Səbail – Futbolinfo.az

Autsayderlərdən yalnız “Sumqayıt” xal qazanmadı
Vasili Berezutskinin təyinatını təsadüfən riskli saymamışdıq. Baş məşqçi kimi debüt edən rusiyalı “Sabah” üçün kəsilməmiş qarpız kimi idi. İndi həmin “qarpız”ın içinin ağ, komandasının gününün qara olduğu aydınlaşır.

Son 6 turda 12 xal itirən “Sabah” turnir cədvəlinin 5-ci pilləsindən yuxarı qalxa bilmir. “Səbail”lə heç-heçə ötən tur məğlub etdikləri “Turan Tovuz”la xal fərqinin daha da artmasına səbəb oldu. Qərblilər əsas izləyicisindən 7 xal öndədir və avrokuboklara vəsiqə şansını saxlayır. “Bayquşlar”ın da şansı tükənməyib, hələ kubokda da ümidlər davam edir. Lakin Berezutskinin oynatdığı futbolla uzağa getmək olmaz.

“Səbail” dünən daha yaxşı oynadı. Cavid Hüseynov komandasına daha düşünülmüş futbol oynatdı, yetirmələri daha real qol şansları yaratdı. “Sabah”ın ikinci hissədə ümumiyyətlə, düşünülmüş bircə hücumu olmadı ki, bu da məşqçi bacarıqsızlığının nəticəsidir. Krunoslav Renduliçin vaxtında da nəticələr yaxşı deyildi, amma komanda indikindən xeyli baxımlı oynayırdı.

Ümumiyyətlə, komandanın mövsüm ərzində qazandığı 32 xaldan 18-ni Renduliç əldə edib. Düzdür, Berezutskinin oyun sayı azdır, sələfinin göstəricisini yaxşılaşdıra bilər. Ancaq o da var ki, qışa kimi reallaşan nəticələri rusiyalının ayağına yazmaq olmaz. Vasilinin özünün hazırladığı komanda yalnız 2025-dəki göstəricilərə görə fərqləndirilə bilər. Burada isə 5 oyuna toplanan 6 xal var.

Turun bağlanış günündəki digər bərabərlik Tovuzda qeydə alındı. Həm “Kəpəz”, həm də “Şamaxı” ehtiyatlı oynadı, daha çox uduzmamağa çalışdılar. Hər iki komandanın qələbə qazanmaq üçün də şansı var idi, lakin ədalətli nəticə tərəfləri razı saldı.

Ümumiyyətlə, cari turda autsayderlərdən yalnız “Sumqayıt” xalsız qaldı. Bu, son pillədəki komanda ilə aradakı fərqin 5 xaladək əriməsinə səbəb oldu. Son 3 yerin sahibi dəyişməsə də, mübarizə daha da qızışdı. Yəqin ki, mövsümün sonunadək bu temp davam edəcək.

FƏRİD

“Təəssüf ki, hakim qərarını dəyişdi”
“Biz meydanda idik deyə ilk qolun ofsayd olub-olmadığını deyə bilmərəm. Lakin penalti təmiz idi. Ondan istifadə edərək, ən azı 1 xal əldə edə bilərdik. Təəssüf ki, hakim qərarını dəyişdi. Belə olduqda da “Qarabağ” qalib gəldi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Dmitri Litvin deyib.

Müdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda (0:1) baş verən mübahisəli epizodlar barədə danışıb. Litvin komandasının qarşıdakı oyunlara fokuslandığını vurğulayıb: “Bu oyuna yaxşı şəkildə hazırlaşmışdıq və qalib gəlmək üçün şanslarımız var idi. Ən azı bərabər qala bilərdik. Bunun üçün də əlimizə fürsətlər düşmüşdü. Təəssüf ki, şansımız gətirmədi və qol vura bilmədik. Amma həftə ərzində hazırlıqlarımızı davam etdirəcəyik. Qarşıda bizi “Qarabağ”la cavab oyunu və həftəsonu çempionat matçı gözləyir”.

O, həmçinin çempionat və kubok oyunları arasındakı fərqə toxunaraq, Premyer Liqada xal ehtiyatını artırmağın vacib olduğunu bildirib: “Çempionat və kubok matçları arasında fərq böyükdür. Ən azı bu oyunu unudub, qarşıda bizi 3 xalın gözlədiyi çempionat qarşılaşmasına hazırlaşacağıq. Məqsədimiz qələbə qazanmaqdır. Çünki sonuncu pillədəyik və xal ehtiyatımızı artıraraq, daha üst pillələrə qalxmaq lazımdır. İnanıram ki, yaxşı hazırlıq keçərək, uğurlu nəticə əldə edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

“Kəpəz”in futbolçularına böyük mükafat vədi
“Kəpəz”in problemləri bitmək üzrədir. Klubu himayəsinə götürənlər güclü komanda formalaşdırmağı qarşısına məqsəd qoyub.

Futbolinfo.az xəbər verir ki, yeni idarəçilərin komandaya hazırkı yanaşması onların gələcək planlarının xəbərçisidir. Onlar Gəncə təmsilçisinə ciddi maliyyə yardımı edir. Heyətin gücləndirilməsi, klubun qayğısına qalınması niyyətin ciddiliyindən xəbər verir.

Təsadüfi deyil, “Kəpəz”in futbolçuları mövsümün ikinci yarısının ilk turundakı qələbəyə görə yaxşıca mükafatlandırılıb. “Turan Tovuz”un məğlub edilməsi hərəyə 2000 manat qazandırıb. Növbəti turun “Səbail”lə oyunu üçün bundan da artıq mükafat vəd edilib. “Dənizçilər” komandanın Premyer Liqada qalmaq yarışında birbaşa rəqibi olduğundan, futbolçuların belə stimullaşdırılması başadüşüləndir.

Gəncəlilərin yeni sponsoru neft-qaz sektorunda fəaliyyət göstərən şirkətdir. Konkret adın çəkilməməsi, gizlilyin qorunması daha çox ehtiyatdan atılan addımdır. Belə ki, “Kəpəz” hazırda təhlükəli mövqedədir və elitada qalmaq təmin olunmayıb. Komanda yalnız Premyer Liqada yola davam edəcəyi təqdirdə yeni idarəçilər ön plana çıxacaq. Bunun üçün isə kifayət qədər yaxşı mükafatla təmin olunan futbolçular qələbələri sıralamalı, autsayderlər qrupundan uzaqlaşmalıdır.

Ulduzlar arasında yetişən Çelik: “Hansı yeməyi sifariş edirdilərsə, mən də özümə ondan çəkirdim”
U-21 millimizdə oynayarkən diqqət mərkəzinə düşən oyunçulardan biri də Mert Çelik idi. Hər halda, “Başakşəhər”ə məxsus olan futbolçu “Qalatasaray” məktəbini keçmişdi. Elə bacarığının hesabına da “Neftçi”yə düşdü, bu komanda ilə çempion oldu. Nə dərəcədə ümidləri doğruldub-doğrultmadığını söyləmək çətindir, amma görünən o oldu ki, karyerasında bir qədər eniş yaşadı. Mert hazırda “Səbail”də belə desək, öz gücünü bərpa etmək istəyir.

Türkiyə və Azərbaycan futbolu arasında paralellər aparmaq üçün Mertle görüşmək qərarına gəldim və məni düşündürən suallara cavab tapmağa çalışdım.

Necə milliləşməsi barədə danışmadıq. Amma ilk suala cavabı elə həm də yığmamıza cəlb olunmasının səbəbləri barədə düşünməyə vadar etdi.

– “Vikipediya”nın ingilis dili versiyasında sənə aid məlumat bölümündə babanın Azərbaycandan olduğu bildirilir. Doğru məlumatdır?

– Mənim əslim Qara dəniz bölgəsindədir. Girəsundanıq. “Vikipediya”da yanlış məlumat dərc olunub.

– Futbola harada başlamısan? “Qalatasaray”ın aşağı yaş qruplarından ibarət komandasına necə düşmüsən?

– Bizim bölgədə həvəskar komanda var idi, ilk dəfə bu komandanın sıralarına yazılmışam. O vaxt “Qalatasaray”lı yaşıdlarımızla hazırlıq oyunu keçirdik, oradan məni bəyəndilər, yoxlanışa çağırdılar və nəhayət sıralarına cəlb etdilər. 10 yaşımdan 13 yaşıma qədər “Qalatasaray”ın alt yapısında futbolun sirlərinə yiyələndim, Floryada məşq etdim, sonra da “Başakşəhər”ə keçdim.

– “Qalatasaray”ın aşağı yaş qruplarında oynayarkən səninlə birgə indi tanınmış hansı futbolçular məşq edirdi? Kimlər səninlə birgə bu yola başladı, sonra da yüksəlişə keçdi?

– Yunus Akgün və Ozan Kabakla bir yerdə oynamışam, bizə “2000-lər qrupu” deyirdilər. Çox məşhur qrup sayılırdı. Başqa yerlərdə oynayan bir neçə tanınmış futbolçu da bizimlə idi. Amma məşhurları Yunusla Ozan idi.

– Onlarla indiyə qədər əlaqən var?

– Yunusla bəzən yazışırıq. “Qalatasaray” “Qarabağ”la xeyriyyə matçı keçirmək üçün Bakıya gələndə onları ziyarət etmək üçün otelə getdim. Həm “Başakşəhər”də baş məşqçim olan Okan Burukla, həm də Yunusla görüşdüm.

– “Başakşəhər”ə keçməyib karyeranı “Qalatasaray”da davam etdirə bilərdin?

– Atamın “Başakşəhər”də işləyən bir yaxın tanışı var idi, məni ora məsləhət gördü. Bu klubun da U-14 komandasının baş məşqçisi mənə dəvət göndərdi. O vaxt da bu komanda İBB adlanırdı. Mənə dedilər ki, klubun adı “Başakşəhər” olacaq, böyüyəcək, iddiası artacaq. Həm də bazaları evimizə yaxın bir yerdə idi. 13-14 yaşımda bir uşaq idim, o vaxt pul haqda fikirləşmirdim. Müntəzəm oynamaq üçün “Başakşəhər”i seçdim.

– Bəs “Başakşəhər”in aşağı yaşlılarında səninlə birgə kimlər var idi?

– Orada mənimlə oynayanlar arasında elə də məşhurlaşanlar olmadı.

– Bəs “Başakşəhər”in əsas komandasına səni kim cəlb etdi?

– Abdullah Avcının dəvəti ilə əsas kollketivə qoşuldum. Əsas komanda ilə U-21 komandası arasında hazırlıq oyunu keçirilməli idi. 19 yaşım olsa da, məni U-21-ə çağırıb bu matçda oynamağa imkan yaratdılar. Həmin görüşdə də özümü yaxşı tərəfdən göstərmişdim. Bir həftə sonra da bizim aşağı yaş qruplarından ibarət komandamızın rəhbəri mənə əsas komandaya cəlb olunduğumu söylədi. Əsas komandaya yüksəlməyimdə hazırda “Beşiktaş”ın və Türkiyə millisinin qapıçısı Mert Günokun da böyük rolu oldu. O, Abdullah Avcıya məni çox təriflədi.

– “Başakşəhər”in əsas komandasında Robinyo, Adebayor, Klişi, Gökhan İnler və Arda Turanla bir yerdə oynamısan. Müsahibələrinin birində də demişdin ki, onlardan çox şey öyrənmisən. Onlardan nə öyrənmisən?

– Onlar çox böyük futbolçu idi. Onlarla bir yerdə eyni paltardəyişmə otağında olmaq belə böyük şərəfdir. Özümü buna görə çox şanslı hesab edirəm. Mən müntəzəm olaraq onları izləmişəm. Nə edirdilərsə təkrarlamağa çalışdırdım. Hətta yedikləri yeməyə belə fikir verirdim. Hansı yeməyi sifariş edirdilərsə, mən də özümə ondan çəkirdim. Onlardan çox şey götürmüşəm.

– Belə bir yerdən Azərbaycana gəlmək geriyə doğru bir addım deyil ki?

– Baxır neçə yaşında və necə gəlirsən?! Məsələ ondadır ki, Türkiyədə gənc oyunçulara o qədər də çox önəm vermirlər. Mənim Azərbaycana gəlməkdə hədəfim iki il oynayıb yenidən Türkiyəyə qayıtmaq idi. Məndən asılı olmayan səbəblərdən bəzi hadisələr yaşandı. “Başakşəhər” rəhbərliyinin də müəyyən problemləri oldu. Hər nədisə, bura gəldim, amma burada olduğum üçün də xoşbəxtəm. Mən Azərbaycana kiçik ölkə kimi baxmıram. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan demək olar ki, bir ölkədir.

– Türkiyədə uşaq futbolunun vəziyyətini görmüsən, buradakı mühitlə də tanışsan. Futbolçu yetişdirməklə bağlı arada nə kimi fərqlər var?

– Biz U-12 və U-13-də oynayanda belə istər Antalyada, istərsə də ölkə xaricində turnirlərə qatılırdıq. Biz belə turnirlərdə böyük klubların aşağı yaş qruplarından ibarət komandalarına qarşı oynayanda özümüzü daha fərqli hiss edirdik. Azərbaycanda vəziyyətin necə olduğunu deyə bilmərəm, amma Türkiyədə klublar uşaqlarını belə turnirlərdə yetişdirir. Mən xatırlayıram, biz Antalyada “Milan” və “Çelsi”nin yeniyetmələrdən ibarət komandalarına qarşı oynamışıq. Hə, xatırlayıram, həmin turnirdə “Qəbələ” də var idi. Belə turnirlərdə atmosfer fərqli olur.

– Bəs məşqçilərin orada uşaqlara münasibəti necədir? Yeniyetmə futbolçu ilə dil tapa bilirlər, onlara doğru istiqamət verirlər?

– Məncə, arada böyük səviyyə fərqi yoxdur. Həm burada, həm orada uşaq məşqçiləri gələcəyin futbolçularını yetişdirmək üçün əlindən gələni edir. Məsələn, Türkiyədə məşqçilər uşaqlara oyunların videoyazısını göstərib epizodları başa salır. Amma yenə də əvvəlki söhbətə qayıtmaq istəyirəm, arada fərq sadəcə, Türkiyə klublarının daha çox turnirə qatılmasında ola bilər.

– Türkiyə futbolunda heç vaxt azarkeş problemi olmayıb. 1960, 70, 80-ci illərdə nəticələr indiki kimi yaxşı olmayanda da tribunalar ağzına qədər dolu olurdu. Biz də demək olar ki, eyni soydan gəlirik. Amma burada insanlar stadionlara axışmır. Xüsusən də Bakıda vəziyyət daha da acınacaqlıdır. Niyə belədir?

– Mən bunu Türkiyənin daha böyük ölkə olması ilə əlaqələndirirəm. Necə də olmasa, 85-90 milyonluq ölkədən danışırıq. Azərbaycanda isə 10 milyon əhali var. Amma burada da futbolu çox sevirlər, komandasına bağlı olan azarkeşlər var. Bundan başqa, Azərbaycanda bir çox komandanın tarixi uzaq keçmişə gedib çıxmır. Yeni yaradılanların sayı çoxdur. Türkiyədə 100 illik komandalar var. Həvəskarlar Liqasına qədər düşən “Əskişəhərspor” komandası var ki, onun oyununda stadionda anşlaq olur.

– Amma “Neftçi”nin də yaşı çoxduir. Hər halda, 1937-ci ildə qurulan komandadan danışırıq. Buna baxmayaraq, oyunlarına az adam gəlir. Buna nə ad verək?

– Nə deyim, üzüçü bir vəziyyətdir. Deyiləsi bir söz yoxdur.Azarkeşinin tribunalarda çoxalması üçün “Neftçi” də uğurlu çıxış etməlidir.

– Mən də elə onu deyirdim ki, Türkiyədə komandanın uğur qazanıb-qazanmaması azarkeşlərin arenaya gəlib-gəlməməsinə təsir göstərmir.

– Amma orada da bir pis cəhət var ki, uğursuzluq olanda da qanqaraçılıq olur, aləmi bir-birinə qatırlar.

– Eyni soy mövzusunu davam etdirək. Yəqin, xəbərin var ki, özbək qardaşlarımızın nümayəndəsi Abdulkodir Xusanov “Mançester Siti”yə keçdi. Halbuki, Özbəkistan futbolunun sovet dövründə maksimumu “Paxtakor” olub ki, onun da böyük uğurları olmayıb. Bununla yanaşı, Özbəkistan Asiya ölkəsidir, Avropaya yolları açılmayıb. Necə olur onlardan “Siti”yə qədər gedən olur, amma sənin burada gördüyün azərbaycanlı futbolçular çox qabağa gedə bilmir.

– Çox məyusedici haldır. Gördüyünüz kimi, Avropa ölkəsi olmaya-olmaya Özbəkistan böyük kluba oyunçu göndərir. Mən də bunu görəndə özümü pis hiss edirəm. Əslində, burada futbolçular da günahkardır. Onlar öz üzərində işləməlidir. Hər şeyi klubların və ya onun rəhbərliyinin üstünə atmaq lazım deyil. Hər bir futbolçu meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərməlidir. Burada 50 faiz klubda günah varsa, 50 faiz futbolçudur günahkar.

– Yəqin məlumatın var ki, Şota Arveladze “Trabzonspor”da oynayarkən “Ayaks”dan təklif alanda Amsterdam klubunun ona daha az maaş verdiyini bildiyi halda Amsterdama köçdü. Fikirləşdi ki, orada daha çox inkişaf edə bilərəm. Gəl, qəbul edək ki, bizimkilər üçün əsas puldur, kənarda inkişaf yox. Evdə daha çox qazanıram deyə Avropaya can atmır…

– İnanın, Türkiyədə də belədir. Hamı çox qazanmaq istəyir, amma pulun yanında karyeran da olmalıdır. Ölkəni kənarda təmsil etmək daha gözəl hissdir. Fikrinizlə tamamilə razıyam.

– Amma türk futbolçuları Avropada görə bilirik. Arda Güler “Real”da, Hakan Çalhanoğlu “İnter”də… Doğrudur, bəzi türk futbolçular Almaniya futbol məktəbinin yetirməsidir, amma hər halda…

– Elə də var, belə də var. Amma ümumi götürsək, Türkiyədən Almaniyaya bir oyunçu gedir, o özünü orada sübut edir və almanların dillərinə belə bir söz düşür: “türk futbolçular burada yaxşı oynayır”.  Məsələn, Arda Turan və ya Arda Güler İspaniyada özünü yaxşı tərəfdən göstərəndə, artıq Avropada bizim futbolçulara tələbat artır.  Adi bir nümunə gətirim: Zeki Çelik Türkiyənin o vaxtkı PTT Liqasında çıxış edən klubdan “Lill”ə üz tutdu. Azərbaycandan oyunçular Avropaya gedib özünü doğrultsa, müştərilər bura da nəzər salacaq.  O vaxt “Neftçi”dəki komanda yoldaşım Anton Krivatsyuk Polşaya yollananda mən çox sevinmişdim. Bu, bizim yolumuzu da açacaq.

– “Neftçi”dən sənə təklif necə gəldi?

– U-21 millimizin heyətində Fransadan olan yaşıdlarımıza qarşı Sumqayıtda olan oyunda yaxşı çıxış etmişdim. Həmin oyun mənim üçün Azərbaycanda meydana çıxdığım ilk oyun idi. Nəticədə “Neftçi”nin diqqətini çəkmişdim.  Matçdan bir gün sonra mənimlə əlaqə saxlamışdılar. Mən də araşdırdıqdan sonra təklifi qəbul etdim.

– Bəs U-21-ə səni kim çağırmışdı?

– Məni AFFA-dan aradılar. Amma bilmirəm, məni kim birinci görüb bəyənib?! Bəlkə də kiminsə diqqətini çəkmişəm, xəbərim yoxdur. Onu da deyim ki, qarşımda iki seçim var idi: Türkiyə U-21-i və Azərbaycan U-21-i. Fikirləşdim ki, Türkiyədə heyətə düşmək mənim üçün çətin olar. Karyeram üçün Azərbaycan variantını seçdim.  Amma Türkiyənin U-19-da oynamışam. Sizi inandırım, “Başakşəhər”in aşağı yaş qruplarından ibarət komandasında oynayanda ətrafımdakı oyunçularla söhbət edəndə demişdim ki, ürəyimə damıb bir gün olacaq, Azərbaycan millisini seçəcəyəm. Bunu tam səmimiyyətimlə söyləyirəm. Elə də oldu.

– “Neftçi” karyeranın uğurlu alındığını düşünürsən?

– Əlbəttə. Hər halda, mən bu komanda ilə çempion oldum. Sadəcə, “Neftçi”dən getməyimə bir nəfər səbəb oldu. Söhbət sabiq baş məşqçi Laurentsiu Reqekampfdan gedir. Onunla anlaşa bilmədik.  Qərarına hörmət edirəm, amma o məni “Neftçi”də saxlamadı.

– “Neftçi”dən sonra “Bandırmaspor”da oynadın, amma orada da çox qərarlaşa bilmədin…

– Ora icarə əsasında yollanmışdım, amma Türkiyədə icarədə oynayan oyunçulara elə də yaxşı baxmırlar. Əslində, onlar məni tam almaq istəyirdi, “Başakşəhər” icarəyə verdi. Əslində, mən ora getmək istəmirdim. Bir az bu komandaya köklənə bilmədim. Mənim də səhvlərim var idi. Fikirləşdim ki, daha yaxşı təkliflər alaram.

– “Neftçi”dəki oyunlarını yada salanda yada düşən oyunlardan bəlkə də birincisi “Olimpiakos”la Pireydəki matçdır. Rəqib azlıqda olarkən sən də qırmızı vərəqə aldın. Yadına düşəndə nə hisslər keçirirsən?

– Bu, həmişə ağlımdadır. Mən topu uzaqlaşdırmaq istəyirdim, sadəcə, ehtiyatsızlıqdan ayağım rəqibə tuş gəldi. Çox üzülmüşdüm. Biz çox yaxşı oynayırdıq. İnanın, qırmızı vərəqə almasaydım, biz oradan ən azı heç-heçə ilə qayıdacaqdıq. Amma Samir Abasov mənə dəstək verdi.

– U-21 millimizdəki çıxışını xatırladın, qayıdaq o mövzuya. Səncə, bizim gənclərdən ibarət milli komanda niyə belə bərbad nəticələrlə yadda qalır?

– Futbolçular öz çempionatında meydanda çox vaxt keçirməlidir. Mən indi kimisə qınamaq istəmirəm. Hamı yaxşı oynamaq və qalib gəlmək istəyir, amma meydana az çıxırsansa, nəsə əldə etmək şansın azalır. Oynamasan, işin çətindir.

– Deyirsən şans qazanmırlar. Bəs çempionatda limit ləğv olunsa, bizimkilərin taleyi necə olacaq?

– Yaxşısı budur, mən bu haqda heç nə deməyim. Mən futbolçuyam. Qoy, rəhbər şəxslər nəyi doğru hesab edirlərsə, o qərarı da versinlər.

– Amma belə bir fikir də var ki, limit ləğv olunsa, yerli futbolçular legionerlərlə rəqabət aparar, bərkiyər, inkişaf edər. Səncə, bizim oyunçular legionerlərlə rəqabət apara bilər?

– Biz heç kimdən əskik deyilik. Hamımızın iki əli, iki ayağı və iki gözü var. Heç bir legioner bizdən artıq deyil. Yaxşı olan oynayacaq. Çox çalışacaq və şansını qazanacaqsan. Biz sadəcə meydanda doğru olanı etməliyik. Ümid edirəm ki, doğru qərar qəbul edəcəklər.

– “Səbail”dəki gələcəyinlə bağlı nə fikirləşirsən?

– Komandada heç kimi müqavilənin müddəti düşündürmür. Çünki biz sonuncu sıranı tutmayacağıq. Axırıncı yer bizim yer deyil. Vəziyyətdən çıxacağımıza əminik. Hər oyunda qələbə haqda fikirləşirik. Amma ümumi götürəndə, mən burada qalmaq istəyirəm. Bura çox gözəl yerdir. “Səbail”də hamımız ailə kimiyik.

– Bəs komanda niyə bu vəziyyətə düşdü?

– Bizim də öz səhvlərimiz var. Çox yersiz xallar itirdik. Təcrübəsizlik öz rolunu oynadı. Zədələri də unutmayaq.

– Kitab oxumaqla aran necədir?

– Əvvəllər çox oxuyurdum. Bir az elə bil yadırğamışam.

– Türkiyədə vəziyyət necədir? Orada da futbolçuların kitaba səhlənkar münasibəti var?

– Türkiyədə kitab oxuyan futbolçulara çox rast gəlməmişəm. Ola bilər gizli oxuyurlar, amma belə aşkar şəkildə mütaliə edənlər azdır. Burada mənim ətrafımda Rüfət Abdullazadənin çox kitab oxuduğunu görmüşəm. Bir yerdə nə qədər kitab oxumuşuq.  Mən elmi-nəzəri kitablara çox üstünlük vermişəm. Bəşəriyyətin gələcəyini nə gözləyir, futuroloji nəzəriyyələr və s…

TAHİR MİRZƏ

“Səbail”in cavabı: “Hansı səbəbdən klubdan uzaqlaşdırılması barədə düşünsün”
“Səbail” klubun Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabiyə cavab verib. Paytaxt təmsilçisi futbolinfo.az-ın sorğusundan sonra saytımıza müsahibə verən Asyabinin dediklərinə aydınlıq gətirib:

– Klubun Müşahidə Şurasının sabiq üzvünün saytınıza verdiyi açıqlamalarla tanış olduq. Sözün açığı, səsləndirilən fikirlərin absurdluğunun bütün məntiq sərhədlərini aşıb-keçməsinin müvəffəqiyyəti ilə fakt kimi göstərmək istədiyi məqamların özündə heç bir həqiqəti ehtiva etməməsi düz mütənasibdir. Əvvəla, məlum şəxsin açıqlamalarından anlaşılan odur ki, hazırkı rəhbərlik fəaliyyətə başlamazdan əvvəl klubun idarə olunmasında əsas söz sahibi məhz o olub. Məntiqi yanaşma dərhal ortaya bir sual çıxarır ki, Müşahidə Şurasının üzvü niyə klubun gündəlik işləri ilə məşğul olurmuş?! Ritorik sualdır, amma daha dərindən yanaşsaq, cavab da tapa bilərik. Hələ ki buna vaxt ayırmağa dəyməz.

“Səbail” PFK-nın akademiyasının guya dağılması ilə bağlı məqama gəlincə, bu iddianın özündə, yumşaq dillə desək, futbol savadsızlığı ortaya çıxır. Çünki mövcud lisenziyalaşdırma qaydalarına görə müvafiq sayda aşağı yaş qruplarından ibarət komandalara malik olmayan klubun Premyer Liqada çıxışı mümkün deyil. Başqa sözlə, akademiyası olmayan klub ölkə çempionatının elitasında oynamaq üçün lisenziya ala bilməz. Təbii ki, “Səbail” PFK-nın akademiyası var və klubun maliyyə imkanları çərçivəsində fəaliyyət göstərir. “Uşaqların qaldığı hotelin bağlatdırılması” mövzusu daha həssas məsələdir. Çünki söhbət hansısa hoteldən yox, icarəyə götürülmüş evdən gedir. Həmin evdə müxtəlif (!) yaş qrupuna aid iyirmi nəfərə yaxın uşaq nəzarətsiz halda, heç bir sanitar-gigiyenik qaydalara, qidalanma rejiminə və keyfiyyətinə riayət olunmadan, təhlükəsizlik məsələlərinə diqqət yetirilmədən qalırdı və təbii ki, bu vəziyyətin davam etməsinə imkan verə bilməzdik. Etmədik də. Qərarımızın doğru olduğuna da şübhəmiz yoxdur. Klubun akademiyasının Astarada bölməsinin olması barədə deyilənlər də digər “faktlar”dan fərqlənmir. Söhbət hansısa bölmədən yox, həmin rayonda fəaliyyət göstərən və “Səbail” PFK ilə müqaviləsi olan məşqçidən gedir. Qeyd olunan məşqçi ilə müqavilə müddəti başa çatıb və fəaliyyəti klubumuz üçün perspektiv vəd etmədiyinə görə müqavilənin uzadılmamasına qərar verilib.

Klubun ştat cədvəli, baş mühasib, satınalmalar şöbəsi və sair bu səpkili iddialar da absurddur. Çünki klubumuzda baş mühasib ştatı mövcud deyil, maliyyə-mühasibatlıq işləri müqavilə əsasında kənar şirkət tərəfindən aparılır. Satınalmalar ştatı isə olmayıb, yoxdur və təsis olunması da gündəmdə deyil.

Maliyyə ilə bağlı səsləndirilən rəqəmlər barədə ümumiyyətlə, detallı danışmaq istəmirik. Çünki “Səbail”də bütün ödənişlər barədə qərarlar kollegial şəkildə verilir və bir nəfərin iradəsindən asılı deyil. Eyni zamanda, hər ayın yekununda xərclər və ödənişlər barədə baş sponsora detallı hesabat təqdim edilir, maliyyə vəsaitini ayıran qurum tərəfindən təsdiqləndikdən sonra ödənişlər icra olunur.

“Səbail” PFK-nın hazırkı rəhbərliyinin 2022/2023-cü il mövsümü ilə bağlı guya yanlış maliyyə hesabatı verməsinə gəlincə, qeyd olunan mövsümdə klubda çalışmayan şəxs(lər) necə və niyə hesabat verməli idi?! Görünür, klubumuzun Müşahidə Şurasının sabiq üzvünün gözünü klubdan uzaqlaşdırılmasına görə qəzəb elə örtüb ki, səsləndiriyi fikirlərin həqiqətdən nə qədər uzaq olmasını görə bilməyib. Məlum şəxsin iddialarına münasibətdə “Səbail” PFK olaraq bu, son açıqlamamazdır. Sabiq MŞ üzvünə isə bir tövsiyəmiz var: Yaxşı olar ki, həqiqətdən heç bir ölçü meyarına uyğun gəlməyəcək qədər uzaq olan absurd fikirlər səsləndirməkdənsə, hansı səbəbdən klubdan uzaqlaşdırılması barədə sualın cavabı barədə düşünsün. Axtarsa, tapar…

“Səbail”in “qaranlıq xərcləri”: Müşahidə Şurasının sabiq üzvü hesabat istəyir
“Səbail”in Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabi futbolinfo.az saytına müraciət edib. O, klubda başverənlərlə bağlı fikirlərini bölüşmək istəyib.

Onun mətbuatda görünmək istəyinin səbəbini bilməsək də, tribuna verməyə razılaşdıq. İxtiyar bəy öncə klubda çalışdığı dövrdə gördükləri işlərdən danışıb: “2022/23 mövsümündə akademiyanın məşqçilərinin maaşının çox aşağı olması ilə bağlı ASCO rəhbərliyi ilə məsləhətləşdik. İmkan daxilində onların məvaciblərinin üstünə əlavələr etdik. Bundan sonra akademiyanın perspektivli uşaqlarına futbolu sevdirmək, onların şəraitini düzəltmək üçün nə edə biləcəyimizi düşündük və onlara da əlavə maaş ayırdıq. Milli komandalara düşənlərə 300, digər uşaqlardan isə bəzilərinə 50, bəzilərinə 100, bəzilərinə də 150 manat məvacib verməyə başladıq”.

Asyabi klubdakı rəhbər dəyişikliyindən söz açıb: “Deməli, Fərəc Əliyev istefa verəndən sonra klubun icraçı direktorluğuna Firuz Abdulla seçildi. Onunla aramız çox yaxşı idi. Bir yerdə çörək kəsmişik, bir yerdə xaricdə olmuşuq. İcraçı direktor seçiləndən sonra Firuzda birdən-birə mənə qarşı nədənsə narahatlıq yarandı, məndən kənar gəzməyə, məndən kənar dayanmağa başladı. Mənim gördüyüm işlərin üstünü örtmək üçün fəaliyyətə ilk növbədə akademiyadan başladı. Akademiyanın Astaradakı, ardınca Xaçmazdakı şöbəsini bağladı. Uşaqların pullarını və yeməklərini kəsdi. Uşaqların qaldığı hoteli bağlatdırdı. Orada işləyən aşpaz, təmizlikçi, mühafizəçi kimi adamları işdən çıxartdı. Yəni bu işlər akademiyanın dağılmasından başladı”.

Müşahidə Şurasının sabiq üzvü klubda bəzi xərclərin doğru olmadığını deyib: “Deməli, ASCO tərəfindən 2023/24 mövsümü üçün büdcə istənildi və 2022/23 sezonunda nə xərcləndiyinə dair fərq hesabatı tələb edildi. Bunlar ASCO-ya düzgün hesabat vermədilər. Məsələn, 2022/23 mövsümündə əsas komandanı aparıb gətirən avtobuslara il ərzində təxminən 9-10 min arası pul verilmişdi. Ancaq büdcə hesabatında yazmışdılar ki, 2022/23 sezonunda buna təxminən 150 min manat xərclənib. 2023/24 mövsümü üçün isə buna görə 200 min ayrılmasını istəmişdilər. Görün, fərq nə qədərdir?! 2022/23 sezonunda biz Prezident Aparatının avtobusunu götürürdük, köçürmələri ora edirdik, 1 il ərzində komandanın avtobusla gedib-gəlmək xərci 9-10 min arası edirdi. Bunlar isə nədənsə götürüb özlərindən yazdılar ki, guya əsas komandanın nəqliyyat xərclərinə 149-150 min arası pul xərclənib”.

Asyabi klub daxilində olan başqa gizlinləri də açıb: “Deməli, bunlar yeni işçi ştatı cədvəli tutdular. Ən maraqlısı bu idi ki, baş mühasib həm mühasibat işlərini aparırdı, həm də buna əlavə yeni ştat vermişdilər: satınalma şöbəsinin rəisi. Halbuki hüquqi tərəfdən bu ştatlar bir adamın əlində cəmlənə bilməz. Nəyə görə? Necə olur ki, eyni şəxs həm mühasibat işlərini görür, həm də müqavilə bağlayıb buradan həmin pulları köçürür? Yəni klubun mühasibi ilk növbədə özü-özü ilə müqavilə bağlamışdı”.

İxtiyar bəy nəqliyyat vasitələri ilə bağlı dəyişikliklərdən də xoşlanmayıb: “İcraçı direktora və baş məşqçiyə hərəsinə 1 ədəd sıfır maşın icarəyə götürüldü. Bundan əlavə, bir ədəd super vəziyyətdə olan “Mercedes Viano” avtomobili kluba ayrıldı. Halbuki klubun belə bir maşına, ümumiyyətlə, ehtiyacı yox idi. Bizim vaxtımızda rəhbərlik oyunlara gedəndə “Mercedes Vito” və ya “Mercedes Viano” avtomobili sifariş edirdik. Bu da il ərzində maksimum 2000-2500 manat pul tutardı. Ancaq “Mercedes Viano”nun kluba birbaşa 1 illik müqavilə ilə götürülməsi… “Mercedes Viano” yeni olduğuna görə, yüksək qiymətə müqavilə bağlanıldı.

Bu “Mercedes Viano” təxminən 1 ilə 50 min manat xərc apardı. Bundan əlavə, nədənsə fikirləşdilər ki, əsas komanda üçün əlavə avtobus icarəyə götürsünlər və onun üzərində “Səbail” Futbol Klubu yazılsın. Bu avtobusla da müqavilə baha qiymətə – aylıq 5500 manat qarşılığında bağlanıldı. Mən bunlara 1-2 dəfə dedim ki, bunu nə üçün belə etdiniz, əlavə xərcdir, Prezident Aparatının yeni avtobuslarını götürürdük və komandanı problemsiz aparıb-gətirirdi. Yeni avtobusun xərclərini aylıq 5500 manatdan hesablayanda, üstəlik, dizel xərclərini də üstünə gələndə 6000-6300 manat pul edirdi. Bu isə 1 il ərzində təxminən 75-80 minə yaxın maliyyə vəsaiti demək idi”.

İxtiyar bəy hazırkı rəhbərliyə təklif də veribmiş. O, müqavilələrin tendersiz bağlanmasından şübhələnib: “Mən bunlara müqavilə məsələləri ilə bağlı təklif verdim ki, bizim vaxtımızda müqavilələrin çoxu tender əsasında bağlanılırdı. Tenderdə qalib gələnlə sözləşmə imzalayırdıq, işimizi görürdük. Bunlardan soruşdum ki, niyə tender keçirmirsiniz? Məsələn, 2016-cı ilin “Travego” avtobuslarını aylıq 4 min manata təklif edən var idi. Bunu Firuza dedim. Qayıtdı ki, niyə vaxtında demirdiniz, biz artıq bunlarla razılaşıb müqaviləni bağlamışıq. Axı, belə iş görmürlər. Tenderdə kim qalib çıxarsa, onunla da ciddi müqavilə bağlayarsan da. Başqa məsələyə toxunum. Nəqliyyat şirkəti ilə bizim mühasib müqavilə bağladı. Hansı ki, həmin nəqliyyat şirkəti əvvəl bizimlə böyük problemlər yaşamışdı. O vaxt bir az çətinlik olanda ASCO-nu məhkəməyə verməklə hədələmişdi. Bir-iki dəfə Fərəc Əliyevlə söhbət etdiyimiz vaxtda gəlmişdi ki, mənim pulumu verin, verməsəniz, bu dəqiqə maşınların hamısını saxlatdırıb, bütün uşaqları yerə tökdürəcəm. Biz də ona vəziyyəti başa salmağa çalışırdıq. Hətta bir dəfə yanımızda avtobus sürücülərinə zəng elədi ki, haradasınız, dayanın, uşaqları boşaldın. Yəni həmin nəqliyyat şirkəti bizim üçün böyük problemlər yaratmışdı. Bunlar isə təzədən axtarıb məhz həmin nəqliyyat şirkətini tapdılar. Maraqlısı odur ki, klubla ağır vəziyyətlərdə işləyən digər nəqliyyat şirkəti bir dəfə də olsun, bizə problemlər yaratmadı, hər bir şeylə razı olurdu. Ancaq bunlar birdən-birə həmin nəqliyyat şirkəti ilə müqaviləni dayandırdılar və tender keçirmədən əvvəlki şirkəti tapdılar, onu yenidən kluba saldılar. Ən maraqlısı budur ki, bizə problem yaratmayan nəqliyyat  şirkətinə hər reysə görə 100-110 manat verilirdisə, bunlar daha baha qiymətə bizim üçün problem yaradan şirkətlə anlaşdılar. Hər bir kəs bu sualı verər ki, əvvəlki nəqliyyat şirkəti ucuz qiymətə xidmət göstərir, heç bir problem yaratmır, nəyə görə onunla müqavilə dayandırılır və ASCO-ya problem yaradan, məhkəməyə verən nəqliyyat şirkəti ilə yenidən, özü də daha baha qiymətə müqavilə bağlanılır?”

Asyabi klubdakı maliyyə məsələlərinə digər məqamlarda da diqqət çəkib: “Çıxsınlar, göstərsinlər ki, bu qədər maliyyə qarşılığında klub üçün mövsüm ərzində hansı işlər görülüb? Bizim vaxtımızda ən çox maliyyə aparan məsələlər futbol geyimləri və təlim-məşq toplanışları idi. Futbol geyimləri o vaxt kənar bir şəxsdən alınırdı, yəni kluba heç bir aidiyyatı yox idi. Mənə yaxınlaşırdılar ki, bəs futbolçuların geyimlərinin alınmasını bizə həvalə et, biz sizin üçün geyimləri bir qədər ucuz qiymətə gətirək. Buna heç vaxt razı olmurdum. Sonra klubun idman direktoru Zamiq Hüseynova tapşırdım ki, formaları kənardan almaqdansa, sən komandanın geyimləri məsələsi ilə məşğul ol. Bildirdim ki, nəyə görə kənardan kimsə bizə forma alıb gətirsin, idman direktoru sənsən, bu işlə sən məşğul ol. Bunu Zamiqə tapşırmışdıq.

Təlim-məşq toplanışları ilə bizdə bir fırıldaqçı işçi var idi, o məşğul olurdu. Ona 1-2 dəfə xəbərdarlıq etdim. Sonra təlim-məşq toplanışını mühasibə tapşırdıq ki, sən də klub üzvlərindən biri ilə get və hansı şəhərdə kiminlə danışılırsa, özün də orada ol ki, artıq-əskik söhbətlər çıxmasın. Yəni biz bunları işin təmiz getməsi üçün edirdik”.

Doğrusu, Asyabinin birdən-birə “Səbail” haqda açıqlama vermək istəyi qaranlıq qaldı. Onun dediklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu, niyə məhz indi danışmaq istəməsinin səbəbini də bilmirik. İstənilən halda, klubdan nə üçün getdiyini belə bilmədiyimiz bir futbol adamının tribuna istəməsini anlayışla qarşıladıq, şərait yaratdıq. Lakin “Səbail”i də müdafiə imkanından məhrum etmək olmaz. Artıq kluba müraciət etmişik və İxtuyar bəyin açıqlamalarına münasibət bildirmələrini istəmişik. Ümid edirik ki, klub özünü müdafiə etmək və qaranlıq məqamlara aydınlıq gətirmək fürsətindən yararlanacaq.

ABBAS

Bir pillə irəliləmək üçün bir qol
Misli Premyer Liqasında 15-ci tur təkqollu qələbələrlə başladı. Və bu nəticələr qalib komandalara bir pillə irəliləməyə imkan verdi. Düzdür, tur yekunlaşanda həm “Araz-Naxçıvan”, həm də “Sabah” yenidən əvvəlki mövqeyinə qayıda bilər.

Naxçıvanlıların qələbəsi xüsusilə əlamətdar oldu. Çünki Elmar Baxşıyevin yetirmələri əsas izləyicisini məğlub edib 9 xallıq fərq yaratdı. Komandanın məğlubiyyətsizlik seriyasının davam etməsi avrokuboklara vəsiqəni bir az da yaxınlaşdırdı. Muxtar bölgə təmsilçisi bundan sonra real fürsəti əldən versə, yalnız özünü günahlandıırmalıdır.

“Araz-Naxçıvan”ın uğurunda zəngin heyətlə yanaşı, həmişəki kimi, hakim faktoru da rol oynadı. Düzdür, 15 turda 3-ü baş hakim olmaqla 6-cı dəfə komandanın oyununa təyinat alan Cavid Cəlilov ön plana çıxmadı. Çünki “Turan Tovuz” özü rəqibə qol hədiyyə etdi. Yəqin ki, matç qolsuz davam etsəydi, referi nələrsə fikirləşəcəkdi. Elçin Məsiyevlə birlkdə naxçıvanlıların əsas dəstəkçisi olan hakim bu matça təsadüfən təyinat almamışdı. Bir referi hansısa klubun oyunlarının az qala tən yarısına göndərilirsə, məqsəd aydındır.

Cəlilovun konkret nəticəyə təsir edən qərarı olmasa da, onun varlığı da kifayət edirdi. Meydan sahibləri sevimli hakimə görə psixoloji cəhətdən rahat idi, bilirdilər ki, özləri bacarmasalar da, hakim mütləq nəsə fikirləşəcək. Ona görə də psixoloji təzyiq altında olan tovuzlularla müqayisədə “Araz-Naxçıvan” hələ start fitinədək 3 xalı cibinə qoymuşdu.

Beləliklə, 14 oyunluq məğlubiyyətsizlik seriyası olan “Araz-Naxçıvan” növbəti 1:0-la 4-cü pillədəki komandadan 14 xal aralana bildi. “Turan Tovuz” isə ardıcıl 3 heç-heçədən sonra yenə qələbəsiz, bu dəfə həm də xalsız qaldı. Rəqibin qələbəsini asanlaşdıran bir amil də qonaqların oyunundakı enişdir. Məhdud heyətin uzun marafona tab gətirmədiyi göz önündədir. Komanda qışda heyətini gücləndirməsə, avrokuboka vəsiqə qazanmaq çətin olacaq. Xüsusilə yarımmüdafiəyə və hücum xəttinə rəqabət, yeni qan lazımdır.

Tur “Sabah”ın seriyasının qırılması ilə də əlamətdar oldu. Yeni baş məşqçi Vasili Berezutski debütündə 7 oyunluq qələbəsiz seriyaya son qoymağı bacardı. Lakin “bayquşlar”ın parlaq oynadığını demək olmaz. Ola bilsin, uğursuz zolaqdan çıxmaq üçün futbolçular daha məsuliyyətli olmağa, hesabı qorumağa cəhd etdi. Bu səbəbdən komandanın autsayderlə oyunu parlaq alınmadı. Dəqiq olan odur ki, dünən oynadığı futbolla komandanın avrokubok mübarizəsində uzağa getməsi çətindir. Berezutski mütləq nələrisə dəyişməlidir.

“Səbail” yeni baş məşqçi ilə də məğlubiyyətləri sıralayır. “Dənizçilər” Şahin Diniyevin dönəmində olduğu kimi yenə hər oyunda top buraxır. Fərq ondadır ki, indi komanda qol vurmağı unudub. Cavid Hüseynov hələ ki, müdafiədən oyun qurmaq üzərində baş sındırır, komandanı toparlamağa, kompakt oynatmağa çalışır. Bunun alınması üçün hələ bir müddət səbr etmək gərəkdir.

İnsaf naminə, Hüseynovun ilk oyunlarının “Qarabağ” və “Sabah” kimi iddialılara qarşı olduğu unudulmamalıdır. Onun işinə qiymət verilməsi üçün digər rəqiblərlə görüşləri gözləmək lazımdır. Bununla belə, mövsüm yarılanmaq üzrədir və komanda autsayderlər qrupundan uzaqlaşa bilmir. Zaman keçdikcə xallar qazanılmasa, yenidən psixoloji basqı hiss olunacaq və Hüseynov növbəti iş yerində də Premyer Liqa ilə vidalaşan baş məşqçi kimi yadda qalacaq.

FƏRİD

“Hər iki komanda üçün nəticə vacibdir”
“Səbail” klubunun futbolçusu Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 14-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzdunuz. Oyunla bağlı nə deyə bilərsiniz?

– Səviyyəli komandaya qarşı oynadıq. Əlimizdən gələni etdik, yaxşı mübarizə aparmağa çalışdıq. Amma sonluq istədiyimiz kimi alınmadı. “Qarabağ” səhvləri bağışlamadığını göstərdi.

– Bu görüş yeni baş məşqçiniz Cavid Hüseynovun “Səbail”də debüt matçı idi. Məğlubiyyətə görə Hüseynov oyundan sonra paltardəyişmə otağında nə dedi?

– İstəyirdik ki, yeni baş məşqçimizin rəhbərliyi altında çıxdığımız ilk oyunda ən azı uduzmayaq. Ancaq bu, futboldur, hər şey olur. Artıq gələcəyə baxmalı, diqqətimizi növbəti matçlara yönəltməliyik.

– “Səbail”ə komandanın sabiq çalışdırıcısı Şahin Diniyevin istəyi ilə cəlb olunmuşdunuz. Baş məşqçi dəyişikliyi şəxsi oyununuza, komandadakı rolunuza necə təsir edəcək?

– Hər komandada bu proses baş verə bilər. Baş məşqçi nə tələb edirsə, onu həyata keçirməyə çalışacağam.

– “Qarabağ”la matçda meydana 71-ci dəqiqədə daxil oldunuz. İlk “11-lik”də yer almamağınız nə ilə bağlı idi?

– “Kəpəz”lə görüşdə zədələnmişdim. Bu səbəbdən uzun müddət komanda ilə məşq etməmişdim. Zədəmi tam bərpa etmək, hazır duruma gəlmək üçün əlimdən gələni edirəm.

– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Rəqib 7 oyundur qələbə qazana bilmir. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Hər iki komanda üçün bu oyunda nəticə vacibdir. Bizi çətin səfər matçı gözləyir. Buna baxmayaraq, istəyimiz meydanı sərfəli nəticə ilə tərk etməkdir.

– Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmısınız. Hazırkı mövqeyiniz futbolçuların üzərində əlavə təzyiq yaradırmı?

– Əlbəttə, son pillələrdə qərarlaşmağı heç kim istəməz. Lakin bu durumdan çıxmaq üçün yaxşı heyətimiz var. İnşallah, tezliklə vəziyyəti lehimizə dəyişərik.

– “Səbail” cari mövsümü neçənci pillədə bitirmək gücündədir?

– Komanda yuxarı pillələrə qalxmağı bacaracaq gücdədir. Zamanla bunu tam aydın görəcəyik.

FƏRİD

“Neftçi” və “Şamaxı” bu mövsüm penalti qazanmayıb
Misli Premyer Liqasında cari mövsüm penaltidən qol vuran komanda sayı 7-yə yüksəlib.

Futbolinfo.az saytının məlumatına görə, “Sumqayıt” bu mövsüm ilk dəfə onbirmetrlik zərbədən fərqlənib.

Bu, ölkə çempionatının 14-cü turunda “Şamaxı” ilə oyuna təsadüf edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan görüşün 77-ci dəqiqəsində qazanılan penaltini qola çevirən Rövlan Muradov “kimyaçılar”a doğma arenada 2:1 hesablı qələbə qazandırıb.

“Sumqayıt”a qədər “Zirə”, “Turan Tovuz”, “Sabah”, “Araz-Naxçıvan”, “Qarabağ” hərəyə 2, “Kəpəz” isə 1 dəfə penalti qoluna sevinib.

“Neftçi”, “Səbail” və “Şamaxı” hələ ki, penalti qoluna sevinə bilməyən klublardır. Onlardan “Səbail”in belə bir imkanı olub. Lakin 11-ci turda Fərid Nəbiyev “Sumqayıt”la görüşdə onbirmetrlik zərbəni qola çevirə bilməyib.

“Turan Tovuz” 2 qol vurmasına baxmayaraq, 3 dəfə penaltini məntiqi sonluğa çatdırmağı bacarmayıb. “Sabah” isə 1 dəfə belə zərbəni qola çevirməyib.

Premyer Liqada yeni rekord
Misli Premyer Liqasında mövsümün azarkeş rekordu qırılıb.

Futbolinfo.az saytının məlumatına görə, bu, 14-cü tura təsadüf edib. Baş tutan 5 oyunda tribunalara ümumilikdə 12 724 tamaşaçı toplaşıb. Bununla 9-cu turda qeydə alınan rekord (12 400) yenilənib.

Ümumiyyətlə, geridə qalan 14 turun yalnız 4-də ümumi azarkeş sayı 10 mini keçib. 5-ci turda 10 300, 7-ci turda isə 10 200 fanat matçları canlı izləyib.

14-cü turda rekordun qırılmasında “Səbail” azarkeşlərinin müstəsna rolu olub. “Turan Tovuz” və “Sumqayıt”ın hərəsinin 4500 fanat toplaması qeyri-adi hal deyil. Ancaq “Səbail”in “Qarabağ”la qarşılaşmasına 1900 nəfərin gəlməsi görünməmiş hadisədir. Çünki buna qədər “Səbail”in “ASCO Arena”dakı görüşlərinə cəmi bir dəfə 1000-dən çox azarkeş gəlmişdi ki, bu, 1200 fanat idi.