Ölkə futbolu
“Turan Tovuz” müdafiəçisini itirdi

“Turan Tovuz”un zədəliləri siyahisina daha biri əlavə olunub. Qərblilərin əsas müdafiəçilərindən olan Siyanda Xulu sıradan çıxıb.
Cənubi Afrika Respublikasından olan futbolçu millinin düşərgəsində sıradan çıxıb. Anqola yığması ilə 1:1 hesabıyla başa çatan yoxlama matçında start heyətdə forma geyən mərkəz müdafiəçisi fasilə ərəfəsində zədələnib. Təsadüfi deyil, o, 45+4-cü dəqiqədə, yəni hələ ilk yarıda əvəz olunub.
Siyanda zədələnməsəydi də, bu gün “Şamaxı”ya qarşı kubok matçında meydana çıxmayacaqdı. Yığmanın düşərgəsindən gec qayıdan oyunçu, komanda ilə hazırlıq keçmədiyindən meydana buraxılmayacaqdı. Amma zədədən sonra futbolçunun daha bir neçə matçı kənardan izləyəcəyi gözlənilir. Dəqiq müddət həkimlərin yekun rəyindən sonra bilinəcək.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi