Dünya futbolu
UEFA-dan Ramil Şeydayevlə bağlı paylaşım – FOTO
UEFA “Qarabağ”ın hücumçusu Ramil Şeydayevlə bağlı paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, Avropa Konfrans Liqasının sosial şəbəkə hesablarında 26 yaşlı hücumçunun bu mövsüm bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin sayı göstərilib.
16 dəfə rəqib qapılarına yol tapan təcrübəli forvard 5 məhsuldar ötürmə müəllifi də olub.
Xatırladaq ki, “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-da Belçikanın “Gent” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq