Sumqayıt – Futbolinfo.az

Rauf yenə icarəyə gedir – bu dəfə “Sumqayıt”a
“Şamaxı” ilə icarə müddətim başa çatdı və artıq “Sabah”a qayıtmışam. Bu müddətdə keçirdiyim vaxt mənim üçün çox dəyərli oldu. Buradan “Şamaxı” klubuna minnətdarlığımı bildirmək istəyirəm, çünki inkişafımda onların çox böyük zəhməti oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rauf Rüstəmli deyib.

21 yaşlı yarımmüdafiəçi bildirib ki, “Sabah” klubu ilə danışıqlar aparılıb və yeni mövsümdə icarə əsasında başqa komandada çıxış etməsi ehtimalı yüksəkdir: “Sabah”la danışıqlarımız olub. Gələn mövsümü də ehtimal ki, icarə əsasında başqa bir komandada keçirəcəm. Hələ qərar tam dəqiqləşməsə də, bir neçə təklif var və ən çox ehtimal olunan “Sumqayıt” variantıdır. Qərar yaxın günlərdə veriləcək”.

“Şamaxı”da əsas heyətdə oynamaq imkanı qazandığını vurğulayan futbolçu sözlərinə belə davam edib: “Orada çox oyun şansı əldə etdim və bu, inkişafımda böyük rol oynadı. Yeni mövsümdə hansı komandada oynayacağımdan asılı olmayaraq, yenə də əsas heyətdə olmaq və komandama maksimum fayda vermək üçün əlimdən gələni edəcəm. Məqsədim daha çox oynamaq, inkişaf etmək və yenidən milli komandaya dəvət almaqdır. Bu, mənim üçün ən böyük şərəf olar və o hədəfə çatmaq üçün var gücümlə çalışacam”.

GÜNAY SÜLEYMANOVA

Məşqçi kimi uğurlu olmayan “Əfsanəvi partizan”
Samir Abasovun gedişindən sonra Vaqif Cavadova tapşırılan “Sumqayıt” ötən mövsüm ümidləri doğrultmadı. Komanda hətta mövsümün gedişində ardıcıl 11 oyunda qol vurmadı. Doğrudur, Cavadov sonradan “Sumqayıt”ı vəziyyətdən çıxarıb onu elitada saxlaya bildi. Amma “gənclik şəhəri”nin komandası mövcud imkanlarla Premyer Liqada yerini qorumaq üçün oynamamalıdır axı.

Klub rəhbərliyi vəziyyəti düzəltmək üçün planlar qurmağa başladı. Hər nə qədər iki yerli mütəxəssislə avrokuboklarda oynasalar da, qeyri-sabitlik onları əcnəbi axtarışına sövq etdi. Doğrudur, belaruslu Aleksey Baqa ilə fiasko ilə üzləşiblər. Amma bu o demək deyil ki, “tilova ancaq xırda balıqlar” düşəcək. “Qızıl balıq” axtarışına çıxan Riad Rəfiyev “Qalatasaray”dan yaxşı tanıdığımız Saşa İliçi Xəzər sahilinə gətirə bildi. İndi Aleksandr Sergeyeviç Puşkinin qələmə aldığı nağıldakı kimi “Sumqayıt”ın “kasıb daxması” saraya çevrilə biləcəkmi? Bunu gələcək zaman göstərəcək. Biz isə İliçə qiymət vermək üçün onun keçmiş zamanına yollanırıq.

1977-сi il dekabrın 30-da keçmiş Yuqoslaviyanın, indiki Serbiyanın Pojarevaç şəhərində dünyaya gələn Saşa İliç uzun illər boyunca “Partizan” klubunun aparıcı futbolçularından biri olub. O, həm gənclər, həm də əsas komandada çıxış etdiyi 20 ildən artıq müddət ərzində klubun tarixində ən çox oyun keçirən futbolçuya çevrilib. Rəsmi və yoldaşlıq görüşləri daxil olmaqla, 800-dən çox matçda “Partizan” formasını geyinmiş İliç, bu dövrdə komandası ilə 18 titul qazanıb. Onun qazandığı titullar arasında 11 ölkə çempionluğu və 7 ölkə kuboku var. Avrokuboklarda əfsanəvi kapitan öz adını tarixə yazdırıb. O, Avropa turnirlərində 113 dəfə “Partizan”ın heyətində meydana çıxmaqla bu sahədə də klubun rekordçusudur.

Təbii ki, biz onu 2005-07-ci illərdə “Qalatasaray” futboçusu kimi də tanıyırıq. Serbiyalı oyunçu İstanbul klubunun heyətində keçirdiyi 59 oyunda 22 qol vuraraq “sarı-qırmızılı” azarkeşlərin sevimlisinə çevrilib. İliç karyerasının müxtəlif illərində “Selta”, “Zaltsburq” və “Larissa” komandalarında çıxış edib.

Serbiya millisinin heyətində də İliç aparıcı futbolçulardan biri olub. 2000-2008-ci illər arasında Saşa ölkəsinin üç fərqli ad altında çıxış edən yığmalarının formasını geyinib və ümumilikdə 37 oyun keçirib, 4 qol vurub. Bu qollardan biri 2006-cı ildə keçirilən Dünya Çempionatına təsadüf edib. İliç Serbiya və Çernoqoriya millisinin heyətində Kot d`İvuar yığmasının qapısına yol tapıb.

Saşa İliç məşqçilik fəaliyyətinə 2019-cu ildə Serbiyanın U-17 millisində Dejan Brankoviçin köməkçisi kimi başlayıb. Bu vəzifəni qısa müddət – avqustdan sentyabradək icra etdikdən sonra ölkəsinin U-16 yığmasına baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında bu komanda iki yoldaşlıq oyunu keçirib – birində heç-heçə oynayıblar, digərində isə məğlubiyyətlə üzləşiblər.

Elə həmin ilin oktyabrında İliç Serbiya U-21 millisində fəaliyyətə başlayıb. Burada əvvəlcə İliya Stolitsaya, daha sonra isə Nenad Milovanoviçə assistentlik edib. Bu mərhələ onun milli komandalar sistemində daha təcrübəli adlarla yanaşı çalışma imkanı əldə etdiyi bir dövr olub və İliç bu vəzifəni 2020-ci ilin avqustunadək davam etdirib.

2021-ci ilin martında isə İliç daha bir mühüm fürsət əldə edib. “Əfsanəvi partizan” Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin  korpusuna daxil olub. Onunla birgə çalışdığı bu qısa mərhələ avqusta qədər davam edib.

Elə həmin ilin avqustunda Saşa İliç baş məşqçi kimi ilk klub təcrübəsini yaşamaq üçün Serbiyanın “Çukariçki” komandasının “sükanı arxasına” keçib. O,  iş başına keçdiyi zaman “Çukariçki” çempionatda 5 turdan sonra cəmi 7 xala malik idi. İliçin rəhbərliyi altında komanda mövsümü 3-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Ölkə kubokundakı çıxışları isə erkən başa çatıb – elə ilk mərhələdə mübarizəni dayandırıblar. Ümumilikdə, onun başlılığı altında “Çukariçki” keçirdiyi 27 oyunda 12 qələbə, 11 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.

2022-ci ilin iyununda isə İliç xaricdə ilk baş məşqçilik təcrübəsini yaşamaq üçün Bolqarıstanın köklü klublarından olan Sofiya ÇSKA-sının təklifini qəbul edib. Bu, onun ən uğurlu mərhələlərindən biri hesab edilə bilər. Mövsüm ərzində 44 oyunda komanda 30 dəfə qələbə qazandı, 7 dəfə heç-heçə etdi və yalnız 7 dəfə uduzub. ÇSKA Bolqarıstan liqasını çempion “Ludoqorets”dən 1 xal fərqlə geridə başa vuraraq  ikinci yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. Ölkə kubokunda isə “hərbiçilər” onun başçılığı altında 1/4 finala qədər irəliləyə bilmişdilər.

İliçin sonrakı dayanacağı Yunanıstanın “Atromitos” klubu olub. O, burada 2023-cü ilin oktyabrından 2024-cü ilin mayınadək çalışıb. Saşanın rəhbərliyi altında komanda 28 oyuna çıxaraq 10 qələbə qazandı, 11 dəfə heç-heçə etdi və 7 məğlubiyyət alıb. “Atromitos” əsas mərhələdə ilk “altılığ!a düşə bilməyib və mövsümün ikinci mərhələsində aşağı səviyyəli komandalar arasında 5-ci yeri tutaraq ümumi sıralamada 11-ci olub.

2024-cü ilin mayında İliç Rusiyanın “Pari Nijni Novqorod” klubunun baş məşqçisi təyin olunub. O, 2023/24 mövsümünün son mərhələsində, yəni 27-ci turda komandanın  “sükanı arxasına” keçib. Nijni novqorodlular o zaman 11-ci yerdə qərarlaşmışdı və mövsümün sonunda 13-cü pilləyə qərar eniş etdi. Buna baxmayaraq, pley-off mərhələsində “Arsenal”a qalib gələrək Premyer Liqadakı yerini qorudular. 2024/25 mövsümündə isə cəmi 11 turdan sonra klub onunla yollarını ayırıb. Bu dövrdə keçirilmiş 22 oyunda komanda 4 qələbə, 4 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.

İliç istefaya göndəriləndə “Pari NN” turnir cədvəlində 11-ci pillədə idi. Onun gedişi bəzi rusiyalı futbol ekspertləri üçün gözlənilməz qərar kimi qiymətləndirildi. Bu müddət ərzində işsiz qalan 47 yaşlı mütəxəssis “Sumqayıt”ı ayağa qaldrımağa çalışacaq. Hər halda, maraqlı təyinatdır. Gördüyünüz kimi, İliçin məşqçilik karyerası o qədər yaxşı alınmayıb. Amma gənclərlə işləyib, yaxşı klub təcrübəsi var. Sadəcə, son iki komandasında işləri istədiyi kimi getməyib. İndiki məqamda bizə gözləmək və uğur arzulamaq qalır.

ABBAS

İliç tilsimi qırmalıdır – serblər Azərbaycanda uğurlu olmur
“Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç Azərbaycan çempionatları tarixinin 5-ci serbiyalı çalışdırıcısı olacaq.

Futbolinfo.az saytının məlumatına görə, 7 ildən sonra ilk dəfə bu ölkə vətəndaşı Premyer Liqamızda fəaliyyət göstərəcək.

Azərbaycana səfər edən ilk serbiyalı məşqçi Peter Kurçubiç olub. O, 2005/2006 mövsümünün gedişində “Olimpik”in sükanı arxasına keçib. Həmin mövsümə Stepan Çordaşla başlayıb, Camalədin Əliyevlə davam edən “Olimpik”i son 19 turda məhz Kurçubiç meydana çıxarıb. Komanda sonda 14 iştirakçı arasında 12-ci yeri tutub və serbiyalı ilə yollar ayrılıb.

2007/2008 mövsümündə “Masallı”nın heyətində Miroslav Saviç adlı futbolçu yer alıb. Çempionatda cəmi 1 matçda meydana çıxan Saviç 1 görüşdə də baş məşqçi qismində komandanı meydana buraxıb. Qəhrəman Əliyevin istefasından sonra məhz serbiyalı bir görüşdə komandaya rəhbərlik edib. Ondan sonra Fazil Əsədov baş məşqçi postuna gətirilib. “Masallı” həmin mövsüm 14 komanda arasında 10-cu olub.

Azərbaycan Premyer Liqasının növbəti serbiyalısı Milinko Pantiç olub. O, 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib. Paytaxtın eyniadlı komandası çempionatda 5-ci yeri tutunca Pantiç də yola salınıb.

İliçə qədər ölkəmizdə çalışmış sonuncu serbiyalı məşqçi Mladen Milinkoviç idi. Milinkoviç 2018/2019 mövsümünün əvvəlində “Keşlə”nin “sükanı arxasına” gətirilib. Lakin o, cəmi 8 tur tab gətirə bilib. 9-cu turdan etibarən baş məşqçi postu Tərlan Əhmədova tapşırılıb. “Keşlə” isə 8 komandalı çempionatda sonuncu yeri tutub.

U-21-də fiasko yaşayan Milan Obradoviçi də nəzərə alsaq, serb məşqçilər Azərbaycanda heç vaxt uğurlu ola bilməyib.

“Sumqayıt”dan “Neftçi”yə ikinci transfer
“Neftçi” daha bir futbolçu ilə anlaşmaq üzrədir. Murad Xaçayev “Sumqayıt”dan paytaxt klubuna gələn ikinci oyunçu olacaq.

Futbolinfo.az xəbər verir ki, rəsmən açıqlanmasa da, Elvin Bədəlovun bakılılarla anlaşdığı bəllidir. “Ağ-qaralar” keçmiş oyunçusu ilə iki illik müqavilə bağlayacaq.

Murad da eyni müddət üçün razılaşıb. 27 yaşlı müdafiəçi bu səbəbdən 6 il oynadığı “kimyaçılar”la müqavilə müddətini uzatmayıb. Donetsk “Şaxtyor”unun yetirməsi “Sumqayıt”da rəhbərliyi altında oynadığı Samir Abasovun istəyi iə transfer olunur.

Günahkar yalnız Qriqorçukdurmu?
Misli Premyer Liqasının “Kəpəz”dən başqa hamının qol vurduğu, yalnız “Zirə”nin qələbə qazandığı 32-ci turu məhsuldar oyunla bitdi. Dünən “Neftçi”nin avrokuboklara olan riyazi ümidləri də sona çatdı.

Çempionun rəsmən bəlli olduğu, 5 oyunu 4 günə səpələnən turda qeydə alınan 4 heç-heçə turnir cədvəlində yerdəyişmələrə də əngəl oldu. Yalnız “Zirə” 3-cü pillədəki izləyicisi ilə xal fərqini 10-a çatdırmağı bacardı, “Kəpəz” isə son pillədəki “Səbail”in bir qədər yaxınlaşmasına imkan verdi.

“Sumqayıt”ın qələbəsi “Şamaxı”ya “Neftçi”dən öndə olmaq imkanı verəcəkdi. Amma bakılılar 0:2 hesabıyla geridə olduqları qarşılaşmadan xal qoparmağın yolunu tapdı. İlk yarını əla keçirən meydan sahibləri zədəli Elvin Bədəlovun məcburiyyətdən zədələnməsindən və uğursuz əvəzləmələrdən sonra üstünlüyü əldən verdi. “Kimyaçılar” demək olar, hər iki qolu fərdi səhvdən sonra rəqibə hədiyyə etdi. Elə bu məqamı nəzərə alsaq, “Neftçi”nin zəif çıxışını qabartmalıyıq. Qonaqlar mövsümü elə bu cür məzmunsuz oyun üzündən itirdilər.

Paytaxt klubunda yayda nəyin dəyişəcəyini, nələrin planlandığını bilmirik. Amma komandanın indiki heyəti də 6-cı yerdə qalmaq üçün bəhanə olmamalıdır. “Neftçi”nin problemi təkcə futbolçuların səviyyəsində deyil. Doğrudur, yanlışlar üzündən komplektləşmə düzgün aparılmayıb, lakin hətta bu heyətlə də hazırkı qonşulara – “Şamaxı”ya, “Sumqayıt”a fərq atmaq lazım idi.

Samir Abasov hələ ki, özündə heç bir günah görmür, sətiraltı ifadələrlə komandanı mövsümün gedişində götürdüyünü deyir, oyunçuların səviyyəsinin yetərsiz olduğunu çatdırır. Lakin Vaqif Cavadov da onunla eyni vaxtda işə başlayıb, “Sumqayıt”ın büdcəsi “Neftçi”dən 4-5 dəfə azdır. Üstəlik, “kimyaçılar”ın qışda gətirdiyi futbolçular komandanın qollarını vurursa, Samir Abbasovun seçdiyi yenilər heyətə düşməkdə belə çətinlik çəkir. Yəni, bakılıların problemini yalnız Roman Qriqorçuka bağlamaq klub rəhbərliyini aldatmaq cəhdidir.

“Neftçi” 32 tura cəmi 32 qol vuraraq 36 xal qazanıb. Komandanın buraxdığı top vurduğundan 13 qol çoxdur və ardıcıl 2-ci mövsüm avrokuboka vəsiqə qazanmaq mümkün olmayıb. Mövsümün sonunda ili analiz edərkən bunu yalnız Qriqorçuka bağlamaq özünü aldatmaq olacaq.

AĞA

Santos özünü ən yaxşı sayır: “Qarabağ”ı 3:0 hesabı ilə udmalı idik”
“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qalib gəlməyi (1:0) bacardınız. Matçla bağlı fikirləriniz necədir?

– Çətin oyun idi. Əslində, 3:0 hesablı qələbəni haqq edirdik. Ancaq real qol vəziyyətlərindən yararlana bilmədik. Buna baxmayaraq, qalib gəldiyimiz üçün xoşbəxtəm.

– “Araz-Naxçıvan”a qələbə qazandıran qola siz imza atdınız. Penaltini yerinə yetirərkən narahat idiniz?

– Qətiyyən narahat deyildim. Hər gün penalti məşqləri edirəm, buna görə də özümə çox güvənirəm. İnanıram ki, Azərbaycanda ən yaxşı penalti vuran futbolçu mənəm. Komandaya faydalı ola bildiyim üçün məmnunam.

– “Qarabağ”la cavab matçında da lazımi nəticəni əldə edərək finala çıxa biləcəksiniz?

– İkinci oyunda daha inamlı və diqqətli oynamalı, ən yaxşı oyunumuzu keçirməliyik. Çünki finalın bir addımlığındayıq. Bizi olduqca çətin matç gözləyir. Favorit “Qarabağ”dır, ancaq biz də keyfiyyətli komandayıq.

– Maraqlıdır, Azərbaycan Kubokunun finalında hansı komanda ilə qarşılaşmaq istərdiniz: “Sabah”la, yoxsa “Neftçi” ilə?

– Əsas məsələ finala çıxmaqdır. Həlledici oyunda hansı rəqiblə qarşılaşacağımız elə də önəm kəsb etmir. Bütün diqqətimizi finala çıxmağa yönəldəcəyik. Buna nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

– Qarşıda sizi “Sumqayıt”la çempionat oyunu gözləyir. Meydanı 3 xalla tərk etməyi bacaracaqsınız?

– Çox çətin oyun olacaq. Azərbaycan liqasında asan rəqib yoxdur. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Əsas məqsədimiz avrokuboklara çempionat vasitəsilə vəsiqə qazanmaqdır. Növbəti oyunda bu istəyimizə bir qədər də yaxınlaşmaq üçün çox yaxşı şansımız var.

– Kubokdan fərqli olaraq, komandanız çempionatın son 8 turunda qələbə qazana bilməyib. Bunun səbəbi nədir?

– Pis dövr keçirdik. Amma kubokda “Qarabağ” kimi güclü komandaya qalib gəlmək yaxşı oldu. Bu qələbə bizə inam verdi və göstərdi ki, növbəti oyunlarda da qələbə qazana biləcək keyfiyyətli komandamız var.

CAVAD

“Sumqayıt”ın Ronaldosu: “Bu seriyaya davam etməliyik”
“Sumqayıt”ın yarımmüdafiəçisi Ronaldo Vaskezin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 28-ci turunda “Sabah”la matçda bolqollu (3:3) heç-heçə etdiniz. Bu matçla bağlı fikirləriniz necədir?

– Çox həyəcanlı matç oldu. Sona qədər mübarizə aparan komanda olduğumuzu və evdə güclü oynadığımızı göstərdik.

– 11 matçda qol vurmadınız, ancaq qələbə qazandıqdan sonra daha çox qol vurursunuz. 11 oyunluq “quru” seriyanızı bəxtsizlik adlandırmaq olar?

– Vacib olan odur ki, biz yenidən qol vurduq. Düşünürəm ki, hazırda çox yaxşıyıq. Bu seriyaya davam etməliyik.

– “Sumqayıt”da ilk qolunuzu vurdunuz. Bu, növbəti qollar vurmaq üçün motivasiya verəcək?

– Qol vurmaq həmişə vacibdir. Amma daha vacib komanda olaraq 3 xalı əldə etməkdir. Bunun üçün çalışmalıyıq.

– Milli komandanızda da qol vurmusunuz. Sizin üçün uğurlu həftə oldu…

– Milli komandamla qol vura bildim. Bu, mənim üçün çox vacib bir şeydir.

– “Sumqayıt” liqadakı yerini qoruyacaq? İndi rəqiblərinizlə fərqiniz var, amma təhlükə qalır…

– Biz özümüzə diqqət yetirəcəyik və komanda olaraq böyüməyə davam edəcəyik. Güclü komandayıq və ümid edirəm ki, bunu davamlı olaraq göstərə biləcəyik.

– Növbəti oyun “Araz Naxçıvan”a qarşı olacaq. Bu oyunda xal qazana biləcəksiz?

– Bu matçda 3 xalı almaq üçün çalışacağıq. Rəqib üçün də bu matç vacibdir, onların da xala ehtiyacı var.

AĞA

Koffi arxayınlaşmayıb: “Heç bir oyun formal ola bilməz”
“Neftçi”nin müdafiəçisi Ervin Koffinin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 24-cü turunda “Sumqayıt”la qarşılaşdınız və 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

– “Sumqayıt”la matç heç də asan keçmədi. Hava şəraiti də oyuna təsir göstərdi. Bu mənada, meydanı 3 xalla tərk etdiyimiz üçün çox sevinirik. Şadıq ki, qalib gələn tərəf biz olduq.

– Rəqibin baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında matçın idarəçiliyindən gileyləndi. Sizcə, referi görüşü necə idarə etdi?

– Hakimlik ümumilikdə pis deyildi. Matç ərzində hər iki komandanın əleyhinə kiçik səhvləri oldu. Ancaq bu, başadüşüləndir. Referi də insandır və futbolda belə halların olması mümkündür. Əsas odur ki, önəmli səhvlər deyildi.

– Növbəti oyununuz Azərbaycan Kubokunda “Kəpəz”ə qarşı olacaq. 1/4 finalın ilk görüşündə səfərdə 2:0 hesablı qələbə qazandığınızı nəzərə alsaq, cavab görüşünü sizin üçün formal hesab etmək olar? Yoxsa “Kəpəz”in Bakıda “Neftçi”yə problem yarada biləcək gücdə olduğunu düşünürsünüz?

– Heç bir oyun formal ola bilməz. Meydanda 11 nəfərlə 11 nəfər üz-üzə gəlir. Bu isə o deməkdir ki, matç ərzində istənilən ssenari baş verə bilər. İlk matçda 2:0 hesablı qələbə qazanmaqla yaxşı iş gördük. Bu mənada, üstünlüyü əldən buraxmamaq və yarımfinala çıxmaq öhdəliyimiz var.

– Maraqlıdır ki, çempionatda da növbəti görüşünüz məhz “Kəpəz”ə qarşı olacaq. Eyni rəqiblə ardıcıl iki oyun keçirmək sizə əlavə çətinlik yarada bilərmi?

– Bir həftə ərzində eyni rəqibə qarşı iki oyun keçirmək heç vaxt asan olmur. Amma nə etmək olar, bu, bizim işimizdir.

– “Neftçi” hazırda çempionatda 6-cı pillədə qərarlaşıb. Sizcə, mövsümü hansı pillədə bitirmək şansınız var?

– Mövsümə çox pis başladıq. Ona görə də indi bizim üçün asan deyil. Ancaq hər oyuna ciddi yanaşırıq. Mövsümün qalan hissəsində necə olacağını birlikdə görəcəyik.

– “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq üçün ən real şansı Azərbaycan Kubokunun qalibi olmaqdır. Komanda bu missiyanın öhdəsindən gələcək?

– Biz öz keyfiyyətlərimizə, komandamızın səviyyəsinə inanırıq. Buna görə də məqsədimizə çatmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

AĞA

Autsayderlərdən yalnız “Sumqayıt” xal qazanmadı
Vasili Berezutskinin təyinatını təsadüfən riskli saymamışdıq. Baş məşqçi kimi debüt edən rusiyalı “Sabah” üçün kəsilməmiş qarpız kimi idi. İndi həmin “qarpız”ın içinin ağ, komandasının gününün qara olduğu aydınlaşır.

Son 6 turda 12 xal itirən “Sabah” turnir cədvəlinin 5-ci pilləsindən yuxarı qalxa bilmir. “Səbail”lə heç-heçə ötən tur məğlub etdikləri “Turan Tovuz”la xal fərqinin daha da artmasına səbəb oldu. Qərblilər əsas izləyicisindən 7 xal öndədir və avrokuboklara vəsiqə şansını saxlayır. “Bayquşlar”ın da şansı tükənməyib, hələ kubokda da ümidlər davam edir. Lakin Berezutskinin oynatdığı futbolla uzağa getmək olmaz.

“Səbail” dünən daha yaxşı oynadı. Cavid Hüseynov komandasına daha düşünülmüş futbol oynatdı, yetirmələri daha real qol şansları yaratdı. “Sabah”ın ikinci hissədə ümumiyyətlə, düşünülmüş bircə hücumu olmadı ki, bu da məşqçi bacarıqsızlığının nəticəsidir. Krunoslav Renduliçin vaxtında da nəticələr yaxşı deyildi, amma komanda indikindən xeyli baxımlı oynayırdı.

Ümumiyyətlə, komandanın mövsüm ərzində qazandığı 32 xaldan 18-ni Renduliç əldə edib. Düzdür, Berezutskinin oyun sayı azdır, sələfinin göstəricisini yaxşılaşdıra bilər. Ancaq o da var ki, qışa kimi reallaşan nəticələri rusiyalının ayağına yazmaq olmaz. Vasilinin özünün hazırladığı komanda yalnız 2025-dəki göstəricilərə görə fərqləndirilə bilər. Burada isə 5 oyuna toplanan 6 xal var.

Turun bağlanış günündəki digər bərabərlik Tovuzda qeydə alındı. Həm “Kəpəz”, həm də “Şamaxı” ehtiyatlı oynadı, daha çox uduzmamağa çalışdılar. Hər iki komandanın qələbə qazanmaq üçün də şansı var idi, lakin ədalətli nəticə tərəfləri razı saldı.

Ümumiyyətlə, cari turda autsayderlərdən yalnız “Sumqayıt” xalsız qaldı. Bu, son pillədəki komanda ilə aradakı fərqin 5 xaladək əriməsinə səbəb oldu. Son 3 yerin sahibi dəyişməsə də, mübarizə daha da qızışdı. Yəqin ki, mövsümün sonunadək bu temp davam edəcək.

FƏRİD

“Sumqayıt”da daha bir özbək
Misli Premyer Liqasında asiyalı futbolçuların sayı artır. “Sumqayıt”da isə məhz Özbəkistandan gələnlərin sayı ikiyə çatacaq.

Futbolinfo.az xəbər verir ki, Casurbek Caloliddinovun çıxışından məmnun olan “kimyaçılar” indi də onun həmyerlisini heyətinə qatır. Bu gün Bobur Abdikholikovun “Sumqayıt”a keçidi rəsmiləşəcək. Fevralın 6-da bu ölkənin “Nasaf” klubundan ayrılaraq sərbəst olyunçu olan 27 yaşlı mərkəz hücumçusu “kimyaçılar”la razılıq əldə edib.

Karşı klubunda 23 oyuna cəmi 5 qol vuran forvardın 8 matçdır fərqlənməyi bacarmayan sumqayıtlıların dərdinə dərman olacağı inandırıcı görünmür. Son klubu məhz ümidləri doğrultmadığı üçün yetirməsini cəmi bir mövsüm heyətində saxlayıb.

2016-20-ci illərdə “Nasaf”da daha məhsuldar oynayan Bobur ən yaxşı dövrünü Belarusda keçirib. O, “Energetik”də 2022-ci ildə 30 qarşılaşmada 26 dəfə fərqlənməyi bacarmışdı. Növbəti mövsümü Qazaxıstanda keçirən Abdikholikov “Ordabası”nın heyətində meydana çıxdığı 26 oyunda cəmi 7 qol vurmuş, ötən ilin fevralında “Nasaf”a qayıtmışdı.