Dünya futbolu
“Traktor” Berdıyevə əvəzləyici tapdı
Təbrizin “Traktor” klubu yeni baş məşqçisini tapıb. Kurban Berdıyevin istefasından sonra başsız qalan Cənubi Azərbaycan təmsilçisi ispan mütəxəssisə tapşırılıb.
Futbolinfo.az xəbər verir ki, “Traktor”u bundan sonra Pako Xames çalışdıracaq. Bu barədə Təbriz klubunun rəsmi saytı məlumat verib. Amma mənbə müqavilənin müddəti barədə məlumat verməyib.
Məşqçilik karyerası əsasən vətənində keçən 52 yaşlı ispan mütəxəssis son olaraq “İbitsa”ya rəhbərlik edib.