Basketbol üzrə Türkiyə çempionatına yekun vurulub. Pley-offun final seriyasında “Fənərbağça” doğma arenada “Anadolu Efes”ə qalib gəlib. Bununla da seriyada hesab 3:1 olub.

İlk hissənin periodları müxtəlif alınıb. Birincidə “Fənərbağça”, ikincidə isə “Anadolu Efes” daha məhsuldar oynayıb. Fasilədən sonra qonaqlar hesabda önə keçməyi də bacarıblar. Lakin sonda “Fənərbağça” hesabı bərabərləşdirib. Qonaqların son hücumunun qarşısını isə blokla Yrqos Papayannis alıb.

Overtaymda səhnəyə Naycel Eys Devis çıxıb. Forvard 16 xalın 14-nə imza atmaqla qələbədə əsas rol oynayıb – 80:72.

Görüşdə ən çox xal yığan basketbolçu “Anadolu Efes”dən Elayca Brayantdır. Onun aktivində 20 xal var. Meydan sahiblərində Tarik Biberoviç 19 xalla oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp