Digər idman növləri
Teymur Rəcəbovdan İddiaçılar Turnirində 2-ci qələbə
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla turnir cədvəlinin və dünya reytinqinin ikincisi çinli Dinq Lirenlə üz-üzə gəlib. Matç 26-cı gedişdə Rəcəbovun qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xalını 6-ya çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Sıralamaya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi