“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Andre Onanaya dəstək olub. O, son günlər həddindən artıq tənqd olunan kamerunlu qapıçıdan razılığını bildirib.

Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis qolkiperin uyğunlaşma dövründə olduğunu bildirib: “O, güclü xarakterə malikdir. İlk beş ayda hər şey yolunda getdi. Durumu əla analiz etsəniz, onun dəf edilən zərbələr, qol qurtarışlarına görə ən yaxşılardan olduğunu görə bilərsiz”.

Qeyd edək ki, Onana bu mövsüm xeyli səhv edib. Onun buraxdığı kuryoz qollar üzündən mançesterlilər Çempionlar Liqasında qrupda qalmaq təhlükəsi ilə üz-üzədir.

Shares: