”.

GÜNAY SÜLEYMANOVA

Dambrauskassız “Omoniya”, fərqli “Omoniya”
Yunanıstanın köklü klublarından olan “Aris”i adladıqdan sonra “Araz-Naxçıvan” bu dəfə əhalisi yunan olan Kipr təmsilçisi ilə qarşılaşacaq. Rəqib hamımızın yaxından tanıdığı, tez-tez klublarımızla qarşılaşan Nikosiya “Omoniya”sıdır.

Təbii ki, bu komanda “Aris”lə müqayisədə müntəzəm olaraq avrokuboklarda oynayır. Üstəlk, yaxşı oyunçuları da var. Ötən il “Zirə” ilə oyunlarda bu oyunçuların kəramətini gördük. Bir il müddətində çox da dəyişməyiblər. Amma yeni baş məşqçiləri var. Henninq Berq də “Omoniya”ya yad adam olmadığına görə, yenilənməyə ehtiyacları yoxdur.

“Omoniya” təcrübəyə, nizamlı taktiki sistemə və fiziki hazırlığa söykənən oyun tərzi ilə seçilir. Komanda meydanda idarəçilik və oyunun ritmini əlində saxlamaq bacarığı ilə tanınır. Onların əsas xüsusiyyəti topa sahib olmağı sevmələri və müdafiədən hücuma keçidi tədricən, lakin təzyiqlə həyata keçirmələridir. Berqin rəhbərliyi altında komanda hər zaman topu saxlamağa, meydanın mərkəzindəki rəqibi sıxışdırmağa və cinahlardan dinamik hücumlar qurmağa çalışır. Bu sistem əsasən 4-2-3-1 və ya 4-3-3 düzülüşləri arasında dəyişir.

Qapı “Portu” və “Fənərbağça”dan tanıdığımız braziliyalı Fabiano Freytasa həvalə olunub. Boyu 197 sm olan bu qolkiper hava toplarında və uzaqdan zərbələrdə üstünlüyü ilə tanınır. Kutaisi “Torpedo”su iki oyunda onun qapısına yol tapa bilmədi.

Müdafiə xəttində təcrübə və fiziki güc ön plana çıxır. Mərkəzdə malili Senu Kolibali və Kipr millisinin üzvü Nikolas Panayotu dueti diqqət çəkir. Kulibali həm hava toplarında, həm də sürətli hücumların qarşısını almaqda effektivdir. Panayotu isə soyuqqanlı oyunu və düzgün mövqe seçimi ilə seçilir. Cinahlarda baş məşqçi Berq yunanıstanlı oyunçulara güvənir. Sağ tərəfdə Polşa, Niderland və Qazaxıstan çempionatlarında oynamış sabiq “Olimpiakos”lu Yannis Masuras mübarizə aparırsa, sol tərəfdə daha bir “Olimpiakos”lu Fotsis Kitsios rəqiblərinə başağrı olmağa çalışır. Masurasla müqayisədə Kitsios hücumda daha təhlükəlidir. O, bir qədər sonra haqqında danışacağımız Villi Semedoya kömək etməsi ilə seçilir. Bu cinaha xüsusi diqqət ayırmaq lazımdır. Amma bunun da müsbət tərəfləri var. Hücuma çıxdıqları vaxt o tərəf bir qədər boş qalır. Elmar Baxşıyev buna bir qədər diqqət ayırmalıdır.

Yarımmüdafiədə komandanın beyni rolunu 29 yaşlı kapitan İoannis Kusulos oynayır. O, həm müdafiəyə kömək edir, həm də topu hücuma ötürən əsas keçid rolunu icra edir. Onun yanında Mateo Mariç və ya Karel Eitinq çıxış edir. Mariç daha çox balanslı oyunçu kimi fiziki gücü, Eitinq isə texniki bacarığına görə seçilir. Bu oyunçular rəqibə təzyiq edən və eyni zamanda topu idarə edən bir xətt formalaşdırır. Onların varlığı komandanın mərkəzdə üstünlük qazanmasına xidmət edir.

Hücum xətti isə həm təcrübə, həm də sürət üzərində qurulub. Bu xətdə ən çox diqqət çəkən ad Stevan Jovetiçdir. Təcrübəli monteneqrolu futbolçu həm forvard kimi, həm də hücumun arxasında “10 nömrə” rolu ilə çıxış edir. O, topu saxlayır, ötürmələrlə hücumları təşkil edir və təcrübəsi ilə komandanın lideridir. Cinahlarda Villi Semedu və Loizos Loizu kimi oyunçular var. Semedo fiziki cəhətdən güclüdür, topu saxlaya bilir və driblinqləri ilə fərqlənir. Loizu isə daha gənc və çevik oyunçudur. Onun sürəti və fərdi bacarığı komandanın hücum potensialına rəng qatır. Hücumların qurulmasında braziliyalı Evandronun xüsusi əməyi var.

Püşk atıldıqdan sonra “Omoniya”nın təqdimatını hazırlayarkən, adlarını çəkdiyimiz bəzi oyunçularla sizi yaxından tanış etmişdik. Həm də ki, bu futbolçular ötən mövsüm hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın başçılığı altında “Zirə”yə çətin anlar yaşatmışdı. Xüsusən də Nikosiyadakı oyunda onların nə dərəcədə amansız olduğunu gördük. Görünən kəndə yenidən bələdçilik etmək istəməzdik. Amma Dambrauskasla müqayisədə komandanın norveçli baş məşqçisi Henninq Berq bir qədər fərqli futbol oynadır. Dambrauskas topa nəzarət etməyi sevən mütəxəssisdirsə, Berq bəzən topu rəqibə verib kəskin əks-hücumlara diqqət ayıran mütəxəssisdir. Ona görə “Araz-Naxçıvan” buna bir qədər uyğunlaşmalıdır.

Hazırkı “Omoniya”nın oyun üslubu fiziki gücə hesablanır. Komanda hücuma çıxarkən cinah oyunçularını irəliyə göndərir, ancaq bu zaman mərkəzdəki oyunçular vasitəsilə topun itirilməməsinə xüsusi diqqət yetirir. Əgər top itirilərsə, dərhal pressinqə keçilir. Bu sistemdə əsas yük Kusulos və Mariçin üzərinə düşür. Müdafiədən hücuma keçiddə isə Eitinq və Jovetiç arasındakı əlaqə önəmlidir. “Omoniya” tez-tez cinahlardan qapı qarşısına ötürmələr edir, bu zaman həm hücumçu, həm də arxadan gələn oyunçular bu ötürmələrə yönəlir.

Komanda standart vəziyyətlərdə də təhlükəlidir. Kulibali və və meydanda olduğu halda müdafiəçi Helanderin boy üstünlüyü korner və cərimə zərbələrində istifadə olunur. Jovetiç isə birbaşa qapıya zərbələrlə və topa nəzarətlə bu vəziyyətlərdə fərqlənir.

Bütün bu elementləri nəzərə alaraq, “Omoniya”nın “Araz-Naxçıvan” qarşısında üstünlükləri təcrübə və nizam-intizamlı oyun sistemidir. Ancaq cinahların daha fəal olduğu, mərkəzin tamamilə nəzarətdə saxlandığı bu sistem qarşısında Elmar Baxşıyevin komandasının müdafiə və sürətli əks-hücum taktikası uğur qazandıra bilər. Buna baxmayaraq, “Omoniya” həm fərdi oyunçu keyfiyyətləri, həm də komanda şəklində nizamlı oyunu ilə ciddi rəqibdir. Bir sözlə, bu komandanın hücum “4-lüy”ünü zərərsizləşdirəcəyimiz halda, nəyəsə nail olmaq mümkündür. “Omoniya” güclü komandadır, amma gücü məhduddur, dünya nəhəngi deyil. “Aris”dən daha hərəkətli olsalar da, “yırtıcı” sayılmamalıdırlar.

CAVAD

“Araz-Naxçıvan” bizi maraqlandırmır”
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi olan Avstriya klubu “Volfsberqer” qitənin üçüncü dərəcəli turnirində çıxış etmək istəmir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik komandanın qarşısına Avropa Liqasında mərhələ adlamaq tapşırığı qoyub. Bu turnirin üçüncü təsnifat mərhələsində Yunanıstan PAOK-u ilə qarşılaşacaq “Volfsberqer” məğlub olarsa, Konfrans Liqasının pley-offuna düşəcək və “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibinə rəqib olacaq.

Baş məşqçi Ditmar Kühbauer qısa açıqlamasında bütün diqqətlərini PAOK-la görüşlərə yönəltdiklərini bildirib: “Məqsədimiz Avropa Liqasında irəliləməkdir. Buna görə də indi nə “Omoniya”, nə də “Araz-Naxçıvan” bizi maraqlandırmır. Hədəf PAOK-la oyunlarda uğurlu nəticə qazanmaqdır. Yunanıstan klubu ilə matçların nəticəsindən sonra gələcək rəqib barədə danışmaq olar”.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.

Konfrans Liqasındakı klublarımız üçün davam və ya tamam günü
Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimiz – “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə “Sabah” evdə “Petrokub”la (Moldova) qarşılaşacaq. Masazırda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. “Sabah” Moldovada keçirilmiş ilk oyundan 2:0 hesablı qələbə ilə qayıtdığı üçün mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir.

“Araz-Naxçıvan” səfərdə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi də doğma meydanda keçirilmiş ilk oyundan qalib ayrılıb – 2:1. Bakı vaxtı ilə saat 22:15-də başlayacaq oyunda şotland hakimlər söz sahibi olacaqlar.

“Zirə” də Xorvatiyanın “Hayduk” komandası ilə cavab görüşünü səfərdə keçirəcək. Bu komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməyib – 1:1. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı italyan hakimlər idarə edəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul

20:00. Sabah – Petrokub
Baş hakim: Danilo Nikoliç (Serbiya).
“Masazır Arena”.

22:15. Aris – Araz-Naxçıvan
Baş hakim: David Dikkinson (Şotlandiya).
Saloniki. Kleantis Vikelidis stadionu.

23:00. Hayduk – Zirə
Baş hakim: Luka Payretto (İtaliya).
Split. “Polyud” stadionu.

“Aris”in “gəzən bombaları”
Ötən mövsüm Elmar Baxşıyevin başçılığı altında Misli Premyer Liqasında yaxşı oyunu ilə diqqət çəkən və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Araz-Naxçıvan” yeni missiyaya hazırlaşır. Komandamızın qitəmiqyaslı yarışlarda təcrübəsizliyini nəzərə alsaq, siftəsində Yunanıstan təmsilçisini adlaması çətin görünür.

Amma “Aris”in özü də Yunanıstan nəhənglərindən sayılmır. Bir neçə gün əvvəl hazırlıq görüşündə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən Naxçıvan klubu niyə də Selanik klubu qarşısında sürpriz etməsin?! Vaxtiıə “Qarabağ” bu şəhərin ən böyük klubu PAOK-u şoka salmağı bacarmışdısa, Baxşıyevin komandası onların kiçiklərinə yerini göstərə bilər.

Püşk atıldıqdan sonra bu klubun da tarixçəsi ilə sizi tanış etdiyimizdən, yenidən təkrarçılığıa yol verməyəcəyik. Ötən mövsümdəki çıxışlarına və hazırkı heyətin potensialına əsasən “Aris”i “mikroskop”dan keçirəcəyik…

Hazırda “Aris” heyət baxımından kifayət qədər oturuşmuş və nisbətən təcrübəli oyunçulara güvənən komanda sayılır. Klubun rəhbərliyi uzunmüddətli inkişafa deyil, daha çox hazır nəticələrə fokuslanan bir transfer siyasəti yürüdür və bu da heyətdə gənclərin nisbətən az, lakin təcrübəli və funksional hazırlıqlı oyunçuların çox olması ilə nəticələnib. Qapı xətti sabit və etibarlıdır. Burada uzun illərdir əsas heyətdə çıxış edən ispaniyalı kapitan Julian Kuesta var.  O riski sevmir, müdafiəçilərlə koordinasiya  qurur, doğru mövqe seçimi ilə fərqlənir. Kuestanın təcrübəsi ona oyunlarda sakitlik gətirir, lakin bəzi hallarda reaksiyada gecikir.

Müdafiə xətti “Aris”in ən sabit və nizamlı bölgələrindən biridir. Burada Çexiya millisinin oyunçusu Yakub Brabets və braziliyalı Fabiano Leismann kimi həm fiziki, həm də mövqe baxımından etibarlı mərkəz müdafiəçiləri yer alır. Brabets daha çox lider xarakterli, oyunun gedişini hiss edən, topu təhlükəli zonalarından uzaqlaşdırmaqda püxtələşən oyunçudur. Fabiano isə texniki cəhətdən o qədər mükəmməl  olmasa da, fiziki gücü və hava toplarındakı üstünlüyü ilə fərqlənir. Bu ikili müdafiənin mərkəzində bir-birini yaxşı tamamlayır.

Cinahlarda isə daha çox sabitliyə və ehtiyatlı oyuna üstünlük verən  futbolçular çıxış edir. Sol cinahda mərakeşli Hamza Mendil sürətli və dinamik olsa da, son ötürmələrdə və qərarvermədə bəzən səhvlərə yol verir. Sağ cinahları bir az yaralı yerləridir. Naxçıvan futbolçuları bu tərəfdən hücumlar qursalar, daha doğru olar.

Yarımmüdafiə “Aris”in canıdır. Ötən mövsümə qədər Çexiya millisinin dayaq sütunlarından olan Vladimir Darida Yunanıstan klubunun düşünən beyni idi.  Onun gedişindən sonra nə edəcəkləri bizə də maraqlıdır.  Dərd orasındadır ki, onun ekvadorlu sağ əli Xose Sifuentes də icarə müddətini başa vuraraq “Reyncers”ə qayıdıb. Baş məşqçi Marinos Uzunudisin onları kimlə əvəzləyəcəyini oyunda görəcəyik.

Oyun quruculuğu ilə diqqət çəkən ispaniyalı Ruben Pardonun gedişini də “Aris” üçün itki saymaq olar.  Amma Monçu ilə Mamadou Gninqi qoruyub saxlaya biliblər. Onlar bir neçə mövqedə oynaya bilmək, fərqli oyun planlarına uyğunlaşmaq və ehtiyatdan oyuna daxil olaraq təsir göstərmək baxımından vacib rollara sahibdirlər. Bir sözlə, əsas silahı yarımmüdafiə olan “Aris”də əməlli-başlı “şumlanma” prosesi gedib. İndi görək “Araz-Naxçıvan” bu boş ərazini “becərə biləcəkmi”?

“Qalatasaray” və “Ankaragücü” klublarından tanıdığımız Rumıniya millisinin  yarımmüdafiəçmisi Olimpiu Morutanla güclənsələr də, o hələ komandaya uyğunlaşası…

Hücum xətti komandanın daha çox fərdi istedadlara söykəndiyi zonadır. Burada əsas yük Loren Moronun çiynindədir. Vaxtilə “Betis”in heyətində xarüqələr yaradan 31 yaşlı hücumçu hər iki oyunda “Araz-Naxçıvan”ın müdafiəçilərinin əsəbləri ilə oynayacaq. Yəqin ki, Elmar Baxşıyevin ən böyük problemi də elə o olacaq. Moron oyunun içində topa çox toxunuş etməsə də, qapı qarşısında ani qərarları və bitiriciliyi ilə diqqət çəkir.

Onun arxasında və cinahlarda fərqli tipli hücumçular çıxış edir. İsveç yığması ilə millimizə qarşı oynamış Robin Quaison həm təcrübəsi, həm də fərqli hücum variantları təklif edə bilməsi ilə  “Aris”in oyununa rəng qatır. Onun bir neçə mövqedə çıxış etmə bacarığı da xüsusi vurğulanmalıdır.

“Selta”dan tanıdığımız Danimarka millisinin sabiq cinah hücumçusu Pione Sisto da “gəzən bombalar”dandır. 30 yaşlı təcrübəli futbolçuya göz açmağa imkan vermək olmaz. “Ştutqart”, “Reyms” və APOEL-də oynayan Yunanıstan millisinin keçmiş hücumçusu Anastaios Donisi transfer etməklə güclərinə güc qatıblar. Amma o da hələ bu komandada təzədir.

Ümumən, “Aris” balanslı və sistemli bir komandadır. Onlar nizam-intizamlı, fiziki gücə əsaslanan və oyun planına sadiq qalan bir üslubda çıxış edirlər. Qapı xətti və müdafiədə sabitlik, yarımmüdafiədə təcrübə və güc, hücumda isə fərdi ustalıq komandanın əsas özəliyidir. Lakin yüksək kreativlik problemi və lənglik onları dala salır. Buna görə də “Aris” daha çox oyunu idarə etmək və zəif cəhətlərini gizlətmək üzərində qurulmuş strategiya ilə çıxış edir. Bu model onları daha intizamlı və təhlükəli rəqibə çevirir. Yaxşı təşkilatlanmış müdafiə və funksional yarımmüdafiə ilə qarşılaşan hər komanda üçün “Aris” ciddi taktiki problem yarada bilər.

“Aris” komandasının oyun strukturu və heyət quruluşu özündə həm dayanıqlı, həm də kövrək elementləri ehtiva edir. Bu komandanın əsas güclü cəhətlərindən biri taktiki nizam-intizamdır. Meydanda hər bir oyunçunun vəzifəsi aydın şəkildə müəyyənləşib və sistemin iş prinsipi fərdi bacarıqlardan çox kollektiv düşüncə üzərində qurulub. Müdafiə və yarımmüdafiə xətlərinin bir-birinə yaxın oynamağı, komandanın kompakt qurulması istər topa sahib olduqları, istərsə də topu itirdikləri anlarda onların sistemli komandaya çevrilməsinə səbəb olur. Bu sistemli oyun isə xüsusən təzyiq altında və ya səfər matçlarında onların oyundan qopmamasına şərait yaradır.

Komanda  oyunu oxumağı sevir və  fiziki mübarizəyə girişməkdən çəkinmir. İkili mübarizələrdə aqressivlik, hava toplarında üstünlük və səliqəli mövqe oyunu onların müdafiə sistemini yarmağı çətinləşdirir. Bundan başqa, təcrübəli oyunçuların mövcudluğu “Aris”in emosional ritmini də tənzimləyir. Oyunun gedişatına uyğun ritm dəyişmələri, lazım olan məqamda tempi azaltmaq və ya sürətləndirmək imkanları onlara oyun içində taktiki çeviklik qazandırır.

Yarımmüdafiənin möhkəmliyi də komandanın sabitliyində mühüm rol oynayır. Müdafiə ilə hücum arasında körpü funksiyasını uğurla yerinə yetirən mərkəz oyunçuları həm topun saxlanması, həm də irəli ötürülməsində nizamı qoruyur. Onlar pressinqdən çıxış yollarını yaxşı bilir, topu itirdikdə isə əks-press tətbiq etməyə qadirdirlər. Bu da onları topa sahib olma baxımından yetərincə təhlükəli komanda halına gətirir.

Komandanın zəif cəhətlərindən biri məhz hücumun stabilliyidir. Rəqibin sıx müdafiə olunduğu topu özündə saxladığı və oyunun ritmini öz istəyinə uyğun yönləndirdiyi hallarda “Aris” hücumda bəzən passivləşir. “Araz Naxçıvan” da bunu yaxşı bacarır. Tək-tük fərdi cəhdlərlə müdafiəni yarmaq mümkün olmayanda onların oyun planı daralır. Hücum variantlarının azlığı, kreativliyin və komanda şəklində qurulan hücum kombinasiyalarının zəifliyi bir çox hallarda qol imkanlarının məhdudlaşmasına səbəb olur.

Başqa bir zəif cəhət komandanın ani sürətlənmələrə cavab verməkdə bəzən gecikməsidir. Müdafiə və yarımmüdafiə nə qədər kompakt oynasa da, sürətli hücumlara qarşı müəyyən çətinliklər ortaya çıxır. İrəlidə çox risk etmədiklərindən arxada qalmağa üstünlük verirlər, bu isə bəzən rəqibə oyunu idarə etmək imkanı verir. Hərçənd bu, komandanın öz strukturuna uyğun bir seçimdir, lakin temp dəyişikliklərinə adaptasiya bacarığı tam ideal səviyyədə deyil. Fikir verirsinizsə, “Araz Naxçıvan”da bu özəlliklər var.  Bir sözlə bizi oyun üslubu bir-birinə bənzər olan iki komandanın oyunu gözləyir. İnanırıq ki, “Araz Naxçıvan” onlardan daha effektli oynayacaq.

TAHİR MİRZƏ

“Neftçi” ilə aramızda heç bir danışıq olmayıb”
“Araz-Naxçıvan”ın yeni transferi Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi

– Təlim-məşq toplanışı necə keçir?

– Öz axarında davam edir. Hər şey qaydasındadır. Avrokuboklara hazırlaşırıq.

– Özünü yeni komandada necə hiss edirsən?

– Burada özümü yaxşı hiss edirəm. Bir-birimizi günü-gündən daha yaxşı tanıyırıq. Buna çalışırıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Nə zaman “Araz-Naxçıvan”a keçməyə qərar verdin?

– Açığı, danışıqlar getdi, mən də komandanı tanıyırdım. Bilirdim ki, burada yaxşı oyunçular və yaxşı baş məşqçi var. Bu səbəbdən də düşündüm ki, “Araz-Naxçıvan”da oynaya bilərəm.

– Amma mətbuatda xəbərlər var idi ki, sənin transferində ən çox maraqlı olan tərəf “Neftçi”dir.

– Mənimlə onların arasında heç bir danışıq olmayıb. Ola bilər ki, agentimlə hansısa danışıqlar aparıblar.

– Niyə Azərbaycanda qalmaq istədin? Başqa təkliflər yox idi?

– Azərbaycanı bəyənirəm. Burada özüm də, ailəm də rahatıq. Sakitlik olan ölkədə qalmaq daha yaxşıdır.

– Avrokuboklara özünüzü hazır hiss edirsiz?

– Biz işləyirik. Düşünürəm ki, uğurlu ola bilərik. Rəqibimiz Yunanıstanın “Aris” komandasıdır. Onları keçməyə çalışacağıq. Yaxşı performans ortaya qoyacağıq.

– “Aris” sizin üçün çətin rəqibdir?

– Avrokuboklarda asan rəqib yoxdur.

– Demişdin ki, “Araz-Naxçıvan”a gəlməyimdə Qara Qarayevin rolu var. Onunla bir komandada olmaq sənə əlavə kömək edəcək?

– Bəli, yaxşı olacaq. Biz bir-birimizi çoxdan tanıyırıq. Onunla yaxşı münasibətim var. Bu ikimiz üçün də müsbət məqamdır.

ABBAS

“Araz-Naxçıvan”ın rəqibi ona 200 min avro xərclədi
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” daha bir oyunçu transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Yunanıstan klubu bu dəfə qapı xəttini gücləndirib.

Saloniki təmsilçisi Xorvatiyanın “İstra 1961” klubunun qolkiperi Lovro Maykiçi heyətinə qatıb. 25 yaşlı qapıçı keçidi rəsmiləşdirmək üçün artıq Salonikiyə yollanıb. Xorvatiyanın gənclər millisinin sabiq üzvü “Aris”lə 3 illik müqavilə imzalayacaq. Bu transfer yunanlara 200 min avroya başa gəlib.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.

“Araz-Naxçıvan”la matçda istədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in yeni transferi Yoannis Qianniotas keçidlə bağlı təəssüratlarını bildirib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu doğma komandasına döndüyü üçün xoşbəxt olduğunu açıqlayıb.

Qianniotas indi bütün diqqətlərini “Araz-Naxçıvan”la matçlara yönəltdiklərini söyləyib: “Evə qayıdıram, bu özü hər şeyi deyir. Futbolçu kimi böyüdüyüm komandaya döndüyüm üçün çox xoşbəxtəm. Bu, çoxdandır arzuladığım keçid idi. Bundan sonra düşünəcəyim tək şey komandamda uğurlu çıxış edərək milliyə dönməkdir. Həm Yunanıstan çempionatında, həm də Konfrans Liqasında birlikdə hədəflərimizə nail olmağa çalışacağıq. Bunun üçün bütün gücümü səfərbər edəcəyəm. Artıq avrokubokda “Araz-Naxçıvan”la oyunun hazırlığını görürük. Azərbaycan komandası ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə və Konfrans Liqasında daha da irəliləyəcəyimizə inanırıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.