Mahir Emreli – Futbolinfo.az

Mahirsiz qələbə
Almaniya 2-ci Bundesliqasında 4-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” doğma meydanda “Darmştadt”la qarşılaşıb.

Mahirin komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Emrelinin yüngül zədəsi olduğu üçün bu görüşdə iştirak etməyib.

“Kayzerslautern” 6 xalla 9-cu pillədə qərarlaşıb.

“Mahirlə ünsiyyət qurmaq asan deyil” – Kloze
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Bild.de nəşrinə Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis həmyerlimizdən narazılığını dilə gətirib.

Klozenin sözlərinə görə, Emreliyə eyni şeyi dəfələrlə izah etməli olurlar: “Mahirlə ünsiyyət qurmaq asan deyil. Etmədiyi bəzi işlərə görə ona iki-üç dəfə başa salmalı oluruq. Buna görə də tez-tez künc zərbələri və ya cərimə zərbələri zamanı harada durmaq barədə göstərişlər alır. Onunla bu barədə daim danışırıq. Stefanos Tzimasla qarşılıqlı əlaqələri yaxşılaşdı. Amma hələ ki, razı deyiləm”.

Qeyd edək ki, Mahir Emreli yayda “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.

Mahir Emreli: “Məndən istəyiniz və təzyiqiniz çoxdur!”
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.

27 yaşlı hücumçu Millətlər Liqasının 4-cü turunda evdə Slovakiya ilə qarşılaşmada (1:3) qırmızı vərəqə almasına və bu səbəbdən tənqid olunmasına münasibət bildirib:

“Hörmətli azarkeşlər!

Öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan Vətən sevgisini, Bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur va nəticə vərəqə ilə sonlanır.

Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düsşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər. Ona görə məndən istəyiniz və təzyiqiniz çoxdur! Bu, məni qorxutmur, əksinə sevindirir. Məni daha yaxşı olmağa, daha çox məşq etməyə va daha çox inkişaf etməyə sövq edir!

Ümid edirəm, gələcək oyunlarımda qollarım ilə sizi sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!”

50 oyun həddinə çatan 21-ci futbolçu
UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya ilə keçirilən oyun Azərbaycan millisinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub. 27 yaşlı hücumçu Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə yubileylə yadda qalıb.

Lakin 50-ci matç onun və komandamız üçün heç də uğurlu olmayıb. Çünki Mahirin qırmızı vərəqə aldığı qarşılaşmada komandamız 1:3 hesabı ilə məğlub olub. Forvard milli forma altında keçirdiyi 50 matçda 6 dəfə fərqlənib. O, 50 oyun səddinə çatan 21-ci futbolçu kimi Azərbaycan tarixinə düşüb. Emreli aktivində 52 matç olan komanda yoldaşı Emin Mahmudov və yığmanın sabiq yarımmüdafiəçisi Emin Quliyevə yaxındır.

Qeyd edək ki, Mahir Emreli 2017-ci ildən millimizin formasını geyinir.

“Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm” – Emreli
Almaniya 2-ci bundesliqa təmsilçisi “Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü futbola yaranan marağının mənbəyini 2002-ci ilin dünya çempionatına baxdıqda anası Elnurə Emrelinin verdiyi reaksiya ilə əlaqələndirib:

“Onun reaksiyasından oyuna necə də həyəcanlı baxdığını gördüm. Bu, bir uşaq kimi mənim içimdə nəyisə yandırdı. Beləcə də futbola başladım”.

Millimizin oyunçusu “Qarabağ”ın heyətində çıxdığı ilk Çempionlar Liqası təcrübəsindən də danışıb: “Əlbəttə ki, Londonda, “Stemfrod Bric”də “Çelsi”yə qarşı “Qarabağ”la ilk Çempionlar Liqası matçını xatırlayıram. Bizim heç bir şansımız yox idi, amma bizim üçün yenə də tarixi matç idi. Ab-havasına görə yaddaşımda qalan üç stadionun adını çəkməli olsam, Dortmund “Borussiya”sı, PAOK və “Roma”nın stadionlarını deyərdim”.

O, legioner həyatına başlaması barədə fikirlərini bildirib: “Yoluma başlayanda bunu tək özümə görə yox, həm də ölkəmə görə etmişdim. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya qədər gəlib çıxan elə də çox futbolçu yoxdur. Mən Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, onlar da belə addım atmaqda cəsarətli olsunlar. Mən ünsiyyətcil və digər mədəniyyətləri öyrənməyi xoşlayan birisiyəm”.

Emreli digər millətlərə tolerantlığının Azərbaycanda gördüyü mədəniyyətdən irəli gəldiyini deyib: “Biz çox tolerantıq və müsəlman ölkəsiyik, amma digər dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Bizdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Məsələn, ruslar ukraynalılarla bir yerdə qalırlar. Biz fərqli mədəniyyətlərlə böyüyüb, onlarla harmoniyada yaşamağı öyrənirik. Bu, mənim üçün digər ölkələrdə yaşamağın çətin olmamasının səbəblərindəndir. Hazırda dünyada çoxlu nifrət var. Mən insanlara göstərmək istəyirəm ki, başqa çıxış yolu da var”.

O, Almaniyadakı həyatından da danışıb: “Burada milli bayramlar görsəm, çəkib onları da paylaşacağam. Azərbaycandan olan azarkeşlərim üçün buranın mədəniyyəti maraqlıdır. Klubuna sadiq olmağın mənasını Almaniyada daha yaxşı öyrəndim. Əgər meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır”.