“Barselona”nın hücumçusu Ferran Torres çətin günləri arxada qoyub. Bir müddət əsas heyətə düşməkdə çətinlik çəkən oyunçu son matçlarda əla çıxışı ilə fərqlənir.

Futbolinfo.az xəbər verir ki, Torres bundan sonra hər şeyin daha yaxşı olacağına əmindir: “Sanki dibi görünməyən bir quyuya düşmüşdüm. Bir neçə ay çıxış yolu tapmaqda çətinlik çəkdim. Artıq hər şey geridə qaldı”.

Ferran çətin günlərdə psixoloq köməyinə də ehtiyac duyub: “Psixoloqun mənə böyük yardımı oldu. Onun dediklərindən sonra düz yolu anladım. “Barselona”nın mənim üçün xərclədiyi pullar problem deyil, çalışıb dəyərimi isbatlayacaq, kluba borcumu qaytaracam. Transferim zamanı klub rəhbərliyi, eləcə də baş məşqçi Xavi mənə zəng vurdu. Özümü illərlə “Barsa”da oynayacaq gücdə görürəm”.

Shares: