Bizi izləyin

Milli komanda

Trnava qələbəsinə sevinəkmi?

blank
blank

Millimizin Trnavada Slovakiya millisi üzərində qələbəsi bugünə qədər rəsmi oyunlarda səfər matçlarında əldə etdiyimiz uğurlu nəticələr arasında xüsusi çəkiyə malikdir. Hər halda, San Marino və Farer adaları ilə müqayisədə Slovakiya seçməsi tam fərqli dünyanın komandasıdır. Necə də olmasa, rəqib dünya və Avropa çempionatlarının final mərhələsinə müntəzəm olaraq vəsiqə qazanan komandadır.

Üstəlik, rəqibin heyətində “böyük beşlik” ölkələri klublarının oyunçuları var. Təkcə “İnter”in müdafiəçisi Milan Şkrinyarla “Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotkanın adını çəkmək kifayətdir.

Amma gəlin qəbul edək ki, bu qələbənin obyektiv və subyektiv səbəbləri var. Bu qələbədə işimizə yarayan ən əsas amil Slovakiya yığmasının artıq oyundan əvvəl Qazaxıstan yığması tərəfindən motivasiyasının “sındırılması” oldu. Belarus üzərində qələbə ilə qrup liderliyini təmin edən qazaxlar digər oyunların nəticələrini formallığa çevirdi. Ona görə də bu qrupda yalnız liderlik haqqında fikirləşən meydan sahiblərinin bizimlə oyundan əvvəl “iştahı küsdü”. Və bundan istfadə etməyə borclu idik.

Təbii ki, bu oyunda heç-heçə də komandamız üçün pis nəticə sayılmazdı. Amma rəqibin meydana motivasiyasız çıxması komandamızı “niyə də qələbə olmasın” havasına saldı.

Slovakiya millisinin problem tək motivasiyasızlıq deyildi. Bu qrupda Qazaxıstan yığmasına hər iki oyunda məğlub olan komandadan danışırıqsa, deməli, problemlər buna qədər də xirtdəkdə idi. C divizionuna Moldovanı pley-off oyununda penaltilərlə məğlub edərək yüksələn komanda Avropanın sanballı yığmalarından birindən 6 xal qoparırsa, deməli, slovaklarda işlər qaydasında getmir. O bir kənara, Slovakiyanın “Dalğa Arena”da millimizlə oyunda necə çətinlik çəkdiyini və əzab-əziyyətlə qalib gəldiyini xatırlamırıqmı? Hər halda, turnirin gedişində 3 fərqli mütəxəssislə meydana çıxan komandadan danışırıq. Elə məhz bu amildən biz yox, Qazaxıstan yığması istifadə etməyi bacardı. Halbuki, şərait onu göstərdi ki, bu rəqibi üstələyib qrup liderliyini ələ keçirmək olardı. Qazaxlar bunu bacardısa, niyə biz bu nəticəyə imza atmamalı idik?

Slovakiya millisinin problem təkcə motivasiyasızlıq və məşqçi səriştəsizliyi ilə yekunlaşmır. Bəli, rəqibin heyətində adlı-sanlı oyunçular var. Amma bu komandanın ən axsayan nöqtəsi hücumçular idi. Hər halda, seçmə mərhələnin gedişində bunun şahidi olduq. Komandanın hücumçuları demək olar ki, Avropanın ortabab klublarının üzvləri idi. Şərh vermədən, siyahını diqqətinizə çatdırırıq: Erik Yirka (“Viktoriya” Plzen, Çexiya), İvan Şrants, Lukaş Haraslin (hər ikisi “Slaviya” Praqa, Çexiya), Martin Reqali (“Rujomberok”), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Samuel Mraz (“Mirandes”, İspaniya), Adam Zrelyak (“Varta”, Polşa).

Bu komandanın onurğa sütunu yarımmüdafiə xətti sayılır ki, onların pas qrafikini və sürətli reydlərini zərərsizləşdirməklə hücumçuların oksigenini kəsmək olardı. Bakıda Canni de Byazinin səriştəsizliyinə görə bunu bacarmadıqsa, bu dəfə nəsə bir iş görə bildik. Əslində, buna görülən iş də demək olmaz – Belarus və Slovakiyanın hədiyyələrini qəbul etdik.

Millimizin bu qrupda 7 xal toplamasını böyük uğur, “inqlabi dəyişiklik” kimi qələmə vermək doğru deyil. Hansı uğurdan danışa bilərik ki, slovaklarla oyunda meydana çıxan heyətdən yalnız ikisi Azərbaycan futbolunun yetirməsi idi. Bünövrə yoxdursa, qalanı təfərrüatdı.

De Byazinin qapıda Şahrudin Məhəmmədəliyevə şans verəcəyini 7-dən 77-yə hamı bilirdi. Müdafiəyə gəlincə, Şahrudinin önündə son günlərin ən etibarlı tandem olan Bəhlul Mustafazadə ilə Bədavi Hüseynovun qərarlaşacağı da gün kimi aydın idi.  Qalırdı müdafiənin cinahları. “Sumqayıt”da oynayarkən milliyə “propiska” olan Höccət Haqverdiyə şans verilməsi bir qədər sürpriz oldu. Burada “Sabah”da yüksəlişdə olan Amin Seydiyevin meydana çıxacağını düşünmək olardı. Amma de Byazi “Traktor”da oynamağa yollanan sevimli müdafiəçisini geri qaytarmağa israrlı idi. Müdafiənin mərkəzi məşğuldursa, eybi yoxdur, cinaha hələ “zəng çatır”. Bir əmma olsaydı, soruşacaqdılar ki, Höccətin sağ cinahda nə işi var, deyəcəkdi ki, mən 3-lü mərkəz müdafiəçisi ilə oynayırdım, siz sadəcə, sezmədiniz. Müdafiənin sol cinahına gəlincə, Azər Salahlı zədəli olmasaydı, onun həmin mövqedə qərarlaşacağı və yenə də bu zonanın “alışıb yanacağını” görəcəkdik. Amma bu od Slovakiya millisi ilə oyunda tüstü ilə əvəzləndi. Etiraf edək ki, Elvin Cəfəquliyevin zonası Trnavada necə lazımdır tüstülədi. Rəqib bütün hücumlarını o cinahdan qurdu. Elvin burada demək olar ki, qarşısına çıxandan top almağı bacarmadı. Bəxtimiz onda gətirdi ki, rəqibin hücumçuları ötürmələr və asmalardan yararlana bilmədi.

Yarımmüdafiə xəttinə gəlincə, de Byazinin Eddi İsrafilovu dayaq bölgəsində oynadacağı bəlli idi. Eddinin “Neftçi”də ğurlu çıxışı, rəqibin mərkəzdən qurulan hücumlarını bəzən xırda follarla zərərsizləşdirməsi müsbət məqam idi. Elə bu oyunda da slovaklar zaman-zaman onun qurduğu səddə çırpıldı.

İsrafilovun yanında kimin qərarlaşacağı maraq doğururdu. De Byazi burada Ozobiçi də oynada bilərdi. Amma italyan mütəxəssis top almaq bacarığını nəzərə alaraq Almeydaya üstünlük verdi. Bu da özünü doğrultu.

Bu ikilnin qarşısında isə Emin Mahmudovun oynayacağı dəqiq idi. Təəssüf ki, oyun boyunca Mahmudov imkanlarından aşağı səviyyədə çıxış etdi. Xüsusən də ötürmələrdə səhvlər onun effektiv oynamasına imkan yaratmadı.

Hücumun cinahları kortəbii işləsə də, qaydasında idi. Soldan millimizin heyətində debüt edən Ozan Can Kökcü, sağdan Ramil Şeydayev fəallığı ilə yadda qalırdı. Hətta bəzən bu oyunçular rəqibi aldatmaq məqsədilə yer dəyişikliyinə də gedirdi. Elə ilk qolumuzda Ozan Canın Şeydayevin zonasından ötürmə etməsi deyilənlərə sübutdur. Həmin qolun müəllifi olan Renat Dadaşovdan isə danışmağa dəyməz. İsveçrə çempionatında hazırda vazgeçilməz oyunçulardan olan “Qrasshopper”in hücumçusu vurduğu qolla səviyyəsini sübut etdi. Şkrinyarla Şatkanın nəzarət etdiyi zonada belə qol vurmaq böyük qəhrəmanlıq idi. Şkrinyardan Höccət Haqverdinin qolunda da məsuliyyətsizliyə yol verdi.

Keçək de Byazinin əvəzetmələrinə. Riçard Almeydanın Aleksey İsayevlə əvəzlənməsi məcburiyyətdən olsa da, az qala “qalaqurma” xal itkimizlə nəticələnəckdi. “Sabah”ın yarımmüdafiəçisi meydana daxil olduqdan sonra penaltiyə səbəbkar olub işləri korladı. Bir ay əvvəl “Viktoriya” Şahrudin Məhəmmədəliyevi necə məyus etmişdisə, bu dəfə plzenli Erik Yirka “Qarabağ”ın qapıçısının qanını qaraltdı. Amma bir dəqiqə sonra İsayev künc zərbəsi qazandırdı, və məhsuldar ötürməylə seçildi.

Höccətin yerində Seydiyevin oynamalı olduğunu höccət edənlər isə bunun nə dərəcədə təhlükəli olduğunu sonradan anladı. Kökcünün yerinə meydana daxil olan Amin epizodlara çatdırmadığına görə qayda pozuntuları ilə yadda qalıırdı. Bir dəfə hakim onu sarı vərəqə ilə cəzalandırdı, bir dəfə də bağışladı. 77-ci dəqiqədə Renat Dadaşovu əvəzləyən Musa Qurbanlı onun qədər effektiv ola bilmədisə, Emin Mahmudovun yerinə daxil olan Elvin Camalov sadəcə, səhvsizliyi ilə yadda qaldı.

Bu qələbəyə şükr edib Qazaxıstanla oyunu gözləyək. Görək, qrupda ikinci pilləni qoruyub de Byazini qoltuğu qarpızlı halda vətəninə göndərə biləcəyikmi? Gedib İtaliyada son oyunları göstərib uğurlu işlədiyi haqqında nağıllar danışacaq. Ağıllılar bu saxta qələbələri qəbul edəcəkmi?

ABBAS

Reklam

Reklam


Ölkə futbolu2022-12-01 21:28

Afrikalılardan yeni rekordlar

blank
Dünya futbolu2022-12-01 21:19

Salvador kimi Kanada

blank
Ölkə futbolu2022-12-01 20:58

DÇ-2022: Mərakeşlə Xorvatiya da 1/8 finalda – YENİLƏNİR

blank
Digər2022-12-01 20:37

Gələn il Azərbaycanda 57 turnir keçiriləcək

blank
Ölkə futbolu2022-12-01 20:05

Lider xal itirdi, bir oyun yarıda qaldı

blank
Digər idman növləri2022-12-01 19:43

Azərbaycan kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-01 19:19

“Qəbələ” zədəlilərin durumunu açıqladı

blank
Digər idman növləri2022-12-01 18:44

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

blank
Dünya futbolu2022-12-01 18:33

Mbappeyə meydan oxudu: “Onu tək dayandıracağam”

blank
Ölkə futbolu2022-12-01 18:19

“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

blank
Ölkə futbolu2022-12-01 17:51

Meza Kolli “Neftçi”yə qayıdır

blank
Ölkə futbolu2022-12-01 17:35

“Qəbələ”nin legioneri “50”yə çatdı

blank
I Divizion2022-12-01 17:11

Liderdən doğma meydanda inamlı qələbə

blank
Dünya futbolu2022-12-01 16:50

Xavyer Tebas: “Barselona”ya fərq qoya bilmərik”

blank
Əvəzedicilər2022-12-01 16:33

Rauf Əliyev Gəncədəki durumundan məmnundur: “Başqa təklif yoxdur”

blank
Dünya futbolu2022-12-01 16:27

“Kessye heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb”

blank
Ölkə futbolu2022-12-01 16:15

“Şamaxı”da yeni hücumçu

blank
I Divizion2022-12-01 15:53

I Divizionda XIII turun oyun cədvəli

blank
Ölkə futbolu2022-12-01 15:36

AFFA-dan “Qarabağ” üçün seminar

blank
Premyer-liqa2022-12-01 15:13

“Sabah”da yeni rekordçu

blank
Dünya futbolu2022-12-01 14:56

2022-ci ilin ən çox qol vuran futbolçuları

blank
Ölkə futbolu2022-12-01 14:29

Kerjakov “Səbail”in baş məşqçisi olacaq? – Açıqlama

blank
Ölkə futbolu2022-12-01 14:08

“Şamaxı”nın qış hazırlıq proqramı açıqlandı

blank
Ölkə futbolu2022-12-01 13:35

“Araz Naxçıvan”da danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2022-12-01 13:11

FİDE reytinqi: Şəhriyarla Teymur ilk “10-luq”dan kənarda

blank
Dünya futbolu2022-12-01 12:46

Messini təhdid edən meksikalı boksçu üzr istədi

blank
Ölkə futbolu2022-12-01 12:10

“Neftçi”dən baş məşqçi ilə problem yaşadığım üçün ayrıldım”

blank
Dünya futbolu2022-12-01 11:58

DÇ-2022: Tarixi rekordu təkrarladı

blank
Dünya futbolu2022-12-01 11:34

Son 52 ilin rekordu

blank
Digər idman növləri2022-12-01 11:03

“Tata Steel İndia”: Şəhriyar sonuncu görüşlərinə çıxır

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm