Dünya futbolu
“The Best” mükafatına son üç namizəd açıqlandı
FİFA 2022-ci ilin ən yaxşı kişi və qadın futbolçusu nominasiyası üzrə mükafatın finalçılarının adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
3 nəfərlik yekun siyahıda aşağıdakı oyunçular yer alıblar:
Kişi futbolçular
- Kərim Benzema (Fransa, “Real”)
- Lionel Messi (Argentina, PSJ)
- Kilian Mbappe (Fransa, PSJ)
Qadın futbolçular
- Bet Mid (İngiltərə, “Arsenal”)
- Aleks Morqan (ABŞ, “San Dieqo Veyv”)
- Aleksiya Putelyas (İspaniya, “Barselona”)
FİFA 2022-ci ilin Puşkaş mükafatına namizədlərin də yekun siyahısını açıqlayıb. Amputa futbolu üzrə Polşanın “Varta” klubunun üzvü Martsin Oleksi də yekun iddiaçılar sırasına düşüb. Mükafata, həmçinin, braziliyalı Rişarlison (Qətərdə keçirilən dünya çempionatında Serbiyanın qapısına akrobatik tullanışla vurduğu qol) və fransalı Dimitri Payet (Marsel “Olimpik”inin heyətində Avropa Liqasının 1/4 final mərhələsində uzaq məsafədən vurduğu qol) də iddia edir.
Xatırladaq ki, “The Best” mükafatı bu il fevralın 27-də təqdim ediləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…