onemli – Futbolinfo.az

“Qarabağ” üçün danimarkalılar və ingilislər
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-a Yakb Kelet nəzarət edəcək, AVAR-da isə Yens Maye olacaq.

Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da isə Ceyms Bell olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Marko Yankoviç: “Kədərlənmək üçün vaxtımız yoxdur”
“Əlbəttə, nəticədən razı deyilik. Amma bu, futbolun bir hissəsidir. Bəzən rəqibdən daha yaxşı oynasan da, qalib gələ bilmirsən. Mən onların bizdən üstün olduğunu demirəm, sadəcə bu oyunda belə alındı”. Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.

Təcrübəli oyunçu Avropa Liqasında Bolqarıstan ÇSKA-sına məğlubiyyəti şərh edib: “İndi oyunu təhlil etməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var. Ancaq dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənmək üçün çox vaxtımız yoxdur. Qarşıda yeni oyunlar var və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq”.

Azərbaycan futbolu tarixində avrokuboklarda ən yaxşı start
Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1,000, “Qarabağ” 0,750+, “Zirə” 0,625, “Neftçi” 0,250 əmsal əldə edib.

“Qarabağ” yenidən ÇSKA ilə qarşılaşa bilər
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya penaltilər seriyasında uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək. Ağdamlılar pley-offa yüksəlməyi bacarsa, burada növbəti dəfə Bolqarıstan klubu ilə üz-üzə gələ bilər.

Təmsilçimiz Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq. Pley-off mərhələsinin püşkü isə bu oyunlardan əvvəl – avqustun 3-də atılacaq. “Qarabağ”ın yüksək klub reytinqinə (42.750) görə “Dinamo” – “Qarabağ” cütü səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ” Kiyev klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə pley-offda bu komandalardan biri ilə qarşılaşa bilər:

“Xetafe” (İspaniya)

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cütləri:

“Riyeka” (Xorvatiya) – “İlves” (Finlandiya)

ÇFR (Kluj, Rumıniya) – “Tromsö” (Norveç)

HİK (Finlandiya) – “Motervell” (Şotlandiya)

“Tvente” (Niderland) – DAK 1904 (Slovakiya)

RFS (Latviya) – “Yablonets” (Çexiya)

“Brann” (Norveç) – “Apollon” (Kipr)

“Jalgiris” (Litva) – “Hayduk” (Xorvatiya)

“Şkendiya” (Şimali Makedoniya) – “Hibernian” (Şotlandiya)

“Avstriya” (Avstriya) – “Beytar” (İsrail)

GKS (Katovitse, Polşa) – “Hapoel” (Tel-Əviv, İsrail)

“Vaduts” (Lixtenşteyn) – “İnter” (Finlandiya)

“Norşellann” (Danimarka) – “Valyur” (İslandiya)

“Auda” (Latviya) – “Dinamo” (Tirana, Albaniya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu cütlüklərin məğlubları:

“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya)

“Beşiktaş” (Türkiyə) – “Hradets-Kralove” (Çexiya)

“Ferensvaroş” (Macarıstan) – “Qurnik” (Polşa)

“Makkabi” (Tel-Əviv, İsrail) – ÇSKA (Bolqarıstan)

Ramil Şeydayevin yeni klubu
“Qarabağ”dan ayrılan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər. Daha əvvəl adı Mahaçqala “Dinamo”su ilə yanaşı hallanan 30 yaşlı hücumçu ndi başqa komandanın hədəfindədir.

Futbolinfo.az xəbər verir ki, Ramil “Soçi” ilə anlaşmaq üzrədir. O, iki gün öncə Rusiya klubunun düşərgəsnə yollanıb müqavilənin detallarını razılaşdırmalıydı. Birinci liqa təmsilçisi ilə anlaşmanın iki illik olacağı gözlənilir.

Şeydayev son mövsümdə 11 matça 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldığı “Qarabağ”dan azad agent kimi ayrılıb. O, Rusiyada daha öncə dörd 4 klubun formasını geyib. “Zenit” yetirməsi “Krılya Sovetov”, “Dinamo” (Moskva) və “Rubin”də qısa müddət top qovub. Rusiyanın aşağı yaş millilərində çıxış etmiş hücumçu Slovakiya, Türkiyə və Taylandda legioner həyatı yaşayıb, həmçinin “Sabah” və “Neftçi”də oynayıb.

Karyerasının ən parlaq dönəmini 127 oyuna 39 qol vurduğu “Qarabağ”da keçirən Ramil Azərbaycan milisində 69 görüşdə 10 dəfə fərqlənib.

“Sabah” oyunçusunu Ukrayna klubuna göndərir
“Sabah”ın iyulun ilk günündə Gürcüstanın “İberiya” klubuna icarəyə verdiyi Andrey Santosla bağlı yeni iddia ortaya atılıb.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi bu ölkədə çıxış edə bilər.

Məlumatda bildirilib ki, 21 yaşlı oyunçu “İberiya”ya ilin sonuna qədər icarəyə verilsə də, oradan ayrılaraq “Veres”in formasını geyinmək ehtimalı yaranıb. Hətta o da vurğulanıb ki, Santos yaxın günlərdə Rovno klubunda tibbi müayinədən keçəcək və ardından “Veres”lə rəsmi müqavilə imzalayacaq.

“Veres” onu birillik icarəyə götürməyi hədəfləyir. Razılıq əldə olunsa, Ukrayna klubunun futbolçunu birdəfəlik transfer etmək hüququ da olacaq.

Qeyd edək ki, Andrey Santos “Sabah”a ötən ilin yayında Braziliyanın “Kana” klubundan keçib.

“Beşiktaş” Avroliqanın 3-cü təsnifat mərhələsinə yüksəldi
Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Qarabağ” səfərdə qarşılaşdığı ÇSKA-ya (Sofiya, Bolqarıstan) penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Türkiyənin “Beşiktaş” komandası isə “Midtyulland” (Danimarka) ilə səfər oyunundan da qalib ayrılaraq növbəti raunda yüksəlib.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
23 iyul

Makkabi (Təl-Əviv, İsrail) – Şerif (Tiraspol, Moldova) 1:0 (ilk oyunn 5:0)
Hradeç (Çexiya) – Tromse (Norveç) 3:1 (1:0)
Midtyulland (Danimarka) – Beşiktaş (Türkiyə) 0:2 (0:1)
Pafos (Kipr) – Hayduk (Split, Xorvatiya) 4:0 (0:2)
PAOK (Yunanıstan) – Dinamo (Kiyev, Ukrayna) 2:0 (3:2)
ÇSKA (Sofiya, Bolqarıstan) – Qarabağ (Azərbaycan) 0:0, penaltilər 5:4 (0:0)
Anderlext (Belçika) – Hammarbü (İsveç) 3:1 (1:1)
Ferentsvaroş (Macarıstan) – Tvente (Niderland) 2:2 (2:1)
Benfika (Portuqaliya) – Senkt Qallen (İsveçrə) 5:0 (1:2)

“Qarabağ” Konfrans Liqasında Kiyev “Dinamo”suna rəqib oldu
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Ukraynanın “Dinamo” (Kiyev) klubu olacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

“Dinamo” (Kiyev) isə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Beləliklə, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və “Dinamo” (Kiyev) üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.

“Çox məyusuq” – Rəşad Sadıqov
“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Payde”ni qəbul edib.

Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə bitən oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov oyun barəsində danışmağın çox çətin olduğunu bildirib:

“Oyun barəsində uzun-uzadı danışmaq çox çətindir. Məyusedici oyun oldu, mərhələni adlaya bilmədik. Hər şey göz qabağındadır. Çoxsaylı epizodlarımız oldu. Top qapıdan keçmək bilmirdi. Biz çox məyusuq. İki oyunda da üstün olan tərəf idik. Gedişat sanki onu göstərirdi ki, mərhələni keçən tərəf olmayacağıq. Rəqibi təbrik edirəm”.

Azərbaycanda vitse-prezidentin atası danışılmış oyunlara görə cəzalandırıldı
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Azərbaycan tennis millisinin məşqçi/kapitanı Yalçın Manaflını cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, onun danışılmış oyunların mərcə qoyulmasında iştirakı bəlli olub.

Bu səbəbdən Moldovanın paytaxtı Kişinyovda keçirilən “Deyvis Kap” turniri zamanı onun telefonuna baxış keçirilməsi istənilib. Lakin o, telefonunu verməkdən imtina edib. Bu səbəbdən Y.Manaflı 11 iyundan etibarən bütün yarışlardan müvəqqəti diskvalifikasiya olunub.

Sözügedən şəxs Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflının atası və federasiyada koordinator vəzifəsində çalışır. O, Azərbaycanda ənənəvi olaraq keçirilmiş Dünya Tennis Turu turnirinin direktoru da olub. Bu diskvalifikasiya Dünya Tennis Turu, WTA, ATP, “Böyük Dəbilqə” və ya Azərbaycan Tennis Federasiyası tərəfindən təşkil edilən yarışlarda oynamaq, məşqçi olmaq və ya iştirakı ehtiva edir.

Y.Manaflı müvəqqəti diskvalifikasiya qərarından Tennis Anti-Korrupsiya Proqramı (TACP) çərçivəsində fəaliyyət göstərən Anti-Korrupsiya Dinləmə Məmuru (AHO) Filipp Kavalyerosa apellyasiya şikayəti edib. Lakin apellyasiya “əsaslı dəlil olmadığından” rədd edilib.

Əldə etdiyimiz məlumata görə, bunadək cəzalandırılmış tennisçilərdən biri dindirilmə prosesi zamanı Yalçın Manaflının da adını çəkib. Orada Manaflının mərc kontorlarında iştirakı bildirilib. Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Araşdırma yekunlaşdıqdan sonra cəzanın müddəti və cərimənin məbləği açıqlanacaq.

Qeyd edək ki, Yalçın Manaflı koordinator kimi 10-13 iyunda Moldovanın paytaxtı Kişinyovda keçirilmiş “Deyvis Kap”da iştirak edib. Həmin turnirdə millimiz ata-oğul Manaflıların rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimovla təmsil olunub.

Komandamız A qrupunun oyunlarında Latviyaya və İrlandiyaya 0:3, Monteneqroya isə 0:2 uduzub. Daha sonra komandamız digər qrupun 3-cüsü ilə görüşdə Gürcüstana da 0:2 yenilib və turnirdə Kosovo ilə birgə sonuncu olub. Yalçın Manaflı Latviya ilə oyunda iş başında olsa da, digər matçlardan sanksiyaya görə uzaqlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərlidir. O, mayın 1-də bu federasiyaya prezident seçilib. Ə.Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu və “Efendiler Group”un rəhbəri kimi tanınır. (Prosport.az)