Dünya futbolu
Tudor Marseli tərk edib Turinə köçür
İqor Tudor Marsel “Olimpik”indən ayrılır. Fransa klubunun baş məşqçisi qərarını verib və klub onun istəyini qəbul edib.
Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində komandaya baş məşqçi təyin olunan 45 yaşlı xorvatın müqaviləsi gələn yay başa çatacaqdı. Lakin qarşılıqlı razılıq əsasında anlaşma ləğv edilib.
İtaliya mətbuatı Tudorun “Yuventus”a gəlmək üçün bu addımı atdığını yazır. Belə ki, turinlilər Massimiliano Alleqri ilə mövcud anlaşmanı pozmaq istəyir. Belədə onun postuna əsas namizəd 2020-21-ci illərdə komandada Andrea Pirlonun köməkçisi işləmiş İqor sayılır.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Layihə2024-01-22 13:50
Limitin ölkə xaricinə çıxardığı futbolçularımız
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar