Ölkə futbolu
“Tondela” Renatın ayrılığını təsdiqlədi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Tondela”dan ayrılıb. Bu barədə futbolinfo.az-a Portuqaliya klubunun mətbuat xidmətinin rəhbəri Fransisko Favinya məlumat verib.
O bildirib ki, Renatla hələlik yeni icarə müqaviləsi haqqıda danışılmayıb. Futbolçu müqavilə ilə məxsus olduğu İngiltərə “Vulverhempton”una qayıdacaq.
23 yaşlı forvard dünən özü də sosial şəbəkədə “Tondela”dan ayrıldığını açıqlamışdı: “Tondela”da enişli-yoxuşlu, təcrübələrlə dolu bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür edirəm. İndi vidalaşmaq və gələcəyə fokuslanmaq vaxtıdır. Komanda yoldaşlarıma, azarkeşlərə, bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə