Dünya futbolu
“Trabzonspor”da daha iki futbolçu koronavirusa yoluxdu
Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, son testlərin ardından daha iki futbolçunun analiz nəticəsi müsbət çıxıb.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bununla da komandada koronavirusa yoluxmuş oyunçuların sayı 6-ya çatıb. Futbolçularla yanaşı, klubun 1 əməkdaşının da infeksiyaya yoluxduğu açıqlanıb.
Qeyd edək ki, “Trabzonspor” fevralın 19-da Super Liqanın 26-cı turu çərçivəsində səfərdə “Başakşəhər”lə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”