Dünya futbolu
Tuxel onların “Çelsi”dən gedəcəyini təsdiqlədi
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel bu yay komandadan ayrılacağı dəqiqləşən iki futbolçunun adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, o, müdafiəçi Andreas Kristensenin və Antonio Rüdigerin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib: “Bu mövsümdən sonra Rüdigerlə Kristenseni itirəcəyik”.
Kristensen 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
26 yaşlı futbolçunun azad agent kimi “Barselona”ya keçməyə yaxın olduğu bildirilir. Onun “Çelsi” ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.
Rüdiger isə 2017-ci ildən “Çelsi”dədir. Almaniya yığmasının üzvü bu mövsüm meydana çıxdığı 52 oyunda 5 qola imza atıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq