Ölkə futbolu
“Transfer etməyən yeganə komanda “Qəbələ” oldu”

“Çempionatın ikinci hissəsinə hazırlaşırıq və məqsəd birinci yarıdan daha yaxşı olmaqdı”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Felipe Santos deyib.
O, komandanın Antalyada yaxşı hazırlıq keçdiyini qeyd edib: “Yaxşı hazırlıq keçmişik. Düşünürəm ki, bizim üçün faydalı bir toplanış oldu”.
Santos komandanın transfer etməməsinə toxunub: “Məşqçi heyəti bilir ki, bizim futboçulara ehtiyacımız var. Amma əlimizdə olan oyunçularla ən yaxşısını edəcəyik. Əgər yenilər gəlsələr, çox xoş qarşılanacaqlar”.
Forvard qarşıdakı hədəflərindən də danışıb: “Ən çətini “Qarabağ”a qarşı oynadığımız kimi intensivliyi qoruyub saxlamaq olacaq. Çünki komandalar gücləndi, heyətə oyunçu qatdılar və transfer etməyən yeganə komanda “Qəbələ” oldu”.

Reklam
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi
- Ölkə futbolu2023-02-06 12:18
Gəncə Futbol Akademiyası martda istifadəyə veriləcək – VİDEO
- Premyer-liqa2023-02-05 18:36
“Komandam düzgün yoldadır” – Rəşad Sadıqov
- Ölkə futbolu2023-02-06 09:00
“Üçtəbəqəli” Premyer Liqa: zirvədə rəqabət canlana bilər