redaktor – Futbolinfo.az

“Qarabağ”a qarşı oynamaq insana ikiqat motivasiya verir”
“Qarabağ”a qalib gəlmək gözəl hissdir. Onlara qarşı oynamaq insana ikiqat motivasiya verir. Beynimizi düzgün yönəltdiyimiz zaman hər şey yaxşı olur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Otto Con deyib.

Hücumçu səfərdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın çətinliyindən də danışıb: “Çətin və maraqlı oyun oldu. Azərbaycanın ən yaxşı komandasına qarşı oynayırdıq. Bu qarşılaşmada yaxşı nəticə əldə etmək istəyirdik. Bunun üzərində çalışdıq və sonda qələbə qazandıq. İlk hissədə buraxdığımız qol bizi bir qədər ruhdan salsa da, vəziyyəti dəyişməyi bacardıq. İkinci hissədə daha yaxşı çıxış etdik və bəzi riskləri göz önünə alaraq irəlilədik. Nəticədə hər şey xeyrimizə yekunlaşdı”.

Oyunun son dəqiqələrində qalibiyyəti təmin edən qolu vuran Otto Con azarkeşlərə təşəkkür etməyi də unutmayıb: “Həmişə başımı aşağı salıb işimi görürəm və məşqlərimi davam etdirirəm. Oyuna sonradan daxil oldum və komandama kömək etməyə çalışdım. Son saniyələrdə vurduğum qol ilə komandamıza qələbə qazandırdığım üçün çox sevinirəm. Buradan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Uzaq məsafədən gəlib bizə dəstək olurlar. Artıq diqqətimizi digər oyunlara yönəltməliyik. Daha yüksək pillələrə qalxmaq və onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

“Qarabağ”ın növbəti uğuru
“Qarabağ” onun üçün 450 min avro ödəmişdi. Portuqaliya “Çaveş”indən gələndə əksəriyyət cəmi ilyarım sonra Olavio Juninyonun qiymətinin 10-12 dəfə yüksələcəyini düşünməzdi. Hətta Kadi Borges nümunəsi olmasına baxmayaraq…

Bu gün Juninyonun “Qarabağ”dan gedişi komandanın zəifləyəcəyindən qorxanlar üçün pis xəbərdir. Lakin elə həmin Kadinin satılması da ağdamlılar üçün az qala faciə sayılırdı. Əvəzində Qurban Qurbanov daha döyüşkən komanda formalaşdırdı, mövcud oyun sistemində fərdlərin önəminə baxmayaraq, hansısa oyunçulardan asılılığın olmadığı aydınlaşdı.

“Qarabağ” avrokuboklarda normal futbol sərgiləyir. Nəticələr aşağı-yuxarı eyni olur və etiraf etmək lazımdır ki, ümumi ölkə futbolunun səviyyəsinə görə hətta boyundan hündürə tullanır. Azarkeşlər komandadan daha irəli getməsini istəyə bilər, elə klubdakı hər kəs də bunu arzulayır. Reallıq isə amansızdır. “Qarabağ”ın mövcud şəraitdə maksimumu məhz indi göstərdiyi nəticələrdir. Ağdam təmsilçisi qitənin ortabablarından olmaq üçün çalışır, daha yüksək nəticələr üçün ümumi ölkə futbolunun, rəqabətin səviyyəsi qalxmalıdır, klublar bilet satışından və s. pul qazanmalıdır, yüksək səviyyəli oyunçuların ölkəmizə gəlməsinə nail olunmalıdır.

Bütün bunlar “Qarabağ”ın təkbaşına bacaracağı işlər deyil. Ona görə də klub rəhbərliyi və Qurbanov əla işbirliyi sayəsində uğurlu çıxışla yanaşı digər variantı aktuallaşdırıblar. Başqa ölkələrdə o qədər də önəmsənməyən futbolçular gətirilir, ulduza çevrilir və satılır. “Qarabağ” istəsə, Julio Romao üçün 2 milyon avronu gözdən çıxaran “Ferentsvaroş”a “hə” deyər. Və ya Leandro Andrade üçün bundan da çox pul təklif edən Çin təmsilçisi ilə bazarlıq edə bilərdilər. Daha öncə İbrahima Vadji, Kvabena Ovusu da satılmışdı.

“Qarabağ”ın oyunçusuna “Sevilya” kimi qitə nəhənginin müştəri düşməsi artıq başqa leveldir. Bu, Avropa bazarına açılmaq, diqqət çəkmək, şərtləri diqtə etmək deməkdir. Juninyo ölkəmizdə oynamış ən səviyyəli legioner deyil, sadəcə, klubun ağıllı siyasəti sayəsində o, arzulanan oyunçuya çevrilib. Bu satış əməliyyatı transfer bazarında möhkəmlənmək, skautların daim diqqət mərkəzinə düşmək üçün növbəti şansdır. Xərcləri nəzərə alsaq, heç qitə yarışlarında mövsümə 4-5 milyon avro qazanmaq olmur, braziliyalının transferindən əldə olunan vəsait isə xalis gəlirdir.

“Qarabağ” nəticələr baxımından qürur mənbəymizdir. İndi klub futbol biznesində də önəmli işlər görür. Olavionun gedişinə üzülmək yox, yeni açılan cığırın işlək yola çevrilməsinə sevinmək lazımdır. Yerli futbolçularımızın da bu yolun yolçularına çevriləcəyinə ümid etmək lazımdır. Mahir Emreli azad agent kimi buraxılmışdı, cığıraçanlardan idi. Musa Qurbanlı yaxşı qiymətə satıldı, uyğunlaşa bilmədi, daha az məbləğə geri qaytarıldı. Hazırda Avropanın ortabab klublarında oynamaq gücündə olan Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadə var, Musanın da növbəti şansları olacaq.

Qurban Qurbanov risk edərək şans verdiyi, püxtələşdirdiyi bu futbolçuları artıq transfer olunmaları üçün yetişdirib. Legionerlərlə yanaşı, özümüzkülər üçün də qapılar açılacaq. Zamana ehtiyac var.

“Qarabağ” doğru yoldadır. Əcnəbilərə gələn hər təklifə görə onların maaşını artırmaq, saxlamağa çalışmaq, büdcəni zorlamaq, qiymət artımına getmək doğru deyil. Kadi getdi Juninyo gəldi, Juninyo gedəcək bir başqası gələcək. Bu işi konveyer halına salmaq, böyük futbol biznesindən həm də pul qazanmaq lazımdır. Juninyo satılmasa, “Qarabağ” nəticə baxımından partlayış etməyəcək, nəticələr elə indiki kimi olacaq. Lakin Olavionun gedişi həm maddi qazanc, həm ölkənin imicinə əlavə mübət xallar gətirəcək. Günlərdir İspaniya, Avropa mətbuatı “Qarabağ”dan, Azərbaycandan yazır. Həm pul qazanan, həm də ölkəni reklam edən “Qarabağ”ın rəhbərliyini yalnız alqışlamaq lazımdır.

FƏRİD

Emin Mahmudov yenə oynamayacaq
Misli Premyer Liqasının 15-ci turunda bu gün “Qarabağ”la qarşılaşacaq “Neftçi” oyuna itkilərlə çıxacaq.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emin Mahmudov və Azər Salahlı zədə səbəbindən bu görüşü buraxacaq. Ayağında ağrıları olan qambiyalı hücumçu Dembo Darbonun oynaması isə sual altındadır.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

Rafael Fiziyevin növbəti rəqibi bəlli oldu
Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

Futbolinfo.az ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı idmançımız polşalı Mateuş Qamrotla qarşılaşacaq.

Gecənin əsas görüşü sentyabrın 23-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq.

Xatırladaq ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyciylə qarşılaşıb və məğlub olub.

“Qarabağ”ın yeni mətbuat katibi bəlli oldu
“Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

Futbolinfo.az xəbər verir ki, uzun müddətdir boş qalmış vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.

O, bu vəzifədə Nurlan İbrahimovu əvəzləyib.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Donald Gerye: “Bunu heç vaxt unutmayacağam”
“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”la yollarını ayıran futbolçu Donald Gerye “İnstaqram” hesabında yazıb.

32 yaşlı haitili cinah oyunçusu Ağdam təmsilçisindən ayrılması üçün kluba müraciət etdiyini bildirib: “Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. “Qarabağ” çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram”.

Gerye “Qarabağ”dan ayrılmaq haqqında çox düşündüyünü vurğulayıb: “Düşünürəm ki, artıq karyeramda yenilik etməyin vaxtı çatıb. Gedirəm, amma bu forma mənə həmişə “Qarabağ”la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun”.

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. O, bu səbəbdən əvəzedici heyətə göndərilib və 20 min ABŞ dolları məbləğində cərimə olunmuşdu. Gerye 2017-2019-cu illərdə də “Qarabağ”da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında “Neftçi”yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cinah müdafiəçisi karyerasını Kiprin “Apollon” klubunda davam etdirəcək.

“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli “Qarabağ”da qalacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a klubun direktoru Emrah Çelikel məlumat verib.

O bildirib ki, 24 yaşlı hücumçudan ötrü bəzi təkliflər aldıqdan sonra Emrelinin özü ilə görüşüblər. Danışıq nəticəsində forvardın mövsümün sonunadək hazırkı klubunda çıxış etməsi qərara alınıb. Çelikel gələn təkliflərə bu yay baxacaqlarını əlavə edib. Təklif aldığı əcnəbi klubların adlarını açıqlamayan “Qarabağ” rəsmisi bunu futbolçunun deməsini məqsədəuyğun sayıb.

Digər tərəfdən, Emrelinin “Qarabağ”la hazırkı müqaviləsi yayda bitəcək. Bu isə o deməkdir ki, forvard komandanı azad agent kimi tərk edəcək. Lakin direktorun sözlərinə görə, klub Emrelini havayı buraxmasından narahat deyil: “Klubların adlarını ehtiyac olsa, Mahirin özü açıqlayacaq. Lakin əsas məsələ odur ki, o, mövsümün sonunadək “Qarabağ”da qalacaq. Düzdür, Emrelinin klubumuzla müqaviləsi bu yay bitəcək. Lakin məsələyə pul qazanmaq istəyi ilə yanaşsaydıq, indi getməsi üçün səy göstərərdik. Bizim üçün “Qarabağ” və gənç oyunçumuzun gələcək karyerasının yaxşı alınması önəmlidir”.

Qeyd edək ki, Mahir Emreli Polşanın “Zaqlembe” və “Rakuv”, Avstriyanın “Şturm” və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb.

Yeri gəlmişkən, “Qarabağ” komandaya gec qoşulan haitili futbolçu Donald Geryeni cəzalandırıb. Bunu da Ağdam təmsilçisinin direktoru Emrah Çelikel açıqlayıb. Onun sözlərinə görə, qış toplanışında iştirak etməyən 32 yaşlı yarımmüdafiəçi cərimələnərək, əvəzedici komandaya göndərilib. Çelikel cərimənin məbləğini açıqlamayıb.

Klub rəsmisi ispaniyalı futbolçu Xayme Romeronun da məşqlərə can yandırmadığı üçün cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Qurban Qurbanovla 800-cü qol
“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurub.

Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Rahil Məmmədov imza atıb.

O, Premyer Liqanın 14-cü turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açmaqla buna nail olub.

2008-ci ilin yayından Ağdam klubunu çalışdıran 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.

“Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı” – Kamal Umudlu
“Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail” – “Neftçi” matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.

44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: “117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır”.

117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: “Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək “Qarabağ” və “Zirə” arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı”.

Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: “Amma döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. Oyun qaydaları kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə başladım. Artıq planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var”.

Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: “Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu”.

Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: “Onlardan biri – Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib”.

Səfər qolu qaydası ləğv edilir, ÇL-in formatı dəyişdirilir
“Bu, ilin ilk iclası idi, pandemiya ilə əlaqədar onlayn formatda keçirdik. Müxtəlif qonaqlar dəvət olunmuşdu. Onların arasında Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) rəhbər şəxsləri də var idi. İclasda 2020-ci ildə futbolda edilən dəyişikliklər və sonrakı planlar barədə danışıldı”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgorov Avropa Klublar Birliyinin (ECA) iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

ECA-nın İşçi Qrupunun sədr müavini vəzifəsini də icra edən A.Əsgərov toplantıda videotəkrar (VAR) sistemindən də danışdıqlarını sözlərinə əlavə edib: “Son zamanlar futbolda aktual olan beyin silkələnməsi məsələsini də gündəmə gətirdik. Belə düşünülür ki, gələcəkdə beyin silkələnməsi halında komandalara əlavə dəyişiklik üçün icazə verilsin. İclasda əsasən, baş verə biləcək dəyişikliklər müzakirə edildi. 2021/2022 mövsümündən start götürəcək Konfrans Liqasının iştirakçı klublarına ayrılacaq vəsait hələ bəlli deyil. UEFA bu barədə qərar verməyib. Klublar çalışırlar ki, maksimum Avropa Liqası dəyərində turnir olsun. Bunun üçün də maliyyə məsələləri vacibdir. Hazırda Avropa futbol qurumu ilə danışıqlar gedir”.

Əsgərovun sözlərinə görə, bütün klublar Konfrans Liqasına marağın çox olmasının tərəfdarıdır: “Böyük klublar da istəyirlər ki, maraq əvvəlki dönəmlərdə keçirilmiş və sonradan ləğv olunmuş yarışlardakı kimi olmasın. Məsələn, əvvəl İntertoto Kuboku keçirillirdi və sonradan ləğv edildi. Konfrans Liqasının aqibətinin bu cür olmasını istəmirlər. İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun. Konfrans Liqası Avropa Liqası ilə eyni gündə başlayacaq. Çalışırlar ki, bu turniri də Avropa Liqası səviyyəsində keçirsinlər”.

“Qarabağ” rəsmisi deyib ki, iclasda müzakirə edilən digər məsələ avrokuboklardakı səfər qolu ilə bağlıdır: “İFAB-ın nümayəndəsi də müzakirələ qoşuldu. Bir oyunda 1:1, digərində isə 0:0 olacağı təqdirdə, səfərdə qol vuran komanda növbəti mərhələyə vəsiqə qazanmış olur. Bu məsələ də müzakirə edildi ki, iki bərabərlik halında rəqib meydanda vurulmuş qol nəzərə alınmasın. Sonra əlavə 30 dəqiqə oynanılsa, bu, necə olacaq? Hazırda bu da müzakirə edilir ki, belə olacağı təqdirdə, hansısa komandanın haqqına giriləcəkmi? Bu kimi məsələləır müzakirə olunur. Burada bir nüans ortaya çıxdı ki, ikinci 90 dəqiqədən sonra əlavə vaxt var. Hər komanda öz evində 90 dəqiqə oynamış olur, əlavə 30 dəqiqə ikinci komandanın meydanında olsa, birincinin hüququ tapdalanmış olur. Yəni, bir klub rəqib meydanında 30 dəqiqə daha çox oynayır. Ev sahibinin 30 dəqiqə üstünlüyü olur və bu məsələ ona görə açıq qalır. İki bərabərlik olarsa, birbaşa penalti zərbələrinə də keçilə bilər. Detalları çox açıq demək istəmirəm, müzakirə edilən çox məsələ var”.

2024-cü ildən sonra Çempionlar Liqasında (ÇL) çoxlu dəyişiklik ola bilər. ECA-nın İşçi Qrupunun son iclasının gündəliyindəki məsələlər barədə danışan A.Əsgərov bildirib ki, hazırda 2024-2027-ci illərdəki avrokubokların formatı müzakirə edilir. Lakin o, ÇL-in müzakirə edilən yeni formatı ilə bağlı tam açıqlama verə bilməyəcəyini bildirib.

“Qarabağ” rəsmisi əlavə edib ki, məsələ müzakirə edildiyi üçün detalları açıqlaya bilməz: “Bu il Konfrans Liqası start götürəcək. İndiyədək Avropa Liqasında çıxış etmiş bir çox komanda orada çıxış edəcək. Amma Çempionlar Liqasına toxunulmadı. 2024-cü ildən sonra ÇL-in formatının tam dəyişilməsi gündəmdədir. Oyunların sayının artırılması, qrupların ləğvi və bu kimi məsələlər müzakirə edilir. Qrupsuz bir sistem olsun, hazırda bunu müzakirə edirik, 2024-cü ildən sonra başqa bir sistem gözlənilir. Lakin gizli saxladığımız üçün çox açıqlama vermək istəmirəm və detallarını deyə bilmərəm. 2024-cü ildən sonra Çempionlar Liqasının formatında böyük dəyişikliklər gözlənilir. Yəni, UEFA reytinqinə görə ölkələr 4 kateqoriyaya bölünür. Birinci kateqoriyada “böyük beşlik” ölkələri yer alır. Bu, hər zaman belə olub, onlar çalışırlar ki, özləri olan və daha qapalı Çempionlar Liqasında iştirak etsinlər. 3-4-cü kateqoriyadakı ölkələr isə çalışırlar ki, komandaların sayı artsın və bunlar daha çox vəsiqə qazana bilsinlər”.

“Qarabağ” rəsmisi “Yeni format Azərbaycan təmsilçilərinə nə kimi xeyir verə bilər” sualına belə cavab verib: “Mən 2017-ci ildən İşçi Qrupundayam, əvvəl 2021 – 2024-cü illəri müzakirə edirdik. Hazırda 2024 – 2027-ci illərin müzakirəsi ilkin mərhələdədir. Bizim kimi ölkələrin əsas tələbi və marağı maliyyənin klublara nə qədər ayrılacağı, təsnifat mərhələsində klubların nə qədər qazanacaqlarıdır. Qruplar qalacağı təqdirdə, neçə qrup olacaq və neçə komanda iştirak edəcək? Bu kimi suallar var. Bizim kimi ölkələrin əsas marağı maliyyədir. UEFA-nın turnirlər üçün ayıracağı maliyyə vəsaiti gündəmdədir. Bildiyiniz kimi, Avropa Liqasının gəlirləri özünü ödəmir. Çempionlar Liqasından ora vəsait ayrılır ki, bu da Avropa Liqasında iştirak edənlərə ödənilir. Bizim kimi klubların nümayəndələri ECA-nın İşçi Qrupunun iclasında az təmsil edilir. Buna baxmayaraq, maraqlarımız digər klublarla kəsişir”.