Dünya futbolu
“Traktor” səfərdən xalsız döndü
Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
“Traktorçular” səfərdə “Pars Janoobi Jam” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Nassaji Mazandaran”la üz-üzə gəlib və bu oyundan məğlub ayrılıb – 0:3.
“Traktor” hazırda 37 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 24 xalla 9-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-02-28 09:10
Avropa Liqasının 16 braziliyalısı: yalnız “Benfika” “Qarabağ”dan öndədir
- Ölkə futbolu2024-02-28 08:17
Mahmudov: “Spartak”la matç yoldaşlıq oyunu olsa da…”
- Ölkə futbolu2024-02-29 08:00
21 xallıq intervalla
- Ölkə futbolu2024-02-28 20:49
“Qəbələ” Sxadadzenin debütündə “Qarabağ”a böyük hesabla uduzdu