Ölkə futbolu
“Turan Tovuz”la “Kəpəz” cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə olunub.
“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
“Kəpəz” – “Qəbələ” oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunub. Oyundan əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunub.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”