Bizi izləyin

Ölkə futbolu

Transferlərdə gecikən, heyəti daha da kasadlaşan “Sumqayıt”

blank
blank

Avrokuboklarda iştirak edəcək digər klublarımız kimi “Sumqayıt” da hazırda heyətini komplektləşdirməklə məşğuldur. Ancaq “kimyaçılar”da bu proses çox ləng gedir. “Gənclik şəhəri” təmsilçisinin mövsümlərarası fasilədə 4 futbolçu ilə yollarını ayırması normal qəbul edilsə də, hələlik cəmi 1 transferin edilməsi gecikmədən xəbər verir.

İlk ayrılıq Sorqa ilə yaşandı

Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la üz-üzə gələcək “Sumqayıt”ın baş məşqçisi Samir Abasov həmkarları kimi, əvvəlcə komandadan gedəcək oyunçuları müəyyənləşdirdi. Ayrılıq xəbəri ilk çıxan futbolçu isə Erik Sorqa oldu. Estoniyalı hücumçunun “kimyaçılar”la müqaviləsinin müddəti başa çatdı və tərəflər arasında yeni sözləşmə imzalanmadı.

Sorqa ötən mövsümün əvvəlindən “Sumqayıt”ın uğurları üçün çalışırdı. Bu müddət ərzində Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda isə 3 matçda meydanda olmuşdu. Sorqa “gənclik şəhəri” təmsilçisində ümumilikdə 7 qol vurmuşdu ki, bir hücumçu üçün bu göstərici o qədər də uğurlu sayıla bilməz. Bu mənada onun gedişi komanda üçün problem yaratmamalıdır. Təbii ki, yerinə daha keyfiyyətli futbolçu gətirmək şərtilə…

Orxanın müqaviləsinə xitam verildi

Növbəti ayrılıq Orxan Sadıqlı ilə yaşandı. Əslində, Sadıqlının gedişi gözlənilmirdi, çünki klubla müqaviləsi başa çatmamışdı. Lakin tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdilər. Görünür, ayrılıq hər iki tərəfin ürəyincə olub. Çünki 31 yaşlı qolkiper ötən mövsüm əsas heyətə düşmək uğrunda rəqabətdə Mehdi Cənnətova uduzurdu. Bu mənada həm Orxanın, həm də “Sumqayıt”ın əməkdaşlığı davam etdirməkdə maraqlı olmaması başadüşüləndir.

Dossoya da gərək duyulmadı

“Sumqayıt”dan ayrılan 3-cü futbolçu Abu Dosso oldu. Fil Dişi Sahilindən olan müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatdı və ona yeni sözləşmə təklif edilmədi. Əslində, 28 yaşlı futbolçu ötən mövsüm ən çox güvənilən oyunçulardan idi. Təsadüfi deyil ki, baş məşqçi Samir Abasov ona çempionatda 29, kubokda isə 3 oyunda şans vermişdi. Sezon ərzində ümumilikdə 32 matçda iştirak edən cinah müdafiəçisi yeni mövsümün planlarında yer almadı. Nəticədə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilən Dosso yola salındı.

Manteka sonuncu olacaq?

Hələlik “Sumqayıt”dan ayrılan sonuncu futbolçu Oktavio Mantekadır. Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan icarəyə götürülən ispan yarımmüdafiəçinin müqaviləsi başa çatdı və onunla əməkdaşlığın davam etdirilməsi üçün bolqarlarla danışıqlara başlanılmasına lüzum görülmədi. 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda isə 3 oyunda meydana çıxmışdı.

Yayın tək transferi – Rəhim Sadıxov

Gedənlər arasında “Sumqayıt”ı aşkar zəiflədə biləcək oyunçu yoxdur. Problem ondadır ki, yuxarıda da qeyd etdiyimiz kimi, “kimyaçılar” yeni futbolçuları cəlb etməkdə gecikirlər. Hələ ki cəmi 1 transfer edilib. Rəhim Sadıxov 2 illik fasilədən sonra “gənclik şəhəri” təmsilçisinə qayıtdı. “Zirə”yə lazım olmayan yarımmüdafiəçi “Sumqayıt”la 2+1 illik müqaviləyə qol çəkdi.

Sadıxov 2019-2022-ci illərdə “kimyaçılar”da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 27 yaşlı yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlər daxil olmaqla 79 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Sumqayıtlı azarkeşlər tərəfindən sevilən Rəhimin komandaya ikinci gəlişinin uğurlu olub-olmayacağını təxmin etmək çətindir. Sadıxov Azərbaycan futbolu səviyyəsində pis oyunçu deyil. Hazırkı “Sumqayıt”a, klubdakı ab-havaya uyğunlaşması da qısa çəkəcək. Bununla belə, pleymeyker funksiyasının öhdəsindən layiqincə gəlməli, baş məşqçi Samir Abasovun ona olan ümidlərini puç etməməlidir.

“Sumqayıt”ın heyəti ötən mövsümdən kasad idi. Nəzərə alsaq ki, keçən sezondakı futbolçulardan 4-ü yola salınıb və əvəzində cəmi 1 transfer edilib, deməli, heyət daha da kasadlaşıb. Hazırkı qüvvə ilə təmsilçimizin Konfrans Liqasında macarları mübarizədən kənarlaşdıracağı o qədər də inandırıcı görünmür. Ümid edək ki, Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə tez bir zamanda yeni, səviyyəli oyunçular qoşulacaq. Əks halda, “Sumqayıt”ın işi həm avrokuboklarda, həm də Misli Premyer Liqasının növbəti mövsümündə çətin olacaq.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-05 11:18

Transferlərdə gecikən, heyəti daha da kasadlaşan “Sumqayıt”

blank
Dünya futbolu2024-07-05 11:04

Mourinyo “Barselona”nın gənc ulduzuna göz dikib

blank
Ölkə futbolu2024-07-05 10:49

“Qəbələ” daha bir yetirməsini satdı

blank
Digər idman növləri2024-07-05 10:34

Azərbaycanlı boksçuya ömürlük cəza

blank
Ölkə futbolu2024-07-05 10:17

“Fehervar”da gözlənilməz ayrılıq

blank
Digər2024-07-05 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-07-05 09:45

“Bordo”dan ayrılıb Bakıda oynamağa gəlir

blank
Ölkə futbolu2024-07-05 09:30

“Zirə”nin rəqibi Tovarla vidalaşdı

blank
Dünya futbolu2024-07-05 09:20

Messi penaltini qaçırdı, Argentina yarımfinala yüksəldi

blank
Ölkə futbolu2024-07-05 09:15

“Çörəkkəsən” Hafiz, əcnəbi rahatlığına qurban verilən fəhlələr

blank
Ölkə futbolu2024-07-05 09:00

“Səbail”də daha bir ayrılıq

blank
I Liqa2024-07-05 08:46

“Cəbrayıl”da yeni baş məşqçi

blank
AÇ-20242024-07-05 08:32

AÇ-2024-də 1/4 final həyəcanı başlayır

blank
Ölkə futbolu2024-07-05 08:15

“Sabah”ın rəqibi qalib gəldi

blank
Ölkə futbolu2024-07-05 08:00

Namibiyadan Şamaxıya

blank
Ölkə futbolu2024-07-05 00:33

“Qəbələ”dən ayrıldı, “Zirə”nin rəqibinə keçdi

blank
AÇ-20242024-07-04 23:06

Merih Demiral cəzalanıb?

blank
Ölkə futbolu2024-07-04 22:36

“Qarabağ”ın futbolçularının iştirakı ilə imza mərasimi baş tutub

blank
Dünya futbolu2024-07-04 22:31

“Arsenal” onun transfer hüquqlarını da aldı

blank
Digər idman növləri2024-07-04 22:00

Stolüstü tennisçilər arasında Bakı şəhər turniri keçirilib

blank
Digər idman növləri2024-07-04 21:31

Məmmədova Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-07-04 21:00

“Neftçi” Mark Tamaşla bağlı bəyanat yaydı

blank
Digər idman növləri2024-07-04 19:50

“Fənərbağça” lideri ilə yeni müqavilə imzaladı

blank
AÇ-20242024-07-04 19:35

İspaniya ilə oyundan əvvəl saçını bənövşəyi rəngə boyadı

blank
Dünya futbolu2024-07-04 19:17

Ərdoğan Merihi və millini dəstəkləmək üçün Almaniyaya yollanır

blank
Digər idman növləri2024-07-04 19:00

Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb

blank
Digər idman növləri2024-07-04 18:33

AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

blank
Milli komanda2024-07-04 18:02

Azərbaycan çempionu ÇL-də növbəti mərhələyə yüksələrsə…

blank
Digər idman növləri2024-07-04 17:48

Azərbaycanın cüdo məşqçiləri Yaponiyada peşəkar kurslarda iştirak edib

blank
Digər idman növləri2024-07-04 17:33

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm