Dünya futbolu
Timo Verner: “Tuhel Lukakunu məndən üstün tutdu”
Timo Verner “Çelsi”dən ayrılmasının səbəblərindən danışıb. London təmsilçisində özünü isbatlaya bilmərək, yayda “Leypsiq”ə dönən hücumçu uğursuzluğunu Romelu Lukakuya bağlayıb.
Futbolinfo.az xəbər verir ki, Timo baş məşqçi Tomas Tuhelin seçimi üzündən klubdan ayrılıb: “Ən böyük problem hardasa cəmi bir matç oynadıqdan sonra Çempionlar Liqasını əldə etməyin ardınca başladı. Tuhel Lukaku kimi bir hücumçunu məndən üstün tutdu. 120 milyon avroya transfer edilən biri varkən heyətə düşmək, özünü sübut etmək çətindir. Böyük pullar xərcləndiyi üçün Romeluya üstünlük verməyə məcbur oldular və bu, hər şeyi məhv etdi”.
Xatırladaq ki, “Çelsi” Verneri 2000-ci ilin yayında “Leypsiq”dən 53 milyon avroya transfer etmişdi. London klubunda 89 matça 23 qol vuran forvardı Almaniya klubu 20 milyon avro ödəyərək geri qaytardı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək