Ölkə futbolu
“Turan Tovuz”dan növbəti transfer

“Turan Tovuz” qış fasiləsi dövründə ikinci transferi reallaşdırmaq üzrədir. Komandanın baş məşqçisi Ayxan Abbasovun bəyəndiyi növbəti futbolçu komandanın hazırlıqlarına qoşulub.
Futbolinfo.az xəbər verir ki, qərblilər Türkiyə toplanışının əvvəlində Moldova yığmasının müdafiəçisi Denis Marandiçlə güclənmişdi. Legioner komandanın sınaq matçlarında meydana çıxaraq iki qol da vurmuşdu.
Belajdi Pusi isə yalnız hazırlığın sonunda komandaya qoşuldu. Onunla danışıqlar gec yekunlaşdığından bugünədək transfer rəsmən açıqlanmayıb. Amma alban forvard hazırda Tovuzdadır və müqavilənin bütün detalları razılaşdırılıb. Tezliklə klub bununla bağlı rəsmi açıqlama verəcək.
24 yaşlı Belajdi 2017-2020-ci illərdə yerli “Vllajniya”nın formasını geyinib. O, son iki mövsümü “Skenderbeu”da keçirib və 40 oyuna cəmi 6 qol vurub.
