Ölkə futbolu
“Turan Tovuz” qapıçılarını heyətdə saxlayacaq
“Turan Tovuz” tezliklə daha iki transferi rəsmiləşdirəcək. Növbəti mövsümün komandasını indidən formalaşdıran qərblilər yenə heyətindəki futbolçularla müqavilənin müddətini uzadacaq.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada qalmaq problemini böyük ölçüdə həll edən komanda qapıçıları ilə yola davam etmək qərarı verib. Tezliklə Tərlan Əhmədli və Kamal Bayramovla müqavilələr yenilənəcək. Onlarla anlaşmanın birillik olacağı ehtimal edilir.
Xatırladaq ki, tovuzlular bu ay daha iki futbolçusu ilə müqaviləni yeniləyib. Kapitan Şəhriyar Əliyev və moldovalı Denis Marandiçi yeni mövsümdə də “Turan Tovuz”da olacaq.
- Ölkə futbolu2024-02-08 08:00
Limit oyunu: “Sumqayıt” – “Neftçi” matçının dəhşətli statistikası
- Milli komanda2024-02-08 21:39
Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Milli komanda2024-02-09 11:01
“Azərbaycanla bağlı pis xatirələrimiz var”
- Ölkə futbolu2024-02-09 08:00
2023-də yatıb qalmış “Səbail”, Musayevsiz “dirilən” “Sabah”