Dünya futbolu
UEFA Super Kuboku uğrunda oyun Rusiyadan alındı

UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Görüş avqustun 16-da təşkil olunacaq. Qarşılaşma “Georgios Karaiskakis” stadionunda baş tutacaq.
Xatırladaq ki, UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada öz bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyub. Bu ölkənin yığma komandaları və klubları isə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıblar.
Kazan 2023-cü ildə keçiriləcək UEFA superkuboku matçına ev sahibliyi etmək hüququnu iki il əvvəl almışdı. Bu, Rusiyada keçirilən ilk Avropa superkuboku ola bilərdi.

- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu