Futbolinfo.az xəbər verir ki, günün ən maraqlı oyunu İtaliyada olacaq. Belçika meydan sahibləri ilə görüşdə zirvəyə qayıtmağa çalışacaq. Eyni hədəfi olan Fransanın rəqibi isə İsrail millisidir. İngiltərə ilə Yunanıstanın qrup liderliyi uğrunda mübarizəsi də maraqlıdır.
UEFA Millətlər Liqası, III tur
A Liqası
II qrup
22:45. İsrail – Fransa
22:45. İtaliya – Belçika
İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail – 0.
B Liqası
II qrup
22:45. İngiltərə – Yunanıstan
22:45. Finlandiya – İrlandiya
Yunanıstan – 6, İngiltərə – 6, İrlandiya – 0, Finlandiya – 0.
III qrup
22:45. Avstriya – Qazaxıstan
22:45. Norveç – Sloveniya
Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 1.
C Liqası
IV qrup
20:00. Latviya – Şimali Makedoniya
22:45. Farer adaları – Ermənistan
Şimali Makedoniya – 4, Ermənistan – 3, Latviya – 3, Farer adaları – 1.
D Liqası
I qrup
22:45. Cəbəllütariq – San Marino
San Marino – 3, Cəbəllütariq – 1, Lixtenşteyn – 1.
II qrup
20:00. Moldova – Andorra
Moldova – 3, Malta – 3, Andorra – 0.
]]>Millətlər Liqasının cari tsiklinin startında ardıcıl iki qrup oyunundakı məğlubiyyətdən sonra növbəti mərhələyə yüksəlmək şansımız möcqzəyə bərabərdir. Hətta 2-ci olmaq üçün də ümid yoxdur. Fernandu Santuşun qarşısında duran əsas vəzifə Estoniyada uduzmamaq və Slovakya ilə ev oyununda qələbə qazanmaqdır. Bu, turnir mövqeyi baxımından hər hansı böyük üstünlük verməyəcək, lakin sonuncu olmamaq, eyni zamanda uğursuzluq zolağından çıxmaq üçün vacibdir.
Lakin A milli komandanın təsadüfi qələbəs ilə ümumi ölkə futbolunun mənzərəsi dəyişməyəcək. İllərdir qalaqlanan problemlər, nizamsız iş, strategiyasızlıq, səriştəsizlik bu sahəni məhv edib, təəssüf ki, AFFA-nın yeni rəhbərliyi də eyni yolu gedir. Aşağı yaş rqupundan olan yığmalar məğlubiyyətləri sıralayırsa, deməli, sabaha da ümid yoxdur.
Və deyəsən, bu durum heç kimi narahat etmir. Ona görə də ölkə futbolunun böhrandan çıxarılması üçün hər hansı addım atılmır. AFFA prezidenti Rövşən Nəcəfin vaxtında uğursuzluq ən pik həddə çatıb. Onun ölkə futboluna rəhbərlik etdiyi 6 ay ərzində yığmalarımız ümumilikdə 44 oyuna çıxıb və bunlardan yalnız 3-də qələbə görüb. Nəcəfin vaxtında millilərimiz 33 məğlubiyyət alıb, 44 oyundan 41-də qələbəyə həsrət qalıb. Bu, yen rəhbərliyin də bir işə yaramadığını, bacarıqsız olduğunu göstərir. Qarşıdakı 10 gün ərzində bu statistikanın daha biabırçı mənzərəyə çevriləcəyinə əmin olun.
A milli: 1 qələbə, 3 məğlubiyyət, top fərqi – 5:10
Albaniya – Azərbaycan 3:1
Azərbaycan – Qazaxıstan 3:2
Azərbaycan – İsveç 1:3
Slovakiya – Azərbaycan 2:0
U-21: 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2:7
Slovakiya – Azərbaycan 3:2
Azərbaycan – Bolqarıstan 0:0
Lüksemburq – Azərbaycan 2:0
Azərbaycan – Serbiya 0:2
U-19: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:14
Azərbaycan – Qazaxıstan 2:0
Azərbaycan – Türkiyə (U-20) 0:5
Moldova – Azərbaycan 1:1
Şotlandiya – Azərbaycan 2:0
Niderland – Azərbaycan 3:0
Uels – Azərbaycan 3:0
U-17: 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 4:17
Belarus – Azərbaycan 4:0
Özbəkistan – Azərbaycan 2:0
Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)
Albaniya – Azərbaycan 1:1
Albaniya – Azərbaycan 4:1
Türkiyə – Azərbaycan 4:0
Türkiyə – Azərbaycan 0:0
U-16: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:9
Türkmənistan – Azərbaycan 3:0
Türkiyə – Azərbaycan 6:0
Qırğızıstan – Azərbaycan 0:0 (penaltilərlə 4:2)
U-15: 3 məğlubiyyət, top fərqi – 2:7
Belarus – Azərbaycan 2:1
Rusiya – Azərbaycan 3:1
Qazaxıstan – Azərbaycan 2:0
Qadın yığması: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:14
Macarıstan – Azərbaycan 1:1
Azərbaycan – İsveçrə 0:4
Türkiyə – Azərbaycan 1:0
Azərbaycan – Türkiyə 1:0
Azərbaycan – Macarıstan 0:5
İsveçrə – Azərbaycan 3:0
U-19, qadınlar: 3 məğlubiyyət, top fərqi – 0:9
Monteneqro – Azərbaycan 4:0
Bolqarıstan – Azərbaycan 1:0
Latviya – Azərbaycan 4:0
U-17, qadınlar: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:15
Belarus – Azərbaycan 3:1
Qazaxıstan – Azərbaycan 2:2 (penaltilərlə 4:1)
Türkiyə – Azərbaycan 4:0
Gürcüstan – Azərbaycan 4:0
Gürcüstan – Azərbaycan 2:0
U-15, qadınlar: 3 məğlubiyyət, top fərqi – 2:19
Belarus – Azərbaycan 8:1
Özbəkistan – Azərbaycan 2:1
Rusiya – Azərbaycan 9:0
Cəmi: 44 oyun, 3 qələbə, 8 heç-heçə, 33 məğlubiyyət, top fərqi – 23:121.
– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Malmö” ilə matçda hesabı açan tərəf olsa da, üstünlüyünü qoruya bilmədi və yekunda məğlubiyyətlə (1:2) üzləşdi. Ağdam klubundakı eniş nə ilə bağlıdır?
– Əksəriyyət bu dəqiqə “Qarabağ”ın enişdə olduğunu deyir, amma mən belə düşünmürəm. Sadəcə, görünür ki, heyətdəki futbolçuların keyfiyyəti avrokuboklarda tam üst səviyyədə oynamaq üçün yetərli deyil. “Qarabağ”ın Azərbaycan çempionatında dominant futbol oynadığını nə qədər desək də, barışmalıyıq ki, bu heyətlə Avropa Liqasında istədiyin pley-off mərhələsinə çıxa bilməzsən. Çünki heyətin keyfiyyəti önəmlidir. “Qarabağ” dünən Avropanın yaxşı klublarından biri ilə oynadı. “Malmö” yaxşı heyətə malikdir, sürətli futbol oynayır və onların çempionatı bizimkindən üstündür. Yenə deyirəm, mən “Qarabağ”ın enişdə olduğunu düşünmürəm. Təmsilçimiz tam heyətlə oynasaydı, bəlkə də nəticə başqa cür olardı. Bu gün “Qarabağ” öz oyununu göstərir və mən oyun baxımından heç bir eniş görmürəm.
– “Qarabağ” ənənəvi olaraq yaratdığı qol epizodlarını lazımınca dəyərləndirə bilmir. Bu problemi necə həll etmək olar?
– “Malmö” yarım epizoddan qol vura bildi. “Qarabağ” isə həmişə qol vəziyyətləri yaradır, amma imkanlardan istifadə edə bilmir. Bu da məhz futbolçu keyfiyyətinə bağlı məsələdir.
– Liqa mərhələsinin ilk 2 turunda qeydə alınan məğlubiyyətlər “Qarabağ”ın pley-offa yüksəlmək şansını azaltmır?
– “Qarabağ”ın pley-offa düşmək şansı azdır. Çünki əvvəlki illərlə müqayisədə builki format daha çətindir və rəqiblər çox güclüdür. Biz pley-offa çıxmaq, daha da irəliləmək və Avropa Liqasını qazanmaq istəyiriksə, bu heyətlə mümkün deyil. Oyunçu keyfiyyətini qaldırmaq lazımdır.
– Milli komandamızın Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya, 14-də isə evdə Slovakiya yığması ilə keçirəcəyi oyunlardan hansı nəticəni gözləyirsiniz? Sizcə, millimiz bu görüşlərdə bizi sevindirə biləcək?
– Əvvəla yığmamıza uğurlar arzulayıram. Heyətdən çox şey asılıdır. Düşünürəm ki, Estoniya ilə oyunda qələbə qazanmalıyıq. Slovakiya ilə evdə keçirəcəyimiz matçda isə ya qələbə qazanmalı, ya da ən azı heç-heçə etməliyik. Millimiz hər il hansısa komandaya badalaq vurmağı bacarır. Amma inkişafa nail olmaq istəyiriksə, bir oyunu yox, bütün görüşləri düşünməliyik. Əfsuslar olsun ki, Millətlər Liqasındakı ilk iki matçda məğlub olduq. Hamımız “zaman” deyirik, amma zamanla futbolçu yetişdirməliyik. Hazırkı oyunçularla bundan artığını etmək mümkün deyil. Gələcəkdə Azərbaycan futbolunu qabağa çəkə biləcək uşaqlar yetişdirməliyik. Əgər uşaq futbolunu qaldırmayacağıqsa, 50 il də zaman versək, xeyri olmayacaq.
FƏRİD
]]>Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
– Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısız?
– Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir deyə, onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.
– Emin Mahmudov “Neftçi”də son iki matçda oynamayıb. Onu milliyə dəvət etmək nə dərəcədə doğrudur?
– Tibb heyətindən məlumat verilib ki, heç bir zədəsi yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadəddir ki, zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq.Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.
– Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsüz?
– Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.
– Deyirsiz ki, mentaliteti dəyişmək lazımdır. Canni De Byazi də eyni sözü demişdi, amma bunu bacarmadı. Mentaliteti dəyişmək üçün neçə il lazımdır? Hansı addımları atmalısız ki, mentalitet dəyişsin?
– Dəyişəcəyik, dəyişməliyik. Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcəyik, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitt dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Burada nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır.
– AFFA-nın yeni strategiyası ilə bağlı hansı təklifləri vermisiz? Yeni strategiyanı necə görürsüz?
– Bir layihəyimiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqlar olub, bu aramızda qalsın. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun.
– Emin Mahmudov milliyə niyə dəvət edilir?
– Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirimsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi qərar verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan mllisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq.Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyiirk. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyirlər deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzəd işləmişəm, işləməyə də davam edəcəm. Bu mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil. (Sportal)
]]>Futbolinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevi də ilk dəfə heyətə dəvət edib. Mahir Emreli də yığmaya qayıdır.
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov
Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov.
]]>Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Bu ənənə Santuşun yığmamıza gəlişi ilə yaranıb. Portuqaliyalı mütəxəssis ilk iki oyun üçün heyəti də mətbuat konfransında elan etmişdi.
]]>Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisi sevindirən məqam monteneqrolu futbolçuların Azərbaycan derbisində iştirak etməsi olub. Belə ki, “Qarabağ”dan Marko Yankoviç, “Neftçi”dən isə Edvin Kuç zədəsini sağaldaraq, görüşün iştirakçısı olublar. Kuç 87 dəqiqə meydanda olubsa, Yankoviç son 5 dəqiqədə mübarizə aparıb. İstənilən halda Ağdam klubunun yarımmüdafiəçisinin sıraya dönməsinin Prosineçkinin seçiminə təsir göstərməsi gözlənilir.
Qeyd edək ki, Monteneqro yığması Millətlər Liqasının növbəti turları çərçivəsində oktyabrın 11-də Türkiyə, üç gün sonra isə Uelslə qarşılaşacaq.
]]>