Premyer-liqa
“Turnir cədvəlinə baxmıram” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri səfər matçını şərh edib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Regionlarda oynamaq çox çətindir. Süni meydanlar oyunçulara çətinlik yaradır. Çünki yorulurlar. Futbolçulara təşəkkür edirəm. Sona qədər oyundan qopmadıq və qəlbə qolunu vura bildik”.
Musayev “Qarabağ”ın “Zirə” ilə matçda xal itirməsi və aradakı fərqin 3-ə enməsi barədə sualı belə cavablandırıb:
“Turnir cədvəlinə baxmıram. Çempionluq mübarizəsi barədə düşünmürük. Oyundan oyuna baxmalıyıq. Neçə xal toplayacağımız, neçənci olacağımız mövsümün sonunda bəlli olacaq”.

- Ölkə futbolu2023-11-29 22:36
“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq – Qurban Qurbanov
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Milli komanda2023-11-30 08:00
Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?