Dünya futbolu
Tuhel Dembeleni tələb edir
Tomas Tuhel rəhbərlikdən yeni transfer istəyib. “Bayern”in baş məşqçisi Usman Dembeleni sərəncamında görmək istəyir.
Futbolinfo.az xəbər verir ki, hazırda “Barselona”nın formasını geyən fransalı Bundesliqa təcrübəsinə malikdir. O, 2016/17 mövsümündə Dortmund “Borussiya”sında oynamış və İspaniya təmsilçisinə satılmışdı. İndi isə “Bayern” Usmanı Almaniyaya qaytara bilər.
Dembelenin bir sıra klublardan təklifi var. PSJ, eləcə də İngiltərə təmsilçiləri israrla cinah hücumçusunun transferinə çalışır. Amma oyunçu baş məşqçi Xavi Ernandesin sevimlilərindəndir və 2024-cü ilin yayında bitəcək müqaviləsi bitənədək “Barselona”da qalmaq niyyətini bildirib. Lakin Tuxelin israrı vəziyyəti dəyişə bilər.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Ölkə futbolu2024-01-18 15:05
Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bəlli oldu
- Ölkə futbolu2024-01-17 17:00
Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi
- Ölkə futbolu2024-01-18 10:01
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı