Dünya futbolu
Tirni getmək istəyir
Kiran Tirni “Arsenal”dan ayrıla bilər. Əsas heyətdə yerini itirmiş cinah müdafiəçisi yayda daim oynayacağı bir komandaya getmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta Tirni haqda xəbərləri şərh etmək istəməyib: “Nə olacağını bilmirəm, bu barədə düşünmürəm. Komanda üçün ən yaxşısı üçün çalışıram. Bütün oyunçular oynamaq istəyir, buna haqqları var. Mən isə ən yaxşı qərarları verməyə çalışıram. Qarşıda xeyli oyunumuz var, hamı şans qazanacaq”.
4 il öncə “Seltik”dən gələn 26 yaşlı futbolçunun “Arsenal”la 2026-cı ilə kimi müqaviləsi var. Amma vəziyyət dəyişməsə, o, yayda klub rəhbərliyinə getməsinə icazə verilməsi üçün müraciət edəcək. “Nyukasl” Tirnini heyətinə qatmaqda maraqlıdır.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR