Digər idman növləri
Turun son matçında NTD qalib gəldi

Azərbaycan Basketbol Liqasında 16-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan matçda “Olimpik Şəki” və NTD komandaları qarşılaşıblar.
Görüşə üstün başlayan çempionatın lideri NTD basketbolçuları yekunda 101:74 hesablı qələbə qazanıblar.
Ev sahiblərinin ən məhsuldar oyunçusu 22 xal, 6 assistlə Lari Robinson, qonaqlarda isə 27 xal, 15 ribaundla Londel Kinq olub.
Xatırladaq ki, daha öncə “Sabah” “AAAF Xırdalan”a 82:63, “Sərhədçi” isə “Neftçi”yə 86:77 hesabıyla qalib gəlmişdi. Bu turun ötən gün keçirilməli olan “Zirvə Astara” – “Gəncə” oyunu isə baş tutmayıb.

- Ölkə futbolu2023-03-16 23:08
“Turan Tovuz” Panama millisinin oyunçusunu gətirir
- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Milli komanda2023-03-17 09:34
Elvin üçün rəqibin kimliyinin fərqi yoxdur