Santuş – Futbolinfo.az

Santuş: “Seçimlərimə kənar müdaxilələr yoxdur”
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

– Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısız?

– Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir deyə, onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.

– Emin Mahmudov “Neftçi”də son iki matçda oynamayıb. Onu milliyə dəvət etmək nə dərəcədə doğrudur?

– Tibb heyətindən məlumat verilib ki, heç bir zədəsi yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadəddir ki, zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq.Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.

– Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsüz?

– Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.

– Deyirsiz ki, mentaliteti dəyişmək lazımdır. Canni De Byazi də eyni sözü demişdi, amma bunu bacarmadı. Mentaliteti dəyişmək üçün neçə il lazımdır? Hansı addımları atmalısız ki, mentalitet dəyişsin?

– Dəyişəcəyik, dəyişməliyik. Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcəyik, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitt dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Burada nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır.

– AFFA-nın yeni strategiyası ilə bağlı hansı təklifləri vermisiz? Yeni strategiyanı necə görürsüz?

– Bir layihəyimiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqlar olub, bu aramızda qalsın. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun.

– Emin Mahmudov milliyə niyə dəvət edilir?

– Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirimsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi qərar verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan mllisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq.Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyiirk. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyirlər deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzəd işləmişəm, işləməyə də davam edəcəm. Bu mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil. (Sportal)

Santuş milli komandanın heyətini açıqladı
Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevi də ilk dəfə heyətə dəvət edib. Mahir Emreli də yığmaya qayıdır.

Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov

Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev

Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə

Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov.

Santuş heyəti mətbuat konfransında açıqlayacaq
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Bu ənənə Santuşun yığmamıza gəlişi ilə yaranıb. Portuqaliyalı mütəxəssis ilk iki oyun üçün heyəti də mətbuat konfransında elan etmişdi.

Natiq Cəfərli: “Futbol oynamaq milli xüsusiyyət deyil, hər şey sistemdən qaynaqlanır”
Azərbaycanın ictimai-siyasi xadimləri arasında ölkənin idman həyatına laqeyd qalmayanların sayı yetərincədir. Onların arasında Natiq Cəfərlinin xüsusi yeri var. “Real” partiyasının yeni rəhbəri ilə görüşüb ölkə idmanının keçmişini, bu gününü və gələcəyini müzakirə etdik. Təbii ki, əsas diqqəti həm də futbola yönəltdik.

– Başlayaq ümumi olaraq Azərbaycan idmanın ümumi vəziyyətindən. Sizcə, müstəqilliyimizi bərpa etdikdən sonra irəli gedirik, yoxsa qeyri-sabitlik bizə mane olur?

– Əslində, bu mövzudan danışırıqsa, idmanın növlərini bir-birindən ayırmaq lazımdır. Müstəqillik dönəmində fərdi idman növlərində müəyyən uğurlarımız olub. Amma Olimpiada, dünya və Avropa birinciliklərində əldə olunan nailiyyətlər idmanımızın səviyyəsini yüksəyə qaldırıbmı? Təəssüf ki, yox. Məsələ ondadır ki, idmanın idearə edilməsi və maliyyələşməsində oturuşmuş sistem formalaşdırmamışıq. Nəzərə alaq ki, bizdə federasiya rəhbərləri ancaq məmurlardan ibarətdir. Onlar da inzibati resurslardan istifadə edərək həmin idman növlərini maliyyə dəstəyi ilə ayaqüstə saxlamağa çalışırlar. Amma biz başqa ölkələrə baxanda görürük ki, oralarda daha çox sponsorlar önə çıxır. Azərbaycan bazarının kiçik olması, ölkəmizdə ümumiyyətlə reklam bazarının dar olması belə problemlərə yol açır. Halbuki, biz Gürcüstandan əraziyə görə iki dəfə böyük olsaq da, onların reklam bazarı bizdən 2 dəfə artıqdır. İlk baxışda bu, bəlkə də idmana birbaşa təsir göstərmir, amma kifayət qədər ciddi təsirləri var. Amma komanda oyunlarından danışırıqsa, həddindən artıq zəif nəticələr göstəririk. Yalnız “Qarabağ”ı istisna etmək olar. Ağdam klubunun uğurlu çıxışının səbəblərindən biri də maliyyə mənbəyinin biznes strukturu sayəsində formalaşmasıdır.

– Tokio Olimpiadasında qızıl əldə edə bilmədik, amma Parisdən iki qızılla döndük. Amma o da cüdonun payına düşdü. Güləş ümidləri doğrultmadı. Bunu nə ilə əlaqələndirərdiniz?

– Əslinə qalsa, güləş bizim milli idman növümüzdür. Cüdo bizdə son vaxtlar populyarlaşıb. Amma güləş sovet dövründən bəri bizdə daha öndə olub. Bu növdə geriləməyimizin səbəbini yəqin ki, uşaq məktəblərində axtarmaq lazımdır. Bizdə çox vaxt fikirləşirlər ki, istedadı olan idmançı fərdi qaydada yetişə bilər. Bu, doğru yanaşma deyil. Bunun institutsional yanaşması olmalıdır. Bir güləşçinin yetişməsi üçün onun ətrafında komanda formalaşmalıdır. Tək məşqçi ilə iş bitmir. Bilmirəm, bu sahəyə maliyyə azalıb, yoxsa diqqət çatışmazlığı var, amma problemlər görünür. Təəssüf ki, idman növlərində bizim maliyyə mənbələrimizə şəffaf çıxışımız yoxdur. Məsələn, biz bilmirik ki, federasiyalar haradan pul alır, nə qədər xərcləyir. Ona görə də bilmək olmur, problem maliyyədədir, ya məktəblər tələblərə cavab vermir. Güləş kimi boksda da zəif nəticələrlə yadda qalırıq. Yəqin ki, bunun ciddi təhlilə ehtiyacı var. Müəyyən uğur təsadüf də ola bilər. Qalıcı uğurdursa, bunun məktəbi də olmalıdır. Məsələn, biz Özbəkistanın timsalında bunun örnəyini gördük. Onlar məktəb yaratdı, xaricdən məşqçilər dəvət etdilər, böyük komplekslər istifadəyə verildi. 8-10 il ərzində də bunun nəticəsini Paris Olimpiadasında gördülər. Ümumiyyətlə, istənilən idman növündə inkişaf etmək üçün məktəb yaratmaq lazımdır.

– Bir problem də var ki, federasiyalar milliyə legionerlər də cəlb edir. Məsələn, biz güləş ölkəsi olsaq da, komandamızda dağıstanlılar da yer alır. Niyə asan yola əl atırlar?

– Belə bir maraqlı araşdırma görmüşdüm. Bilmirəm, Gürcüstan idi ya da ki Moldova, orada bir yanaşma var idi ki, bir uşağı 6-7 yaşından götürüb olimpiya çempionu etmək çox bahalı bir layihədir. Bir də var ki, 50-100 min verib hazır legioner gətirib ondan nəticə alırsan. Federasiya rəhbərliyi də onun nəticəsini göstərib uğur əldə etdiklərini söyləyir. Bu, kökündən səhv yanaşmadır. Bunu cəmiyyət də birmənalı qarşılamır. Yadınızdadırsa, koreyalı xanımları gətirib onların soyadını dəyişməklə otüstü hokkey yığması yaratmışdıq. Bu layihə uğurlu olmadı. Həm də ki, bu, qalıcı uğur deyil. Bu gün sən 5 manat verib nəticə əldə edirsənsə, sabah o biri ona 10 manat verib öz tərəfinə çəkə bilər. Bu futbol millisi deyil ki, sənin komandanda oynadıqdan sonra başqa ölkənin yığmasında çıxış edə bilməz. İdman tarixində insanlar olub ki, bir neçə ölkənin millisinin şərəfini qoruyub medallar qazanıb.

– Azərbaycan futbolunu necə xarakterizə edirsiz?

– Futbol bizdə digər idman növləri ilə müqayisədə daha çox sevilsə də, burada oturuşmuş sistem yarada bilməmişik. Doğrudur, bəzi komandaların fanklubları və yaxud fanşopları var, amma yenə də yerli çempionatın oyunlarına heç kim gedib baxmır. Bilet alan yoxdur. Futbol elə bir idman növüdür ki, burada sponsorlar olmasa, komandalar ayaq üstə qala bilməz. Bu yanaşma ilə Azərbaycan futboluna baxsaq, onda çempionatımızda 2-3 komanda qalar. Əksəriyyəti federasiya tərəfindən maliyyələşir. Maliyyə mənbələri, məktəb, oturuşmuş sistem yoxdur. Yalnız “Qarabağ”ı istisna etmək olar. Qurban Qurbanov uzun illər vahid sistem formalaşdırıb. Hərçənd bunu da daha çox legionerlər hesabına edib. Məni təəssüfləndirən məqam ondan ibarətdir ki, “Napoli”də oynayan Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanın qiyməti Azərbaycan yığmasının bütün üzvlərinin qiymətindən qat-qat çoxdur. Belə olmamalıdır. Gürcülər kimi uğur qazanmaq istəyiriksə, 10-20 illik proqram hazırlamalıyıq. Biz belə bir yanaşma görmürük. Belə baxanda, beynəlxalq turnirlərdə iştirak edən yeniyetmələrdən ibarət komandalarımız pis nəticə göstərmir. Elə ki, 15 yaşına çatdılar, hər şey bitir. Bu da o deməkdir ki, işi düzgün qurmuruq. Uşağın istedadı varsa, niyə o, 15 yaşından sonra tükənməlidir?! İqtisadçı olduğum üçün bir çox məsələdə iqtisadi təməlin olmasını vacib sayıram. Çünki bu dayanıqlı inkişafın göstəricisi olmalıdır. Futbol klubları öz səhmləri üzərində formalaşmalıdır. Azərbaycanda klubları belə formalaşdırmaq üçün iqtisadi formasiya da dəyişməlidir. Qiymətli kağızlar bazarı yoxdursa, bunu necə edə bilərik ki? Mən Azərbaycanın rayonlarını gəzməyi sevirəm. Çox yerdə olimpiya kompleksləri var. Amma uşaqları ora pulla götürürlər. Bu dövlət hesabına tikilibsə, uşaq orada məşq etmək üçün niyə pul verməlidir? Mən Gürcüstanı da qarış-qarış gəzmişəm. Orada kəndlərdə belə pulsuz meydançalar var. Orada skautlar görmüşəm ki, Bolnisi və yaxud Marneuliyə gəlib uşaqlar arasında məhəllə oyunlarını izləyirlər. Mən bildiyimə görə, Gürcüstanda 3 böyük futbol akademiyası var. Biri Batumidə, ikisi isə Tiflisdədir. Orada uşaqların yetişməsində mühüm rol oynayırlar. Özləri də İspaniya və Niderland modellərindən istifadə edirlər.

– Gürcüstandan söz düşmüşkən, son vaxtlar Azərbaycanda əsas müzakirə mövzularından biri onlarla müqayisə olunmağımızdır. Niyə onlar Avropa çempionatına gedə bilir, niyə hazırda Millətlər Liqasında uğurlu çıxış edir, amma biz geridə qalmışıq?! Tiflis “Dinamo”sunun SSRİ millisinə gürcü oyunçular verməsi, bu komandanın dəfələrlə qazandığl gümüş və bürünc medalları bir kənara qoyuram, iki dəfə SSRİ çempionu olması, 1981-ci ildə Kuboklar Kubokunu qazanması, müstəqillik dövründən bu günə qədər Avropada oynayan ulduz futbolçular çıxartması fonunda onlarla müqayisəmiz nə dərəcədə doğrudur? Bəlkə Albaniya ilə özümüzü müqayisə edək?

– Başa düşürəm, futbol ölkəsidir və orada bu oyunu çox sevirlər, üstəlik sovetdən qalma ənənələri də var. Amma ölkəmizdə də futbolu sevənlər yetərincədir. Bizimkilərin istedad amilinə görə gürcülərdən geri qaldığını söyləyə bilmərəm. Sadəcə, onlar doğru məktəb yaradıblar. Ona görə də istedadlıları püxtələşir. Biz 8-10 yaşında küçələrimizdə Messilər görürük, amma yaşa dolduqca itib-gedirlər. Yalnız sistem qurduqdan sonra deyə bilərik ki, biz istedadlıyıq, yoxsa yox?! Məncə, bizdə istedadlı uşaqlar az deyil. Yeri gəlmişkən, Gürcüstanda jurnalistika ilə məşğul olan bir nəfərə mənə deyib ki, 3-5 ildən sonra görəcəksən ki, Gürcüstan azərbaycanlıları futbolda çox öndə olacaqlar. Artıq onlar dili öyrənir və futbol məktəblərinə yazılırlar. Bəli, məncə futbol oynamaq milli xüsusiyyət deyil, hər şey sistemdən qaynaqlanır. Biz futbolçularımızı Türkiyəyə göndərib orada inkişaf edə bilərik, amma təəssüf ki, qardaş ölkənin komandalarında da möhkəmlənə bilmirik. Məsələn, mən bir statistika ilə tanış olmuşdum, Gürcüstanın 90-a yaxın futbolçusu legioner həyatı yaşayır. Ermənistanda aşağı-yuxarı eyni şeydir. Azərbaycandan isə legioner çıxmır.

– Niyə Azərbaycanda yetişən futbolçulara Avropada tələbat yoxdur? Gedən ya darıxıb qayıdır, ya da başqa səbəblər ortaya çıxır.

– Dünyada futbol industriyası elə bir vəziyyətə gəlib çatıb ki, sizin fiziki hazırlığınız işin yarıdan çoxudur. İstedadlı ola bilərsən, amma fiziki cəhətdən hazırlıqlı deyilsənsə, meydanda çatdıra bilməyəcəksən. Çünki bizimkilər uşaqlıqdan bu çətinliyə dözməyiblər, belə yüklənməyə öyrəşməyiblər. Məncə, əsas səbəb budur.

– UEFA hər il Azərbaycan klublarına uşaq futbolunu inkişaf etdirmək maliyyə yardımı ayırır. Sizcə, nəyə bunlar doğru istiqamət üzrə xərclənmir?

– Ümimiyyətlə AFFA-nın bu sahədə fəaliyyəti, uşaq futbolu ilə bağlı sistem bizdə dəfələrlə tənqid olunub. Biz nəticə görmürük. Məsələn, Türkiyədə milli televiziya və ya başqa telekanallar yeniyetmələrin turnirlərini işıqlandırırlar. Media bu haqda yetərincə məlumat verir. Bizdə uşaq futbolu ilə bağlı informasiya qıtlığı var. Bu sahəyə ayrılan vəsaitin şəffaflığından heç danışmağa dəyməz. Hətta burada bir neçə Türkiyə klubu məktəblər də açdı, amma bundan nəticə hasil olmadı. Bu problemlər idarəetmənin özündən qaynaqlanır. Azərbaycanda klublar fikirləşir ki, mən bu uşağı götürüm, onun inkişafı üçün ilə müəyyən qədər vəsait xərcləyim, heç bilinmir, alınacaq, yoxsa, yox. Elə ondansa, Afrikadan bir az ucuz oyunçu gətirib oynadaram. Bu, heç bir effekt verməyəcək.

– AFFA-da hakimiyyət dəyişikliyi baş verdi. Rövşən Nəcəfdən nə gözləyirsiniz?

– Futbolla maraqlanan xarici jurnalistlər də bu sualı mənə verib ki, niyə sizdə futbol federasiyasına rəhbərliyi məhz SOCAR edir? Maraqlı sualdır əslində. Məsələ ondadır ki, dövlət neft şirkəti maliyyə məsələsinə baxırsa, musiqini də o sifariş edir. Amma onun əsas fəaliyyət növü tamam fərqlidir axı. Bu qurum üçün futbol 15-ci yerdədir. Futbolda uğurlu fəaliyyət göstərmək üçün onun bu idman növündən baş çıxaran güclü bir komandası olmalıdır. Bunu da biz görmürük.

– Milliyə də daim əcnəbi məşqçi gətirirlər. Bəs, buna münasibətiniz necədir?

– Həddindən artıq pis. Adam onlara xərclənən pullara heyifslənir. Çünki xarici mütəxəssis öz ölkəsinin məktəbinin yaratdığı biliklər üzrə ixtisaslaşıb. Bir almaniyalı və ya portuqaliyalı öz məktəbinin sistemini burada necə tətbiq edəcək? Azərbaycanda Almaniya və Portuqaliya məktəbi formalaşmayıbsa, sistem bunun üzərində deyilsə, avropalı məşqçi burada ciddi nəticə əldə edə bilməyəcək.

– Amma Gürcüstanda Villi Sanyol fayda verə bilir…

– Çünki Gürcüstanda Avropa məktəbi formalaşıb. Ona görə də effektini görürlər. Bizdə o sistemi anlamırlar. Gürcüstanda futbolun strategiyası uzun illərdir ki, proqram əsasında gedir. Hətta Kriştianu Ronaldo da məktəblərdən birinə baş çəkməyə gəlmişdi, Xviça da orada yeniyetmə futbolçu kimi onunla görüşmək imkanı qazandı. Ora bundan sonra fransız və ya ispanı gətirsən, bəhrəsini görəcəksən. Bəs Santuş burada nə edəcək? Deyəcək, bunu et, futbolçu da cavab verəcək ki, mənə bunu öyrətməyiblər. Sadəcə, bizdə AFFA prestij arxasınca qaçır. Mən əminəm ki, bir müddət keçəcək, Mourinyonu da gətirəcəklər. Bunun Azərbaycan futboluna nə xeyri var?! Onlara xərclənən pulu uşaq futboluna yönəlt də.

– “Qarabağ”ın 2014/15 mövsümündən mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynaması haqda nə deyə bilərsiz? Bu komandada fərqli olan nədir və niyə digər klublarımız onun yolunu gedə bilmir?

– “Qarabağ”ın uğuru həm maliyyə, həm də sabit idarəetmə ilə əlaqəlidir. Qurban Qurbanov burada bir sistem formalaşdırıb. Sistem də işləyir. Digər komandalarda isə məşqçilər sürətlə dəyişir. Belə uğur qazanmaq olmaz.

– Amma sosial şəbəkələrdə bəzi azarkeşlər klub rəhbərliyinin transfer siyasətini tənqid edir, hətta onları simiclikdə də ittiham edir. Nə dərəcədə haqlı iradlardır?

– Azarkeşləri anlayıram, amma tanınmış və olduqca yüksək səviyyəli futbolçular Azərbaycan çempionatında oynamaq istəmir. Ən yaxşı halda, qocalmış futbolçunu maraq oyatsın deyə gətirmək olar, onlar faydalı olmur. Vaxtilə Rivaldonun Özbəkistan çempionatında oynamasını xatırlamaq olar. Yaxud da indi ərəblərin etdiyi. Amma özünə uyğun oyunçular almaqda ləng tərpənmələrinə izah verməkdə çətinlik çəkirəm. Çünki səbəbini bilmirəm. Bəlkə pul qazanmaq istəyirlər. Bu pullara qənaət də edə bilərlər. Oyunçuların maaş söhbəti də var. Amma yenə də faydalı oyunçuları gətirib mövqelər uğrunda rəqabət yaratmaq lazımdır. Müəyyən mənada bizdə toxunulmaz oyunçular olub. Özlərini belə hiss etməsinlər deyə, transferlər həyata keçirilməlidir.

– Bəs “Neftçi”nin problemi nədir? Hər il dolub-boşalır…

– “Neftçi” mənim uşaqlıq komandamdır. Uğura aparan yol heç də həmişə ardıcıl qələbələrdən keçmir. Uğur üçün sabitlik əsas şərtdir. Uğursuzluğa belə zaman tanımaq lazımdır. “Neftçi” də dəyişiklik burulğanına düşüb. Hamı bu komandadan dərhal uğur gözləyir. Formalaşmaq üçün onlara vaxt vermək zəruridir. Məsələn, “Qarabağ”ı ayaq üstə saxlayan Avropadakı çıxışlarıdır. Ağdam klubu orada uğursuz olsaydı, idarəçilik planında bu səviyyəyə yüksəlməyəcəkdi. “Neftçi”də belə sabitlik yaransa, işlər düzələr. Amma tez-tez rəhbərliyin dəyişməsi komandaya problem yaradır. Hər rəhbər də yeni konsepsiya gətirir.

– Problem təkcə bu da deyil. Menecerlər “Neftçi”yə yararsız oyunçular gətirir. Onlara necə vaxt verəsən, belə futbolçularla heç nə alınmayacaq…

– Bəli, seleksiya problemi də var. Amma biz bilmirik axı içəridə nə baş verir? Bəzən elə oyunçulara elə böyük pullar verirlər ki, baş aça bilmirsən. Təəssüf ki, biz şəffaflığı görmürük. “Neftçi”ni Azərbaycan futbolunun flaqmanı adlandırırdılar. Bir anlıq təsəvvür edin ki, “Neftçi”nin arxasından SOCAR çəkilir. Bu komanda nə ilə dolacanaq? Bəlkə də “Neftçi”yə özəl şirkət rəhbərlik etsə, bu komanda daha yaxşı idarə olunar. “Qarabağ”ın “Azərsun” yazılı forma ilə oynaması müsbət məqamdır. Məsələn, mən Polşada olarkən, dükanların birində “Azərsun” məhsullarının satıldığını gördüm. Yerli satıcı mənim Azərbaycandan olduğumu biləndə dedi ki, “Azərsun” “Qarabağ”ın sponsorudur”. Bu, çox önəmli məqamdır. “Neftçi” də bundan faydalana bilərdi. SOCAR-ın belə bir dərdi yoxdur. Nefti hamı alır.

TAHİR MİRZƏ

Basketbolu futboldan çox izləyən Silva
O, son illər Azərbaycana gələn ən yaxşı qapıçılardan biridir. Hər halda, bir legioner futbolçuya qiymət vermək istəyiriksə, təkcə çempionatda yox, həm də avrokuboklarda komandasına verdiyi faydanı nəzərə almalıyıq. Bu mənada “Zirə”nin portuqaliyalısı Tyaqu Silva ümidləri doğruldur. Sabit çıxışı və “Osiyek”lə oyunda 4 penalti dəf etməsi Tyaqunun vizit vərəqinə çevrilməlidir.

Onun çıxışını çox izləsək də, futbol bilikləri və təsəvvürlərindən tam xəbərdar deyilik. Təbii ki, bizə də daha çox onun “Zirə”yə qədərki karyerası və Portuqaliya futbolu haqda fikirləri maraqlıdır.

– Tyaqu Silva deyəndə bir futbol həvəskarının ağlına Braziliya millisinin təcrübəli müdafiəçisi gəlir. Yəqin, çox olub, səni görənlər bunu sənə xatırladır…

– Bəli, bəzən insanlar bunu bir zarafata çevirir. Məsələn, “Vitoriya Gimaraynş”da da Tyaqu Silva adlı bir oyunçu var. İnsanlara bu, maraqlı gəlir. Hətta bəzən səhv də salırlar. Hətta sevdiyim xanım öz valideynlərinə “Tyaqu Silva ilə görüşürəm” bildirəndə, ailəsi onun braziliyalı müdafiəçi ilə münasibət qurduğunu zənn etmişdi.

– Yeri gəlmişkən, elə sevdiyiniz xanımdan söz açaq. Bizdə olan informasiyaya görə, “Azərreyl”in sabiq voleybolçusu Qabrielle Benda ilə görüşürsünüz.

– Təbii ki, Bakı elə də böyük şəhər deyil. Yerli komandalarda çıxış edən əcnəbilər əksəriyyəti bir-birini yaxşı tanıyır. Dəxli yoxdur, istər voleybol, istərsə də futbol komandaları olsun. Hətta biz bir-birimizi tanımadığımız halda belə şəhərdə bir-birimizlə münasibətlər qurmağa çalışırıq. Günlərin bir günü komanda yoldaşlarımla şəhərə çıxmaq qərarına gəldik. Həmin məqamda “Azərreyl”in voleybolçuları da gəzintiyə çıxmışdı. Biz orada tanış olduq. Hazırda da münasibətlərimiz davam edir.

– Qardaşınız da basketbolçudur və Portuqaliyanın yüksək divizionunda çıxış edir.

– Qardaşım Serjio Silva peşəkar basketbolçudur. O, son iki mövsümü “Benfika”da keçirib və ardıcıl ölkə çempionu olub. Əslində, elə yeniyetmə ikən basketbolun sirlərinə “Benfika”da yiyələnib. Sonra Superliqanın başqa klublarına keçib. Yeni mövsümdən isə “Sportinq”də çıxış edəcək. Belə baxanda, onun hansı kollektivdə oynamasının heç bir önəmi yoxdur. Əsas məsələ onun çıxışıdır. Bu ildən mən də “Sportinq”in azarkeşi olacağam.

– MBA və ya Avroliqanı izləyirsənmi?

– Əlbəttə. Hətta etiraf edim ki, basketbolu futboldan daha çox izləyirəm. Ümumiyyətlə, izləmək planında basketbol ən sevdiyim idman növüdür. Daha çox Avropada keçirilən turnirə üstünlük verirəm. Çünki okeanın o tayında kollektivdə hansısa bir oyunçunun fərdi özəllikləri ön plana çıxırsa, Avropada biz açıq-aşkar komandaların gücünü görə bilirik. Avropa basketbolunda əsas mahiyyət kollektivçilikdir. Yeri gəlmişkən, mən sevgilim Qabrielle ilə birgə basketbol üzrə Azərbaycan çempionatının oyunlarından birini tribunadan da izləmişəm. Doğrusu, komandaların adlarını xatırlamıram.

– Bəs, ən sevdiyin klublar hansılardır?

– Amerikada “Qolden Steyt Uorrriors”u dəstəkləyirəm, Avropada isə azarkeşlik etdiyim futbol klubu kimi “Real”ın basketbol komandasının fanatıyam.

– Elədirsə, niyə məhz basketbolu yox, futbolu seçdin və niyə məhz qapıçı oldun?

– Təbii ki, biri izləməklə, digəri oynamaqla bağlıdır. Qeyd etdiyim kimi, basketbol izləməyi daha çox sevsəm də, uşaq yaşlarımdan üzgüçülüklə məşğul olmuşam. Demək olar ki, səhər saat 6-7-də oyanırdım, ilk növbədə üzgüçülük məşqinə yollanırdım, sonra oradan məktəbə gedirdim, məktəbdən sonra da basketbol məşqlərinə qatılırdım. Bir neçə il belə davam etdikdən sonra nəsə dəyişiklik etmək qərarına gəldim. Bir növ valideynlərimə də təzyiq göstərdim ki, futbol oynamaq istəyirəm. Əvvəlcə, doğulub boya-başa çatdığım şəhərin komandasında oynamağa başladım. Onlar gördü ki, məndə qapıçılqla bağlı müəyyən istedad var. Daha sonra “Benfika” akademiyasına keçdim. Normalda dostlarım və ya qardaşımla basketbol oynamağı sevirəm.

– Peşəkar müqavilə imzalayana qədər 5 klubda futbolun sirlərinə yiyələnmisən. Söhbət “Arrentela”, “Benfika”, “Belenenseş”, “Aveş” və “Vitoriya Gimaraynş”dan gedir. Niyə bu qədər çox yer dəyişmisən?

– Əvvəlcə, yaşadığım yerə yaxın komanda olan “Arrentela”da məşqlərə başladım. Təbii ki, futbol seçimlər üzərində qurulub. Daha sonra “Benfika” kimi böyük klubun akademiyasının üzvünə çevrildim. Haradasa 7-8 il orada qaldım. Doğrusu, bu akademiyanın bir parçası olmaq məni çox sevindirirdi. Daha sonra “Belenenseş”ə keçdim. Tez-tez dəyişiklik etməyin səbəbi bir komandada xoşbəxt olmamağınla əlaqəli ola bilər. Doğrusu, mən az büdcəli komandalarda oynamaqla bağlı problem yaşamıram. Sadəcə, hansısa bir komandada oynamaqla bağlı problemlərlə üzləşirsənsə, şans qazanacağın yerə getməlisən. Mən “Aveş”ə gedəndə bu komanda çətin vəziyyətdə idi. Mənimlə daha bir neçə gənc futbolçu ora cəlb olunmuşdu. Biz komandanı çətin vəziyyətdən çıxartdıq. Bizim çıxışımız “Vitoriya Gimaraynş” skautlarının diqqətindən yayınmadı. Nəticədə biz bir neçə nəfər həmin kluba üz tutduq. Bundan sonra karyeramı Portuqaliyanın ikinci divizionunda davam etdirdim.

– Yeniyetmə və gənclərdən ibarət komandaları və daha sonra peşəkar müqavilə imzaladığın klubları bir yerə cəm etsək, orada indiki məşhurlardan kiminlə yanaşı çıxış etmisən?

– Bu mənada Joao Feliks, Jedson Fernandeş, hazırda “Renn”də çıxış edən Jota kimi tanınan Joao Pedro Neves Felipe və təbii ki, Vitinyanın adını çəkə bilərəm.

– Setubal əyalətinin Seyşal şəhərində dünyaya gəlmisən.Seyşaldan çıxan futbolçulardan danışmalı olsaq, DÇ-1966-nın qəhrəmanlarından olan Antonio Simoeş yada düşür. Eysebio ilə çiyin-çiyinə oynayan hücumçu. Onun haqda nə deyə bilərsən? Heç olmasa, kadrlarını izləmisən?

– Təbii ki, bu futbolçularım mənim yaşadığım dövrdə oynamayıb. Onlar oynayanda mən anadan olmamışdım. Amma böyüdüyüm zaman bu futbolçulardan danışılanda artıq məndə müəyyən fikirlər formalaşırdı. Hazırda “Benfika”nın çıxış etdiyi “Da Luj” stadionunun önündə Eysebionun heykəli ucaldılıb. Təbii ki, sən “Benfika”dan danışırsansa, Eysebiodan da söz açmalısan. Eysebio deyəndə “Benfika”, “Benfika” deyəndə Eysebio yada düşür.

– Keçək Azərbaycanda bir günün içində social şəbəkələrdə günün əsas mövzusu olmağınla bağlı məsələyə. “Osiyek”in 4 penaltisini dəf etdin. Bu, necə alındı?

– Əlbəttə, bu, mənim həm həyatım, həm də karyeramda unudulmaz bir səhifə olacaq. Bu anları heç vaxt yaddan çıxartmayacağam. Bəlkə də karyeramın ən yaxşı anları idi. Əlbəttə, sən yaxşı mənada müzakirə mövzusuna çevrilirsənsə, bu, çox xoş vəziyyətdir. Təkcə mən yox, ümumiyyətlə komandamın yaxşı mənada müzakirəsi gözəldir. Bu, bir növ mənə sübut etdi ki, karyeramda istədiklərimi əldə etmək üçün doğru yolda addımlayıram. Amma dayanmamaq və irəli addımlamaq lazımdır. Mən hələ öz üzərimdə çalışmalıyam.

– Bir qapıçının 4 penaltini dəf etməsi deyəndə futbol həvəskarları dərhal 1986-cı ildə Çempionlar Kubokunun finalında “Styaua”nın qapıçısı Helmut Dukadamı xatırlayır. Ümumiyyətlə, həmin qəhrəmanlıqdan xəbərin var?

– Həmin oyundan sonra seyvlərim çox paylaşıldı. Doğrusu, mən bu oyuna qədər dediyiniz faktdan məlumatsız idim. Həmin gün sosial şəbəkələrdə bir jurnalist Dukadamın qəhrəmanlığı ilə bağlı xatırlatma məqsədi ilə bir məlumat paylaşdı. İlk dəfə onda bildim. Ümumiyyətlə, komandanın və ya Azərbaycan futbolunun tarixinə keçmək çox xoşdur. Amma unutmayaq ki, bu, artıq keçmişdə qaldı. Keçmişdə ilişib qalmaq doğru deyil.

– İki sualı birdən verim: səncə tarixin ən güclü qapıçısı kimdir və sən özün daha çox hansı qolkiperdən ilhamlanırsan?

– Tarixin ən güclü qapıçısı ilə bağlı suala cavab vermək çətindir. Təbii ki, keçmişdə çıxış edən qapıçıları izləmək şansım olmayıb. Amma izlədiklərim içərisində Canluici Buffonun yeri ayrıdır. Bəzən qapıçılar uçaraq seyv etməyi sevir. Halbuki, bunun əvəzinə doğru mövqedə qərarlaşıb topu rahat şəkildə tutmaq lazımdır.  Təəssüf ki, müasir dövrdə əksər qapıçılar publikaya oynamağı sevir. Amma Buffon və ya Yan Oblak kimi qapıçılar doğru yer seçməyi ilə dogərlərindən fərqlənir.

– Portuqaliyadan Ronaldo, Eysebio, Pauleta kimi dünya səviyyəli hücumçular, Fiqu, Nani, Bernardo Silva kimi yarımmüdafiəçilər, Pepe, Karvalyo kimi müdafiəçilər çıxıb. Niyə ölkənizdə dünya futboluna damğa vuran qapıçılar yetişməyib?

– Mən bu fikirlə razılaşmazdım. Portuqaliyanın Vitor Baya kimi qapıçısı olub. Onun möhtəşəm karyerası olub. Daha sonra “Sevilya” ilə iki dəfə Avropa Liqasının qalibi olan Betunun da adını çəkə bilərəm. Yeri gəlmişkən, o Türkiyədə “Göztəpə” klubunun da şərəfini qoruyub. Son illərdə isə millimizin və “Portu”nun qapıçısı Dieqo Koşta da əla çıxışı ilə diqqət çəkir. Çox keçməz ki, onu “Real”, “Barselona” və “Bayern” kimi klublarda görəcəksiniz. Ola bilsin ki, gələcəkdə mən də Koştanın səviyyəsinə yüksələcəyəm (gülür).

– Millimizin sabiq qapıçısı Kamran Ağayev “Boavişta”da çıxış edib. Xatırlayırsanmı?

– Açığı, Azərbaycana gələnə qədər Portuqaliyada onun çıxışına əhəmiyyət verməmişdim. Çünki ölkəmizə çoxlu əcnəbi futbolçular gəlir. Bura gəldikdən sonra mənə demişdilər ki, bizim bir qapıçımız “Boavişta”da oynayıb. “Boavişta” Portuqaliyanın məşhur komandalarından biridir. Hazırda onlar maliyyə böhranı yaşayır. UEFA onlara transfer qadağası qoyub. Dekabrda bu qadağa ləğv olunacaq.

– Bəlkə ipucu verim? Kamran “Boavişta”da oynayarkən, “Da Luj”a səfər etmişdilər və “Benfika” ilə 3:3 hesabı ilə başa çatan oyunda dava-dalaş düşmüşdü. Kamran da həmin oyunda qalmaqalla yadda qalanlardan biri idi.

– Mən belə fikirləşirəm ki, “Boavişta”da oynamaq zövqlü olub. Onların böyük komandaya çevrilmək üçün əllərində hər cür imkan var. Həmin oyunu indi siz deyirsiniz, mən xatırlayıram. Doğrusu, bu, məni təəccübləndirmədi. Həmin vaxt “Boavişta” yaxşı komanda idi.

– Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunmasını eşidəndə necə reaksiya verdin?

– Azərbaycanda çıxış edən bir portuqaliyalı olaraq onun buraya gəlişindən məmnunam. Bu adam artıq Portuqaliyada tarixə düşüb. O, bizim milliyə tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. Eynisini Azərbaycan millisində edib-etməyəcəyini deyə bilmərəm, amma əminəm ki, Azərbaycanda futbolu tamam fərqli bir səviyyəyə yüksəldəcək. Onu yaxşı bilirəm ki, o, sizin yığmaya uğur qazandırmaq üçün əlindən gələni edəcək. Mən sizin komandanın İsveç və Slovakiya seçmələri ilə oyunlarını izlədim. Həqiqətən də komanda baxımlı oyun nümayiş etdirir. Bəzi epizodlarda görürsən ki, bəxtsizliklə üzləşir. Amma komanda oyunu sərgiləyə bilirlər. İsveçlə oyunda bir neçə təhlükəli qol vəziyyətləri yarandı. Düşünürəm ki, gələcəkdə bu qol fürsətlərindən yararlana biləcəklər.

– Santuşun Portuqaliyası Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeş millisini adlaya bilmədi, daha sonra Polşa yığmasında uğursuzluq yaşandı və “Beşiktaş”da ümidləri doğrulda bilmədi. Bu, bizi qorxutmamalıdır?

– Biz həyatımızın hər səhifəsində uğurlu ola bilmərik. Əsas öz keyfiyyətimiz və bacarığımıza inanıb davam etməliyik.Təbii ki, Avropa çempionatının qalibi olandan sonra milli ilə bağlı gözləntilər artır. Amma büdrədikdən sonra məşqçini istefaya göndərmək asanlaşır. Sən uğur qazanandan sonra məsuliyyətin artır və insanlar haqqında daha çox danışmağa başlayır. Bu o demək deyil ki, işlədiyin hər yerdə uğurlu olacaqsan. Nə Santuş, nə Kriştianu Ronaldo, nə də mən getdiyimiz hər yerdə uğurlu ola bilmərik.

–  Sənə elə gəlmir ki, Roberto Martines son Avropa çempionatında artıq “çatdıra bilməyən” Ronaldonu hər oyunda meydana salmaqla və onu sona qədər saxlamaqla komandanı çətin vəziyyətə saldı. Ronaldosuz komanda daha sürətli futbol oynayıb uğur qazana bilərdimi?

– Portuqaliyada bu mənada fikirlər müxtəlifdir. Bəzi insanlar deyir ki, artıq Kriştianunun adı ilk “11-lik”də olmamalıdır, bəziləri isə tarixi xatırlayıb onun əsas heyətdə oynamalı olduğunu söyləyir. Mən Ronaldonu dəstəkləyənlər tərəfindəyəm. İstər 17, istərsə də 70 yaşında olsun – onu həmişə milli komandada görmək istəyərdim. Çünki bu insan mənim gördüyüm nəinki ən yaxşı futbolçu, həm də ən yaxşı idmançıdır. Ronaldo bir idmançının mental hazırlığının nə dərəcədə yüksək olmasının ən bariz nümunəsidir.

– Artıq Eysebionu keçib?

– Təbii ki, Ronaldonun etdikləri çox fərqlidir. Eysebionun çıxışını yalnız epizodlarla izləmişəm. İndi futbol çox dəyişib. Eysebionun vaxtında futbolda boş zona tapmaq necə asan idisə, müasir futbolda bunu edə bilmirsən. Əvvəllər futbolçuların şəxsi keyfiyyəti önə çıxırdısa, indi qol vurmaq çox çətinləşib. Ona görə də mən Ronaldonu tarixin ən yaxşı idmançısı kimi görürəm.

– Bir basketbol həvəskarı kimi onu Maykl Cordan da üstün tutursan?

– Əlbəttə, mən bir portuqaliyalı kimi buna belə cavab verirəm. Kriştianu vətənimizdə hər bir uşaq üçün örnəkdir. Sadəcə, gördüklərimə əsasən bunu deyirəm. Bir idmançının mübarizə apararkən onun mental hazırlığına daha çox fikir verirəm. Mən Cordanın oyununu canlı izləməmişəm, amma Kobi Brayantın oyunlarına baxmışam. Kobi mənə ilham verənlərdən biri olub.

– Əvvəllər futbolçu, Joze Mourinyonun “Portu” inqilabından sonra da məşqçi “istehsal edirsiniz”. İspanlar güclüdür, yoxsa siz?

– Mənə görə, portuqaliyalı məşqçilər. Həm də ki, hazırkı vəziyyətə görə də bu belədir. Mən onların çempionatımızdakı iş prinsipindən xəbərdaram. Bəlkə Xosep Qvardiolanı xüsusi fərqləndirmək olar. Onu da mən portuqallaşdırmaq istəyərdim (gülür). O, tamamilə fərqli məşqçidir. İndi nə qədər dünyaya yayılan portuqaliyalı məşqçi görürsünüzsə, növbəti illər onların sayı bir qədər də artacaq.

– Azərbaycanda Türkiyə futbolunun fanatları çoxdur. Joze Mourinyo “Fənərbağça”ya nə verəcək?

– Doğrudur, Türkiyə futbolunun daimi izləyicisi deyiləm. Amma bəzən derbi oyunlarına baxıram. Verdiyiniz suala daha yaxşı cavabı Mourinyo verə bilər. Mourinyo İstanbul klubunun orta səviyyəli bir məşqçisi olmaq istəməz. O, Türkiyə çempionatı tarixinin ən yaxşı məşqçilərindən biri olmağa çalışacaq. Məsələn, mənim Azərbaycana gəlişim digər portuqaliyalı qapıçılar üçün Azərbaycana gəlmək yolunda cığır açacaq. Mourinyo da portuqaliyalı məşqçilər üçün Türkiyəyə gəlmək üçün cığır ola bilər.

– “Fənərbağça”nı elə son illər portuqaliyalı məşqçilər çalışdırır…

– Hər halda, Mourinyo Türkiyəyə gedirsə, bu artıq məşqçilər üçün qapıdır…

TAHİR MİRZƏ